Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-423/2023 11.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) katibliyi Ağazadə Qoşqar Kamal oğlunun, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili, “BHM və Partnyorları” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 53.200 manat məbləğində pul vəsaitinin cavadehdən tutulması barədə iddiasına, Cavabdeh isə İddiaçı qarşı ödənilməmiş borcun əvəzi qismində 29.000 manat, iş üzrə hüquqi yardımın göstərilməsi üçün vəkilə verilmiş etibarnaməyə görə 17 manat 50 qəpik, iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 manat məbləğində pul vəsaitinin İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddiasına dair işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Nəbiyev X1 Murad Xeyrulla oğluna qarşı ödənilməmiş borcun əvəzi qismində 53.200 manat məbləğində pul vəsaitinin cavadehdən tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Cavabdeh isə İddiaçı qarşı ödənilməmiş borcun əvəzi qismində 29.000 manat, iş üzrə hüquqi yardımın göstərilməsi üçün vəkilə verilmiş etibarnaməyə görə 17 manat 50 qəpik, iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pul vəsaitinin və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 manat məbləğində pul vəsaitinin İddiaçı tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkiliVəkil ərizə ilə məhkəməyə müraciət edərək, göstərdi ki, hazırda ona məlum olmuşdur ki, hər iki tərəf vergi ödəyicisidir və VÖEN əsasında kommersiya fəaliyyəti ilə məşğul olurlar. Həmin tərəflər arasında pul mübahisəsi məhz onlar birgə ticarət fəaliyyəti nəticəsində yaranmışdır. Belə olan halda həm ilkin iddia və qarşılıqlı iddia kommersiya mübahisəsidir və işin baxılması Biləsuvar rayon Məhkəməsinə deyil, Şirvan Kommersiya Məhkəməsinə aiddir. Buna görə də Vəkil işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. İlkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh və onun nümayəndəsi işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyini səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkilini dinləyərək, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və onlara əlavə olunmuş sənədləri təqdiq edərək, hesab edir ki, iddia ərizəsinin baxılması Biləsuvar Rayon Məhkəməsinə aid deyil və iş materialları aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflər İddiaçı və Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışlar və tərəflər arasındakı pul mübahisəsi onların birgə biznes fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinin məzmununa görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv subyektiv tərkibi, mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən eidlməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmçinin həmin qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3 və 32.4-cü maddələrinə əsasən hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyıət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 53.200 manat məbləğində pul vəsaitinin cavadehdən tutulması barədə iddiasına, Cavabdeh isə İddiaçı qarşı ödənilməmiş borcun əvəzi qismində 29.000 manat, iş üzrə hüquqi yardımın göstərilməsi üçün vəkilə verilmiş etibarnaməyə görə 17 manat 50 qəpik, iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pul vəsaitinin və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 manat məbləğində pul vəsaitinin İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddiasına dair iş materialları aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-423/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-423/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver