Məhkəmə qərarları › İş №2(022)-297/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-297/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-297/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı öhdədə olma faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 2000-ci ilin 01 iyuldan 08 noyabr 2008-ci il tarixədək anası X6 qulluq etməklə öhdəsində olma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, hazırda Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. X8 onun anasıdır. Anası xəstə və yaşlı olduğundan 2000-ci ildən 08 noyabr 2008-ci ilə kimi anasına o, qulluq etmişdir. Buna dair rəsmi sənədləri də vardır. Belə ki, anası yaşlı və xəstə olduğundan özü-özünə baxa bilmirdi. Anası 08 noyabr 2008-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Hazırda anasının öhdəsində olduğu illərin ona sığorta stajı kimi hesablanması ilə əlaqədar DSMF-nın Biləsuvar rayon şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir. Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs DSMF-nin Biləsuvar rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 286899 saylı X4 surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzərə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1675 saylı arayışından görünür ki, X1 rayonu Xırmandalı kəndində yaşayır. İş materiallarında olan AR ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı filiala müraciət etmiş, lakin onun tələbindən imtina edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2022-ci il tarixli Aktından görünür ki, mərhum X8 ahıl və xəstə olduğu üçün 01 iyul 2000-ci il tarixdən 08 noyabr 2008-ci il tarixə kimi xidmətçiyə ehtiyacı olmuş, bu məqsədlə onunla birlikdə yaşayan qızı İddiaçı anası X5 xidmətində durmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Prosessual hüquq normalarının mənasından görünür ki, məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə əlaqədar işlərə baxarkən faktın təsdiqini o zaman həyata keçirə bilər ki, ərizəçiyə lazım olan sənədlər ya itirilmiş, həmin sənədlərin bərpası mümkün deyil, ya da ona lazım olan sənədləri o, başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Ərizədən və iş materiallarından görünr ki, ərizəçi İddiaçı yaşa görə pensiya təyin edilməsi ilə bağlı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, lakin ona pensiya təyin edilməsindən ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ərizəçi öhdədə olma faktının müəyyən edilməsinin səbəbi kimi 2000-ci ilin 01 iyuldan 08 noyabr 2008-ci il tarixədək anası X6 qulluq etməklə öhdəsində olması faktına istinad etməklə həmin illlərin sosial sığorta stajına hesablanmalı olduğunu göstərmişdir. Ali Məhkəmənin qeyd olunan qərarından göründüyü kimi ərizəçi vəfat etmiş şəxsin, yəni onun özünün anası X5 öhdəsində olması faktının deyil, artıq vəfat etmiş anasının onun öhdəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir ki, bu da ərizəçi üçün hüquqi nəticə yaradan fakt olaraq müəyyən edilməsini istisna edir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin imperativ tələblərini nəzərə alaraq hesab edir ki, ərizəçi Ərizəçi İddiaçı öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ərizə rədd edildiyinə görə ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi İddiaçı öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar