Məhkəmə qərarları › İş №2(022)-436/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-436/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-436/2023 23.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı NDM 030487 nömrəli aktın ləğv edilməsi və 583.55 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nəzarət departamenti tərəfindən tərtib edilmiş 23 noyabr 2022-ci il tarixli NDM 030487 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 583.55 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərilmişdir ki, "xxxx" ASC-nin abonentidir və istifadə etdiyi elektrik enerjisinin haqqını həmişə vaxtında ödəmişdir. 2022ci ilin noyabr ayının sonlarında ona məlum olmuşdur ki, onun adına 583.55 manat məbləğində borc vardır. Bununla əlaqədar müraciət etdikdə, ona bildirmişlər ki, "xxxx" ASC-nin nəzarət departamentinin əməkdaşları tərəfindən enerji uçot dəstinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğacdan kənar xətdən istifadə olunur.Bununla əlaqədar NDM 030487 saylı akt tərtib edilmiş və həmin akta əsasən ona 583.55 manat məbləğində cərimə hesablanmışdır. Həmin aktı qanunsuz hesab edir. Odur ki, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nəzarət departamenti tərəfindən tərtib edilmiş 23 noyabr 2022-ci il tarixli NDM 030487 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 583.55 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qurbanov X2 rayonu, Aşağı-Cürəli kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-1/2-586-23 saylı arayışından görünür ki, Qurbanov X2 şəhəri M.Füzuli küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı hər ay işlətdiyi elektrik enerjisinə görə xərcləri ödəmişdir. İş materiallarında olan "xxxx" açıq səhmdar cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-cı il tarixli AKT NDM № 030487 saylı aktına görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir. İşin müəyyən edilmiş hallarından görünür ki, 030487 nömrəli akt Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (Qaydalar) 8.17-2- oəndinin tələbinə uyğun tərtib edilməmişdir. Həmin bəndin tələbinə görə, istehlakçı (cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən tərtib edilmiş 23 noyabr 2022-cı il tarixli AKT NDM № 030487 saylı akt ləğv edilməli və həmin akta əsasən İddiaçı hesablanmış 583 manat 55 qəpik məbləğdə borc onun hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 noyabr 2022-cı il tarixli NDM № 030487 saylı akt ləğv edilsin və həmin akta əsasən İddiaçı hesablanmış 583 (beş yüz səksən üç) manat 55 (əlli beş) qəpik borc onun abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar