Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-4/2025 20.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı X1 vəkili X4, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı ümumi mülkiyyətdən payın naturada bölünməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonu Günəşli kəndində reyester nömrəsi **********33 saylı Çıxarışa əsasən 0,52 hektar həyətyanı torpaq sahəsinin ona düşən üçdə bir hissə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonu Günəşli kəndində yaşayır. Həmin kənddə qardaşı Cavabdeh, mərhum anası Təzəgül İmanova və onun ümumi mülkiyyətlərində 0,52 hektar həyətyanı torpaq sahələri vardır. Buna dair adlarına DƏDRX tərəfindən verilmiş Çıxarış da vardır. Məhkəmə qətnaməsinə əsasən həmin həyətyanı torpaq sahəsindən payı üçdə bir hissə müəyyən edilmişdir. Son dövrlər cavabdeh olan qardaşı Cavabdehlə müəyyən mübahisələri olur. Dəfələrlə ondan payının naturada müəyyən olunmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Hazırda ümumi mülkiyyətdə olan torpaq sahəsindən payını naturada müəyyən etmək istəsə də, cavabdeh buna imkan vermir. Ona görə də Biləsuvar rayonu Günəşli kəndində reyester nömrəsi **********33 saylı Çıxarışa əsasən 0,52 hektar həyətyanı torpaq sahəsindən üçdə bir hissədə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 vəkili X9 izahatında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının tələbinin əsassız olduğunu, ona görə də təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkilini və cavabdehi dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********) surətindən görünür ki, Biləsuvar rayonu Günəşli kənd sakini X5 Biləsuvar rayonu Günəşli kəndində 0.52 ha torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir: hüquq sahibləri - Cavabdeh - payı 1/3 hissədə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021, X8 - payı 1/3 hissədə, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 və X7 - payı 1/3 hissədə, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021. İş materiallarında olsn AZ-İİ № 173502 saylı X3 surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 222 və 223-cü maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şıxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, «X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının (reyestr nömrəsi **********3) plan ölçüsü olmadığı üçün naturada hüdudları müəyyən etmək mümkün deyil. Torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,62 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən JN 245 A nömrəli şəhadətnaməyə əsasən X2, X6, X1 birgə mülkiyyətlərində olan 0,52 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edildi. Rəyə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə yeri və koordinatları göstərilmişdir. Baxış zamanı Biləsuvar rayonu Günəşli kəndində yerləşən 0,52 ha (faktiki vəziyyətdə 0,62 ha) torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikililər yerləşdiyi müəyyən edildi. “**********3 reyestr nömrəli çıxarışla paylı mülkiyyətdə olan 0,52 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililər dövlət qeydiyyatından keçmədiyi üçün, texniki göstəricilər və ölçülər barədə məlumat verilməsi mümkün deyil». İş materiallarınd olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli 10/1222 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələiəri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Əraz İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Seyfulla Abdullayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: «X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının (reyestr nömrəsi **********3) planı ölçüsü olmadığı üçun naturada hüdudları müəyyən etmək mümkün deyil. Torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,62 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən JN245A nömrəli şəhadətnaməyə əsasən X2, Cavabdeh, X1 birgə mülkiyyətlərində olan 0,52 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edildi. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahəsinin yerləşmə yeri və koordinatları göstərilmişdir. Baxış zamanı Biləsuvar rayonu, Günəşli kəndində yerləşən 0,52 ha (faktiki vəziyyətdə 0,62 ha) torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikililər yerləşdiyi müəyyən edildi. “**********3 reyestr nömrəli çıxarışla paylı mülkiyyətdə olan 0,52 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililər dövlət qeydiyyatından keçmədiyi üçün, texniki göstəricilər və ölçülər barədə məlumat verilməsi mümkün deyil». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli 10/1222 saylı ekspert rəyindən görünür ki, X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının (reyestr nömrəsi **********3) planı ölçüsü sənədi olmadığı üçun torpaq sahəsinin naturada hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisə olunan həyətyanı torpaq sahəsi faktiki olaraq 0,62 ha olmaqla, ümumi paylı mülkiyyətdə olan 0,52 ha torpaq sahəsi həmin torpaq sahəsinin hüdudları daxlində yerləşir. Biləsuvar rayonu, Günəşli kəndində yerləşən 0,52 ha (faktiki vəziyyətdə 0,62 ha) torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikililər yerləşdiyi müəyyən edilmişdir. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş halları belə nəticəyə gəlməyə əsas verir ki, Biləsuvar rayonu, Günəşli kəndində yerləşən 0,52 ha (faktiki vəziyyətdə 0,62 ha) torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikililərin yerləşməsi torpaq sahəsinin naturada ayrılması imkanını istisna edir. Ona görə də məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı ümumi mülkiyyətdən payın naturada ayrılması tələbi təmin edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı X1 Cavabdeh qarşı Biləsuvar rayonu Günəşli kəndində reyester nömrəsi **********33 saylı Çıxarışa əsasən 0,52 hektar həyətyanı torpaq sahəsinin ona düşən üçdə bir hissədə payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2(022)-4/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-4/2025
20.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver