Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-259/2024 04.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ******* saylı 28 noyabr 2023cü il tarixli akta əsasən yazılmış 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və həmin tələbənamə əsasında yazılmış 777 manat 60 qəpik borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 040583 saylı 28 noyabr 2023-cü il tarixli Akt əsasında yazılmış 30 noyabr 2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış 777 manat 60 qəpik borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Biləsuvar rayonu Bəydili kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2023-cü ilin noyabr ayında qaz sayğacının ekran şüşəsi sındığından qaz idarəsinin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəzləşdirmişlər. Onlar köhnə qaz sayğacını çıxarmış, Qaz idarəsinin əməkdaşları "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt da tərtib etmişlər. Həmin aktda Qaz idarəsinin əməkdaşları sayğacın yararlı halda qəbul edildiyini göstərmişlər. Bu yüaxınlarda ona bildirmişlər ki, “köhnə qaz sayğacını aparıb baxmış və müəyyən edilmişdir ki, qaz sayğacına müdaxilə var və buna görə cərimə ödəməlisən”. Onun heç vaxt qaz sayğacına müdaxiləsi olmamışdır. Bir də ki, istifadə müddəti keçmiş qaz sayğacını qaz idarəsinin işçiləri özləri çıxarmış və aktda da sayğacın yararlı olduğunu göstərmişlər. O, cavabdeh təşkilatın onun barəsində tətib edilmiş aktını əsassız və qanunsuz hesab edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi və iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şıxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəşirov X3 rayonu Bəydili kəndi Fizuli küçəsi ev 15-də qeydiyyatdadır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elistr tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və G-4 markalı ******* nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacın ekranının qırılmasına dair qeyd aparılmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olduğu, sayğacın istismara yararsız olmasının müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 12 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) 6480 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Elistr tipli G-4 markalı ******* saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (6 x 12 x 90=6480 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçıdan tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli, hesablanmış 777 manat 60 qəpik borc iddiaçının abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin ******* saylı 28 noyabr 2023-cü il tarixli akta əsasən yazılmış 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi ləğv edilsin, hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçının abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-259/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-259/2024
04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver