Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-433/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi, borcun silinməsi və elektrik enerjisinin verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Azərişıq ASC tərəfindən dəymiş ziyana görə ona hesablanmış cərimə məbləğinin abonent hesabından silinməsi, tərtib edilmiş aktın ləğv edilməsi və fərdi yaşayış evinin elektrik enerjisi təminatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, onunla "xxxx" ASC arasında Biləsuvar rayonu Səmədabad kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair istehlakçı olaraq **********100450 saylı abonent kodu verilmişdir. O, bir istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini həmişə normal ödəmişdir. Bir istehlakçı kimi həmişə elektrik enerjisindən istifadə qaydalarına, mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişdir.xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi sayğacına baxış keçirilmişdir. Baxış zamanı vizual olaraq sayğaca, plomba müdaxilə və yaxud da sayğacdan kənar elektrik xətti aşkar edilmədi. "xxxx"ASC-nin nümayəndələri sayğacdan çıxan "O" xəttinə hansısa qurğu qoşdular və bildirdilər ki, guya o, sayğacdan kənar xəttdən istifadə edir. Bu əsasla da onlar xx.xx.2023-cü il tarixli AKT R № 285020 saylı akt tərtib etdilər. Həmin aktda göstərilir ki, "Elektrik enerjisindən istifadə Qaydalarına uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, abonentin mənzilinə məxsus elektrik sayğacının şəbəkəyə qoşulma ardıcıllığı pozulmuşdur. Abonent kənardan verilən "O" xətti vasitəsi ilə sayğacı idarə edir".Cavabdehin nümayəndələri tərəfindən keçirilmiş baxış zamanı ona məxsus elektrik sayğacı və ətrafında heç bir qanunsuz müdaxilə halı, sayğacdan kənar qoşulma və yaxud da sayğaca müdaxilə aşkar edilməyib. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca müdaxilə və yaxud da sayğacın plombuna müdaxilə halı aşkar edilməyib: Aktın "pozuntunun qısa məzmunu" hissəsindən də görünür ki, sayğacdan kənar elektrik xətti yoxdur. Təbii ki, əyər belə bir elektrik xətti olsaydı bu barədə aktda müvafiq qeyd yazılar və həmin kənar xəttin foto və yaxud video çəkilişi aparılardı. Əyər belə bir kənar xətt varsa, yaxud olubsa, onda cavabdeh bunun foto və ya video çəkilişini məhkəməyə təqdim etsin."xxxx" ASC-nin nümayəndələrinin həmin akta qeyd etdikləri "kənar "O" xətti ilə sayğacı idarə edir" ifadəsi onların "O" xəttinə qoşduqları cihazın göstəricisinə əsasən irəli sürülən bir ehtimaldır. Əyər belə bir kənar xətt varsa, o xətt gözə görünməzlik xüsusiyyətinə malik deyil ki, onu görmək mümükn olmasın. Hanı o xəttin mövcudluğuna dair dəlillər. Təbii ki, bu dəlil foto və ya video çəkiliş olmalıdır. Axı necə olur ki, sayğaca müdaxilə yox, plomba müdaxilə yox, amma o, "O" xətti ilə sayğacı idarə edir. Bu sanki bir "gözbağlıca əməlinə" bənzəyir. Sayğac və plombda hər şey qaydasında olduğu və kənar xəttin aşkar edilmədiyi bir halda, hansı sayğacın şəbəkəyə qoşulma ardıcıllığının pozulmasından söhbət gedə bilər? Tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyi halda ona niyə cərimə-borc yazılmalıdır? O, həmin vaxt cavabdehin nümayəndələrinə təklif etmişdir ki, evini, həyətini axtarsınlar, əgər kənar xətt varsa aşkar etsinlər. Onlar isə heç bir kənar xətt axtarmadan akt tərtib edib çıxıb getmişlər.Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən görünür ki, o, hər ay kifayət qədər məbləğlər ödəmişdir. Cavabdehin nümayəndələri ona təxminən bir il əvvəl də eyni qayda üzrə eyni əsasla cərimə yazmışlar. Savadsızlığı üzündən həmin vaxt yazılmış cəriməni mübahisələndirməmiş və cərimə borcunu hissə hissə ödəmişdir. Birinci dəfə akt tərtib edilən zaman, indiki halda da olduğu kimi heç bir kənar xətt aşkar edilməmişdi. İndi belə çıxır ki, cavabdeh hər il ona eyni əsasla akt tərtib edəcək.Yazılmış aktla bağlı ona borc hesablanmış və qışın bu soyuq vaxtında evinin elektrik təhcizatı xəbərdarlıq edilmədən dayandırılmışdır. Göründüyü kimi onun təqsiri yoxdur. Deməli "xxxx" ASC-nin bir istehlakçı olaraq, barəsində tərtib etdiyi akt qanunsuzdur. Yəni belə bir aktın tərtib edilməsi üçün heç bir əsas olmayıb. Qeyd etdiyi kimi ona məxsus elektrik sayğacı ilə bağlı nə sayğaca müdaxilə, nə plomba müdaxilə, nə də kənar xətt aşkar edilməyib. "xxxx" ASC-nin əməkdaşları həmin aktı yalnız xəttdə elektrik cərəyanının axımı ilə bağlı tərtib ediblər. Bu isə ehtimallara əsaslanır. Əgər baş verənlərin səbəbi elektrik sayğacında mövcud olan qüsur olsa da belə onun təqsiri yoxdur. Belə ki, tərəfindən sayğaca müdaxilə, plomba müdaxilə yoxdur. Kənar qoşulma halı da mövcud deyildir. Deməli yazılmış akt ləğv edilməli, elektrik enerjisinin itkisinə görə hesablanmış borc silinməli və evinin elektrik enerji təminatı bərpa olunmalıdır. Odur ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 09 fevral 2023-cü il tarixli 285020 saylı aktın ləğv edilməklə onun abonent hesabından cərimə məbləğinin silinməsi və yaşayış yerinə elektrik enerjisinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X1 rayonu Səmədabad kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-39-14\2-90/2023 saylı arayışından görünür ki, Babayev X1 rayonu Səmədabad kəndində yaşayır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 09 fevral 2023-cü il tarixli AKT R № № 285020 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********00450 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulma ardıcıllığı pozulmuş, kənardan verilən 0 xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 09 fevral 2023-cü il tarixli 285020 saylı aktın ləğv edilməklə onun abonent hesabından cərimə məbləğinin silinməsi və yaşayış yerinə elektrik enerjisinin verilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 09 fevral 2023-cü il tarixli 285020 saylı aktın ləğv edilməklə onun abonent hesabından cərimə məbləğinin silinməsi və yaşayış yerinə elektrik enerjisinin verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-433/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-433/2023
04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver