Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-353/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1060 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Biləsuvar rayon Ağayrı kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 10-12 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir. 2022-ci ilin dekabr ayının 24-də saat 18 radələrində onun işıq sayğacından işıq keçməməklə qaranlığa qalmışdır. Sahə nəzarətçisinə telefon edərkən, o, toy şənliyində olduğunu bildirmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, sayğaca gələn naqilin yararsız olduğunu bilmək üçün əlavə naqili dirəyə çəkmişdir ki, işığın yanmamasının naqildən, yaxud sayğacdan olmasını aydınlaşdırsın. Bu vaxt ona məlum olmuşdur ki, sayğacda problem var. 10 dəqiqə sonra işıq idarəsinin əməkdaşları gəlib ona bildirmişlər ki, guya o, sayğacdan kənar işıqdan istifadə edir. Halbuki, belə bir hal olmamışdır. O, onlara bildirmişdir ki, işıq sayğacdan keçmir. Lakin onlar buna əhəmiyyət verməmişlər. Bundan iki gün sonra "xxxx" ASC-nin işçiləri gəlib onun işığını sayğacdan ayırmışlar. O, bununla bağlı işıq idarəsinə gedərək sayğacın naqilində problem olduğunu bildirmişdir. Ona bildirmişlər ki, onu 1060 manat cərimə etmişlər, həmin pulun 60 faizini ödəyərsə işığı qoşulacaq. O, 2 gün işıqsız qaldığından, evdə ağır xəstəsi olduğundan məcburuyyət qarşısında qalıb 60 faiz qanunsuz cəriməni ödəmişdir. 28 dekabr 2022-ci il tarixdə işıq idarəsinin əməkdaşları gəlib işığı qoşarkən görmüşlər ki, sayğacdan elektik enerjisi keçmir. Onlar bundan sonra sayğaca baxış keçirərkən sayğaca giriş naqilin izolyasiyanın altında naqilin qırıq olduğunu müəyyən etmiş və onun dediyinin həqiqət olduğunu başa düşmüşlər. Həmin naqili dəyişərək işığı bərpa etmişlər. Lakin buna baxmayaraq qanunsuz aktı dəyişdirməmişlər. Dəfələrlə onun cərimə olunmasına dair Aktı işıq idarəsindən istəsə də ona verməmişlər. Bu yaxınlarda ona bəlli olmuşdur ki, işıq idarəsinin əməkdaşları 24 dekabr 280652 saylı Akt yazaraq göstərmişlər ki, guya o, işq xəttinə əlavə xətt qoşmuşdur. Buna gərə də onu cərimə etmişlər. O, həmin Aktı qanunsuz və əsassız hesab edir. Belə ki, əgər 24 dekabr 2022-ci il tarixdə Akt yazılırdısa ona bildirilməli və Akta imza etməsi təklif olunmalı idi. Qanunun tələbinə görə 2 hal şahidi dəvət edilməli və ya videoçəkilişı aparılmalı idi. Lakin bunların heç biri olunmamış və ona bəlli deyil ki, bu Akt harada yazılmışdır. Ona görə hesab edir Akt qanunsuzdur. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X1 rayonu Ağayrı kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 01 saylı arayışından görünür ki, Quliyev X1 rayonu Ağayrı kəndində yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 24 dekabr 2022-ci il tarixli AKT R № № 280652 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********00146 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent 0,4 kv-luq hava xəttindən kabel vasitəsi ilə əlavə xətt qoşaraq sayğacdan kənar elektrik enerjisindən istifadə edir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərişıq ASC tərəfindən barəsində tərtib olunmuş 24 dekabr 2022-ci il tarixli 280652 saylı aktın ləğv olunması və 1060 manat cərimənin onun abonent hesabəndan silinməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərişıq ASC tərəfindən barəsində tərtib olunmuş 24 dekabr 2022-ci il tarixli 280652 saylı aktın ləğv olunması və 1060 manat cərimənin onun abonent hesabəndan silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-353/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-353/2023
04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver