Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-399/2023 08.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı 500 (beş yüz) manat pul tələbi və cavabdeh tərəfindən 1000 (min) ədəd yararsız mişar daşının geri götürülməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 500 (beş yüz) manat pulun onun xeyrinə tutulması və cavabdeh tərəfindən 1000 (min) ədəd yararsız mişar daşının geri götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdlkı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına uyğun iddia rəizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməmiş, habelə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı 500 (beş yüz) manat pul tələbi və cavabdeh tərəfindən 1000 (min) ədəd yararsız mişar daşının geri götürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı 500 (beş yüz) manat pul tələbi və cavabdeh tərəfindən 1000 (min) ədəd yararsız mişar daşının geri götürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(022)-399/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-399/2023
08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver