Məhkəmə qərarları › İş №2(022)-290/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-290/2023

04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-290/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 6590 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, 2017-ci ildə cavabdehlərin ailə başçısı olan Bəxtiyar Baxşiyev ona bildirmişdir ki, özünün və ailəsinin ümumi mülkiyyətində olan 4.61 ha pay torpaq sahəsini satmaq istəyir. Torpaq sahəsinin alqı-satqısını 8500 manata razılaşmışlar.Bəxtiyar Baxşiyev qəbz yazaraq özünün və ailəsinin ümumi mülkiyyətində olan 4.61 ha torpaq sahəsinin 4200 manatını almasına dair sənədi imzalamışdır. Həmin sənəd icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir.Bəxtiyar Baxşiyev öldükdən sonra cavabdehlər məhkəməyə ərizə verərək torpaq sahəsini satmaq istədiklərini bildirmişlər. Onun buna etirazı olmamışdır. Lakin ailə başçısı olan mərhum Bəxtiyar Baxşiyevə verdiyi 8200 pul cavabdehlər tərəfindən ona geri qaytarılmalıdır. Lakin, cavabdehlər həmin pulu qaytarmaqdan imtina edirlər. Torpağı 8200 manat almasına dair onda qəbz yoxdur, yalnız 4200 manata dair onda qəbz vardır. Həmçinin o, aldığı torpağa kiloqramı 7 manatdan olmaqla 270 kq yonca toxumu səpmişdir. Həmin toxuma cəmi 1890 manat pul vermişdir. Həmin sahəni şumlayıb, malalayıb toxum səpilməsinə 500 manat vəsait sərf etmişdir. Ümumilikdə 2390 manat pul xərcləmişdir. Dəfələrlə cavabdehlərdən pulunu istəsə də heç bir nəticəsi olmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum əri Baxşiyev Bəxtiyar 2017-ci ildə onların xəbəri olmadan ümumi mülkiyyətlərində olan 4.61 ha pay torpaq sahəsini İddiaçı satmış və ondan cəmi 4200 manat pul almışdır. 2017-ci ildən hal-hazıra kimi iddiaçı həmin torpaq sahəsini əkib-becərir və torpaqdan istifadı etməklə gəlir götürür. Ona görə də iddiaçının pul tələbinin əsassız olduğunu, ona görə də rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 da məhkəmə iclasında eyni məzmunda izahat verərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmidir. Cavabdeh5 nümayəndəsi X20 da məhkəmə iclasında iddiaçının iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan X8 tərəfindən imzalanmış qəbzdən görünür ki, ona və ailə üzvlərinə məxsus 4.61 ha pay torpaq sahəsini İddiaçı ömürlük olaraq satdığını və ondan 4200 manat pul aldığını göstərmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 2(022)-908/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı paylı mülkiyyətlərində olan torpaq sahəsinin çıxalıması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı JN-0004 kod 80805028 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətlərində olan 4.61 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin geri qaytarılma qət edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair ( JN-0004, KOD ********) Dövlət Aktından görünür ki, Biləsuvar rayon X10 20 avqust 2001-ci il tarixli 08 saylı qərarına əsasən X6, X12, Cavabdeh3, X15, X8, X13, X14, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 4,61 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli (AZ-İİ № 141117 saylı) X7 görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyriformal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Biləsuvar Rayon Notariat Ofisinin sorğuya cavab məktubunda xx.xx.2020-ci il tarixdə mərhum X3 vəfatından sonra vərəsələri tərəfindən notariat ofisinə daxil olmuş ərizələrinə və toplanmış sənədlərə müvafiq olaraq, onun vərəsələri -Biləsuvar rayonu Ağayri kəndində qeydiyyatda olanlar Cavabdeh1, X1, X4 , Cavabdeh2 və X2 Biləsuvar notariat ofisinin xx.xx.2021-ci il tarixli ,2V-403 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sığorta ödənişindən və xx.xx.2022-ci il tarixli , 2V-422, 2V-423, 2V-424, 2V-425 və 2V-426 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hərbi qulluqçuların vərəsələrinə verilən birdəfəlik ödəmə ilə şəhadətnamələr verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə- ölənin uşaqları, miras qoyanının ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırla. İş materiallarından görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh1 miras qoyan X5 arvadı, Cavabdeh2 isə onun övladı olmaqla birinci növbənin vərəsələri olmaqla miras əmlakı qəbul etmişlər. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşyırlar. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 4200 (dörd min iki yüz) manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 manat məbləğlərdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4200 (dörd min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 80 (səksən) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar