Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-411/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Məhkəmə-Ekspertiza Mərkəzinin eksperti Elməddin Aslanlı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad LTİ-nin sahə rəisi Adil Həbiyev, mühəndisləri Sirac Abdullayev və Rauf Əzizova qarşı ekspert rəyinin saxtalaşdırılmasına görə cəza tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Məhkəmə-Ekspertiza Mərkəzinin eksperti Elməddin Aslanlı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad LTİ-nin sahə rəisi Adil Həbiyev, mühəndisləri Sirac Abdullayev və Rauf Əzizova qarşı ekspert rəyinin saxtalaşdırılmasına görə cəza tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün məhkəməyə müraciət etdiyi halda hallarda məhkəmədə iş başlanır. İddiaçn İddiaçı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh olaraq Məhkəmə- Ekspertiza Mərkəzinin eksperti Elməddin Aslanlı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad LTİ-nin sahə rəisi Adil Həbiyev, mühəndisləri Sirac Abdullayev və Rauf Əzizov tərəfindən Biləsuvar rayon məhkəməsinin hakimi X1 2(022)-714/2021-ci il tarixli qərardadına əsasən mübahisə olunan əraziyə baxış keçirilməsinin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə verilmiş ekspert rəyinin saxtalaşdırılmasını əsas gətirməklə həmin şəxslərin bilə-bilə yalan rəy verdiklərinə görə cəzalandırılmalı olduğunu göstərmişdir. Azərybaycan Respublikası 297-ci maddəsində bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə cinayət məsuliyyətini müəyyən edən hal olaraq müəyyən edilmişdir. Ona görə də işin yuxarıda qeyd olunan halı nəzərə alınmaqla iddiaçının mülkü mühakimə icraatı qaydasında yuxarıda qeyd olunan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və məsul şəxlərinin bilə-bilə yalan rəy verdiklərinə görə cəzalandırılması tələbinə mülkü mühakimə icraatı qaydasında baxılmasını istisna edir. MPM-in 153.2-maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Məhkəmə- Ekspertiza Mərkəzinin eksperti Elməddin Aslanlı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad LTİ-nin sahə rəisi Adil Həbiyev, mühəndisləri Sirac Abdullayev və Rauf Əzizova qarşı ekspert rəyinin saxtalaşdırılmasına görə cəza tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elməddin Aslanlı, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad LTİ-nin sahə rəisi Adil Həbiyev, mühəndisləri Sirac Abdullayev və Rauf Əzizova qarşı ekspert rəyinin saxtalaşdırılmasına görə cəza tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-411/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-411/2023
14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver