Məhkəmə qərarları › İş №2(022)-352/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-352/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-352/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı iddiaçı ilə X2 arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə 05 oktyabr 2022-ci il tarixə hesablanmış əsas borc qismində 859 manat 68 qəpik, gecikdirilmiş mükafat qismində 96 manat 25 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 292 manat 87 qəpik, həmçinin lizinq obyekti olan «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobilin təmir-bərpası xərci qismində 754 manat, cəmi 2.002 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddiaçı ilə X2 arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə 05 oktyabr 2022-ci il tarixə hesablanmış əsas borc qismində 859 manat 68 qəpik, gecikdirilmiş mükafat qismində 96 manat 25 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 292 manat 87 qəpik, həmçinin lizinq obyekti olan «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobilin təmir-bərpası xərci qismində 754 manat, cəmi 2.002 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi R.A.İsmayılov iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə X2 arasında 03 noyabr 2020-ci il tarixdə MAS-3001 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 16.700 manat məbləğində olan 2020-ci il buraxılışlı, «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobil R.Q.Muxtarovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. R.Q.Muxtarov isə öz növbəsində 16.700 manat məbləğində pul vəsaitini, illik 19 faiz dərəcəsi ilə, 36 ay müddətinə, lizinq mükafatı ödəmək şərti ilə tərəflər arasında müəyyənləşdirilmiş lizinq ödənişləri cədvəlinə uyğun olaraq, iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödənilməli olan 20.951 manat borcun 16.700 manatı əsas məbləğ təşkil etmişdir. 27 aprel 2021-ci il tarixdə X2, Cavabdeh və İddiaçı arasında MAS-3001 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə R.Q.Muxtarovun bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Həmçinin lizinq obyekti olan «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə ödənilən sonuncu ödəniş 08 sentyabr 2022-ci il tarixdə 550 manat məbləğində olmuşdur. Bundan başqa, cavabdeh lizinq obyekti olan nəqliyyat vasitəsini 05 oktyabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirmişdir. Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına görə həmin avtomobilə 754 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh müqavilənin şərtlərini pozaraq, dövri olaraq icra etməli olduğu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun həmin müqavilə üzrə 05 oktyabr 2022-ci il tarixə hesablanmış 859 manat 68 qəpik əsas, 96 manat 25 qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 292 manat 87 qəpik dəbbə pulu, cəmi 1.248 manat 80 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən 40 manat 10 qəpik məbləğində dövlət rüsümu ödənilmişdir. İddiaçının nümayəndəsi R.A.İsmayılov iddiaçı ilə X2 arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə 05 oktyabr 2022-ci il tarixə hesablanmış əsas borc qismində 859 manat 68 qəpik, gecikdirilmiş mükafat qismində 96 manat 25 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 292 manat 87 qəpik, həmçinin lizinq obyekti olan «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobilin təmir-bərpası xərci qismində 754 manat, cəmi 2.002 manat 80 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi R.A.İsmayılov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, İddiaçı X2 ilə bağladığı 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 16.700 manat olan 2020-ci il buraxılışlı, 01 ədəd «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomaşını öz mülkiyyətinə əldə edərək, həmin avtomobili R.Q.Muxtarovun müvəqqəti sahiblik və istifədəsinə vermişdir. R.Q.Muxtarov isə öz növbəsində illik 16.700 manat məbləğində pul vəsatini və həmin vəsaitə illik 19 faiz dərəcəsi ilə hesablanan mükafat məbləğini, 36 ay müddətinə, müəyyənləşdirilmiş qrafik üzrə hissə-hissə, İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işdə olan 03 noyabr 2020-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 2020-ci ildə istehsal edilmiş «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli minik avtomobili X1 təhvil verilmişdir. Mülki iş materiallarında olan 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavə olan lizinq ödənişləri qrafikindən görünür ki, R.Q.Muxtarov lizinq ödənişi qismində 03 noyavr 2023-cü il tarixədək cəmi 20.951 manat məbləğində pul vəsaitini İddiaçınə hissə-hissə ödəməli idi. İşdə olan İddiaçı, X2 və Cavabdeh arasında bağlanmış 27 aprel 2021-ci il tarixli, MAS-3001 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən öhdəlikləri ötürən R.Q.Muxtarov İddiaçı ilə 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini öhdəlikləri qəbul edən Cavabdeh köçürür. Öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Mülki iş materiallarında olan 27 aprel 2021-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 2020-ci ildə istehsal edilmiş «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli minik avtomobili Cavabdeh təhvil verilmişdir. İşdə olan 05 oktyabr 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, kredit borcunun ödənilməməsinə görə «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli minik avtomobili təhvil alınmışdır. Saxlanca qəbul edilərkən avtomobilin yük hissəsində, arxa buferində sınıqlar və bir neçə detalda əzilmələr aşkar edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 14 noyabr 2022-ci il tarixli İddiaçı servis xidməti tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli nəqliyyat vasitəsinə 754 manat məbləğində zərər vurulmuşdur. İşdə olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 12 dekabr 2022-ci il tarixli, 4641 nömrəli xəbərdarlıqdan (pretenziya məktubundan) görünür ki, Cavabdeh 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə İddiaçınə 05 oktyabr 2002-ci il tarixə 1.248 manat 80 qəpik məbləğində borcu yaranmışdır, o cümlədən, lizinq obyeki olan«Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli nəqliyyat vasitəsi İddiaçı müvəqqəti duracağına yerləşdirilmiş və servis tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 754 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı 05 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə 05 oktyabr 2022-ci il tarixə ödənişin gecikdirilməsinə görə iddiaçıya olan borcu əsas borc qismində 859 manat 68 qəpik, gecikdirilmiş mükafat qismində 96 manat 25 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 292 manat 87 qəpik, cəmi 1.248 manat 80 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsinin 7.2ci bəndinə görə lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə, lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,3 % məbləğində dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq hesab edir ki, Cavabdeh lizinq predmeti olan avtomobilin artıq geri alınması və illik 19 faiz tarifi ilə mükafat hesablaması ilə yanaşı gecikdirilmiş borca görə gündəlik 0,3 faiz dərəcəsi ilə hesablanmış 292 manat 87 qəpik məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cavabdehdən dəbbə pulu qismində cəmi 20 manat məbləğində pul vəsaiti tutulmalıdır. İşdə olan 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsinin 4.4.1 və 4.4.2-ci maddələrinə görə lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə, lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməli və lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq hesab edir ki, Cavabdeh lizinq predmeti olan avtomobilin təmir-bərpası üçün 754 manat məbləğində pul vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə 05 oktyabr 2022-ci il tarixə hesablanmış əsas borc qismində 859 manat 68 qəpik, gecikdirilmiş mükafat qismində 96 manat 25 qəpik, ödənişin gecikdirilməsinə görə gündəlik 0,3% dərəcəsi ilə hesablanmış dəbbə pulu qismində 20 manat, həmçinin lizinq obyekti olan «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobilin təmir-bərpası xərci qismində 754 manat, cəmi 1.729 manat 93 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, qalan vəsaitin əvəzi qismində 30 manat 10 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə 05 oktyabr 2022-ci il tarixə hesablanmış əsas borc qismində 859 (səkkiz yüz əlli doqquz) manat 68 (altmış səkkiz) qəpik, gecikdirilmiş mükafat qismində 96 (doxsan altı) manat 25 (iyirmi beş) qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 20 (iyirmi) manat, həmçinin lizinq obyekti olan «Khazar SD” markalı, **-PS-*** qeydiyyat nişanlı, “NVAW01HHFLE231817” ban nömrəli avtomobilin təmir-bərpası xərci qismində 754 (yeddi yüz əlli dörd) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 30 (otuz) manat 10 qəpik, cəmi 1.760 (bir min yeddi yüz altmış) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar