Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-395/2023 06.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Azərişıq ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli 030339 nömrəli aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə göstərmişdir ki, Biləsuvar şəhərində yaşayır. Yaşadığı həyət və oradakı ev onun mülkiyyətindədir.Evinə qanuna müvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır.Hər ay 20-30 manatlıq elektrik enerjisindən istifadə edir və pulunu ödəyir.2022-ci ilin noyabr ayının 21-də "xxxx" ASC-nin satışa nəzarət idarəsinin əməkdaşı o, evdə olmadığı vaxt və onun xəbəri olmadan onun evinə gedən elektrik sayğacına baxış keçirmişdir.Baxış zamanı guya elektrik hesabat sayğacına baxış keçirilən zaman məlum olub ki, sayğacın şəbəkəyə qoşulmuş sxemi pozulmuş, kənardan verilən 0 xətti vasitəsi ilə sayğac dövrdən kənarlaşdırılmışdır. Lakin, həmin vaxt "xxxx" ASC-nin satışa nəzarət idarəsinin əməkdaşı sayğaca baxış keçirərkən o evdə olmamış və "xxxx" ASC-nin 2 nəfər əməkdaşı tərəfindən heç bir hal şahidi iştirak etmədən tərtib olunub və imzalanmışdır. Odur ki, Azərişıq ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli 030339 nömrəli aktın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, «Azərişıq” ASC-nin əməkdaşlarının keçirilmiş reyd zamanı çəkiliş apardıqlarını göstərərək həmin video görüntüləri məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanov X2 rayonu Bağbanlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-39-6\2-130/2023 saylı arayışından görünür ki, Aslanov X2 rayonu Bağbanlar kəndində yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 21 noyabr 2022-ci il tarixli AKT NDM № № 030339 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********00761 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulmuş sxemi pozulmuş, kənardan verilən 0 xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarında olan «Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də məlum olur ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərişıq ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli 030339 nömrəli aktın etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-yə qarşı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun silinməsi və bununla bağlı tərtib olunmuş 21 noyabr 2022-ci il tarixli 030339 nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-395/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-395/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver