Məhkəmə qərarları › İş №2(022)-460/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-460/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-460/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və vəkili Quliyev Vəkil Yelmar oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, ona məxsus olan 4008 manatlıq qızıl-ziynət əşyalarının, 4620 manat məbləğində olan mebellərinin, 1464 manat dəyərində olan qab-qacaqlarının, 1371 manat dəyərində olan yumşaq inventarların və 461 manat dəyərində olan elektrik mallarının, cəmi məbləğ 11924.04 manatlıq şəxsi əmlaklarının ya naturada özü, yaxud onların dəyərinin, Paritet MMC-dən alınmış rəy üçün ödənilmiş 115 manat pulun, 50 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək göstərmişdir ki, o, Cavabdeh ilə el adəti üzrə evlənərək, nikahlarını qeyd etdirmədən 2018-ci ilin dekabr ayında faktiki nikah münasibətinə girmişlər.Faktiki nikah münasibətində yaşadıqları müddət ərzində onların xx.xx.2019-cu il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. 2021-ci ilin iyun ayından cavabdehlə bütün ər-arvadlıq münasibətləri tamamilə kəsilmişdir.Uşaq hazırda onun himayəsində yaşayır.O, Beyləqan rayonuna atasının ad günündə iştirak etmək üçün qayınatasından icazə alaraq getmişdir.Həmin vaxt Cavabdeh Bakı şəhərində idi. Ona məxsus olan qızılları isə həmişə Cavabdeh göstərişi ilə qaynanasına məxsus olan otaqda saxlanılırdı. Atası evinə gedəndən sonra isə uşağı xəstələndiyi üçün qayınatası və qayınanasından icazə alıb uşağı müalicə etdirməyə başlamışdır. Həmin vaxt Cavabdeh ilə telefon mübahisəsi olduğundan bir daha geri ərinin evinə qayıtmamışdır. Çünki, o daima Bakı şəhərində yaşayıdı. Ayda bir dəfə evə gəlirdi. Hər dəfə də evə gələndə onu döyürdü. Hətta bir dəfə də özünü öldürmək istəmişdir.Lakin həkimlərin köməyi ilə həyata qayıda bilmişdir. Qızıl-ziynət əşyalarının cavabdehdə qalmasının nəticəsidir ki, o, atası evinə gələndə qızlları özündə olmadığından atasının ad günüdə heç bir foto şəkildə də üstündə qızıl-zinət əşyalarından heç biri olmamışdır. O, atası evinə gələndə də ona məxsus olan bütün əmlakları, o cümlədən də qızıl-ziynət əşyaları cavabdehin göstərişi ilə qızıl-zinət əşyalarının saxlandığı yerdə qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra ona məxsus olan aşağıdakı əmlakları, o cümlədən qızıl-ziynət əşyaları:- 1 ədəd boyunbağı-585 əyyarlı, çəkisi 9,8 qr.-784 manat, bir ədəd adi qaşlı sırqa-585 əyyarlı, 3,2 qr. 256 manat, bir ədəd sırqa adi qaşlı-585 əyyarlı, çəkisi 4 qr. 320 manat, 1 ədəd üzük adi qaşlı, 585 əyarlı 4.5 qr 360 manat, 1 ədəd üzük adi qaşlı, 583 əyarlı 4.2 qr. 336 manat, l ədəd üzük adi qaşlı, 583 əyarlı 4.5 qr 360 manat, 1 ədəd üzük adi qaşlı, 585 əyarlı 4.5 qr 360 manat, l ədəd üzük adi qaşlı, 583 əyarlı 3.6 qr 288 manat,1 ədəd üzük adi qaşlı,583 əyarlı 3.8 qr 304 manat,1 ədəd Qolbağı 585 əyarlı 3.9 qr. 312 manat,1 ədəd qolbağ 585 əyyarlı 4.1 qr. 328 manatqızıl-ziynət əşyaları, o cümlədən 1 ədəd divan (künc) qiyməti -571.20 manat,1 ədəd dəst Stol-stul 1/6-. qiyməti- 352.80 manat,1 ədəd yataq dəsti qiyməti-1554 manat,1 ədəd termo qiyməti- 138.60 manat,1 ədəd Şifoner qiyməti- 604.80 manat, 2 ədəd Tumba qiyməti- 42 manat, 1 ədəd taxt-qiyməti 243.60 manat, 1 ədəd beşik qiyməti 138.50 manat,1 ədəd komod qiyməti 289.80 manat, 1 ədəd jurnal stolu qiyməti 54.60 manat,1 ədəd servant qiyməti 630 manat,1 dəst serviz dəsti (12 person( çay,yemək,105 vahid) qiyməti 360 manat,1 dəst serviz dəsti (6 person) qiyməti 85 manat, 2 dəst xrustalmeyvə-konfet qabı-1/6-qiyməti 140 manat,18 ədəd adi nəlbəki qiyməti 14.40 manat, 1 ədəd xrustal güldan qiyməti 60 manat, 1 ədəd xrustal vaza qiyməti 22 manat, 3 ədəd xrustal komot qabları qiyməti 75 manat,48 ədəd boşqab dəsti qiyməti 134 manat, 4 ədəd qazan dəsti qiyməti 88 manat, 4 ədəd qazan qiyməti 100 manat, 1 ədəd qazan dəsti qiyməti 48 manat, 1 ədəd qazan dəsti qiyməti 32 manat, 6 ədəd qədəh qiyməti 428.80 manat, 2 ədəd xrustal gülqabı qiyməti 24 manat, 6 ədəd qənd qabı qiyməti 30 manat, 4 ədəd kabab qabı qiyməti 64 manat, 2 ədəd minalı vedrə qiyməti 24 manat, 1 dəst minalı yağ qabı qiyməti 8 manat, 1 ədəd samovar qiyməti 120 manat, 1 ədəd çemodan qaşıq dəsti qiyməti 120 manat, 1 ədəd 1/8 bıçaq dəsti qiyməti 18 manat, 1 ədəd minalı çaydan qiyməti 16 manat, 2 ədəd minalı böyük və kiçik ləyən qiyməti 36 manat, 1 ədəd pol silən vedrə qiyməti 16 manat, 1 ədəd ütü qiyməti 30.60 manat, 1 ədəd saç ütüsü qiyməti 37.4 manat, 1 ədəd çılçıraq qiyməti 57.80 manat,1 ədəd blender qiyməti 30.60 manat,1 ədəd mikrodalğalı soba qiyməti 37.40 manat, 1 ədəd 7 kq-lıq paltaryuyan qiyməti 238 manat, 1 ədəd mikser qiyməti 12.24 manat, 1 ədəd elektrik peçi qiyməti 17 manat, 2 ədəd xalça qiyməti 264 manat,6 ədəd çay dəsmalı qiyməti 21.12 manat, 5 ədəd 2 nəfərlik yataq dəsti qiyməti 96.80 manat,5 ədəd təknəfərlik yataq dəsti qiyməti 70.40 manat,14 ədəd əl-üz dəsmalı qiyməti 73.92 manat, 6 ədəd yataq üzü qiyməti 63.36 manat,1 dəst uşaq yorğanı qiyməti 15.84 manat, 2 ədəd böyük odeyal qiyməti 38.72 manat,1 ədəd elektrik peçi qiyməti 17 manat, 1 ədəd balaca odeyal qiyməti 14.08 manat,4 ədəd pərdə dəsti qiyməti 158.40 manat,6 ədəd süfrə qiyməti 84.48 manat,1 ədəd taxt örtüyü qiyməti 48.40 manat,4 ədəd tək adamlıq yorğan qiyməti 158.40 manat,1 ədəd iki adamlıq yorğan qiyməti 48.40 manat,2 ədəd yastıq qiyməti 38.72 manat,3 ədəd təknəfərlik döşək qiyməti 118.80 manayt,1 ədəd iki nəfərlik döşək qiyməti 57.20 manat, cəmi dəyəri 11.924.04 manat olan əmlakları cavabdehin evində qalmışdır. Cavabdehdən adı çəkilən əmlaklarını tələb etməsinə baxmayaraq, əmlaklarının verilməsindən cavabdeh imtina edir.Odur ki, ona məxsus olan 4008 manatlıq qızıl-ziynət əşyalarının, 4620 manat məbləğində olan mebellərinin, 1464 manat dəyərində olan qab-qacaqlarının, 1371 manat dəyərində olan yumşaq inventarların və 461 manat dəyərində olan elektrik mallarının, cəmi məbləğ 11924.04 manatlıq şəxsi əmlaklarının ya naturada özü, yaxud ki, onların dəyərinin, Paritet MMC-dən alınmış rəy üçün ödənilmiş 115 manat pulunun, 50 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat pulun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının vəkili Quliyev Vəkil Yelmar oğlu iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, iddianı iddia ərizəsində qeyd edilən cehiz əmlakları hissəsində tam qəbul edir. Belə ki, həmin əmlaklar hazırda evindədir. İddia tələbinin digər hissədə - qızıl-zinət əşyaları hissəsində isə, 1 ədəd adi qaşlı sırqa 585 əyyarlı 3.2 qr, 1 ədəd qaşlı üzük 585 əyyarlı 3.6 qr, 1 ədəd adi qaşlı üzük 583 əyyarlı 4.2 qr.olan qızıl-ziynət əşyalarını qəbul edir.Lakin, özünə məxsus olan 1 ədəd boyunbağı 784 manat, 1 ədəd qolbağı 320 manat,1 ədəd sırqa və 1 ədəd üzüyü qızı X2 hədiyyə olaraq bağışlayır. İddiaçının tələb etdiyi digər məişət əşyalarını iddiaçıya qaytarılmasına etirazının olmadığını bildirmiişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan RİHB-nın Şəfəq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 580 saylı arayışdan görünür ki, İddiaçı Beyləqan rayonu Şərq qəsəbəsində yaşayır. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, iddiaçının tələb etdiyi əmlak və qızıl-ziynət əşyalarının ümumi dəyəri 11924.04 manat təşkil etmişdir. İş materiallarında olan X1 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı qabaqcadan poçt vasitəsilə xəbərdar edilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X1 keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində müdiasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə yuxarıda qeyd edilən halları və sübutları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, İddiaçı məxsus əmlaklar – qızıl-ziynət əşyaları:- 1 ədəd boyunbağı- 585 əyyarlı, çəkisi 9,8 qr.-784 manat, bir ədəd adi qaşlı sırqa-585 əyyarlı, 3,2 qr. 256 manat, bir ədəd sırqa adi qaşlı-585 əyyarlı, çəkisi 4 qr. 320 manat, 1 ədəd üzük adi qaşlı, 585 əyarlı 4.5 qr 360 manat, 1 ədəd üzük adi qaşlı, 583 əyarlı 4.2 qr. 336 manat, l ədəd üzük adi qaşlı, 583 əyarlı 4.5 qr 360 manat, 1 ədəd üzük adi qaşlı, 585 əyarlı 4.5 qr 360 manat,l ədəd üzük adi qaşlı, 583 əyarlı 3.6 qr 288 manat,1 ədəd üzük adi qaşlı,583 əyarlı 3.8 qr 304 manat,1 ədəd Qolbağı585 əyarlı 3.9 qr. 312 manat,1 ədəd qolbağ 585 əyyarlı 4.1 qr. 328 manat-qızıl-ziynət əşyaları, o cümlədən 1 ədəd divan (künc) qiyməti -571.20 manat,1 ədəd dəst Stol-stul 1/6-. qiyməti-352.80 manat,1 ədəd yataq dəsti qiyməti-1554 manat,1 ədəd termo qiyməti- 138.60 manat,1 ədəd Şifoner qiyməti- 604.80 manat,2 ədəd Tumba qiyməti- 42 manat, 1 ədəd taxt-qiyməti 243.60 manat, 1 ədəd beşik qiyməti 138.50 manat,1 ədəd komod qiyməti 289.80 manat, 1 ədəd jurnal stolu qiyməti 54.60 manat,1 ədəd servant qiyməti 630 manat,1 dəst serviz dəsti(12 person( çay,yemək,105 vahid) qiyməti 360 manat,1 dəst serviz dəsti (6 person) qiyməti 85 manat,2 dəst xrustalmeyvəkonfet qabı-1/6-qiyməti 140 manat,18 ədəd adi nəlbəki qiyməti 14.40 manat, 1 ədəd xrustal güldan qiyməti 60 manat, 1 ədəd xrustal vaza qiyməti 22 manat, 3 ədəd xrustal komot qabları qiyməti 75 manat,48 ədəd boşqab dəsti qiyməti 134 manat, 4 ədəd qazan dəsti qiyməti 88 manat, 4 ədəd qazan qiyməti 100 manat, 1 ədəd qazan dəsti qiyməti 48 manat, 1 ədəd qazan dəsti qiyməti 32 manat, 6 ədəd qədəh qiyməti 428.80 manat, 2 ədəd xrustal gülqabı qiyməti 24 manat, 6 ədəd qənd qabı qiyməti 30 manat, 4 ədəd kabab qabı qiyməti 64 manat, 2 ədəd minalı vedrə qiyməti 24 manat, 1 dəst minalı yağ qabı qiyməti 8 manat, 1 ədəd samovar qiyməti 120 manat, 1 ədəd çemodan qaşıq dəsti qiyməti 120 manat, 1 ədəd 1/8 bıçaq dəsti qiyməti 18 manat, 1 ədəd minalı çaydan qiyməti 16 manat, 2 ədəd minalı böyük və kiçik ləyən qiyməti 36 manat, 1 ədəd pol silən vedrə qiyməti 16 manat, 1 ədəd ütü qiyməti 30.60 manat, 1 ədəd saç ütüsü qiyməti 37.4 manat, 1 ədəd çılçıraq qiyməti 57.80 manat,1 ədəd blender qiyməti 30.60 manat,1 ədəd mikrodalğalı soba qiyməti37.40 manat, 1 ədəd 7 kq-lıq paltaryuyan qiyməti 238 manat, 1 ədəd mikser qiyməti 12.24 manat, 1 ədəd elektrik peçi qiyməti 17 manat, 2 ədəd xalça qiyməti 264 manat,6 ədəd çay dəsmalı qiyməti 21.12 manat,5 ədəd 2 nəfərlik yataq dəsti qiyməti 96.80 manat,5 ədəd təknəfərlik yataq dəsti qiyməti 70.40 manat,14 ədəd əl-üz dəsmalı qiyməti 73.92 manat, 6 ədəd yataq üzü qiyməti 63.36 manat,1 dəst uşaq yorğanı qiyməti 15.84 manat, 2 ədəd böyük odeyal qiyməti 38.72 manat,1 ədəd elektrik peçi qiyməti 17 manat, 1 ədəd balaca odeyal qiyməti 14.08 manat,4 ədəd pərdə dəsti qiyməti 158.40 manat,6 ədəd süfrə qiyməti 84.48 manat,1 ədəd taxt örtüyü qiyməti 48.40 manat,4 ədəd tək adamlıq yorğan qiyməti 158.40 manat,1 ədəd iki adamlıq yorğan qiyməti 48.40 manat,2 ədəd yastıq qiyməti 38.72 manat,3 ədəd təknəfərlik döşək qiyməti 118.80 manayt,1 ədəd iki nəfərlik döşək qiyməti 57.20 manat, olmadıqda onların dəyəri Cavabdeh alınıb İddiaçı verilməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə dair pul vəsaitinin əvəzi qismində 76 manat, Paritet MMC-dən rəy alınması üçün ödənilmiş 115 manat pul və 50 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus əmlaklar – 1 ədəd boyunbağı-585 əyarlı, çəkisi 9,8 qr.-784 manat, bir ədəd adi qaşlı sırqa-585 əyarlı, 3,2 qr. 256 manat, bir ədəd sırqa adi qaşlı-585 əyarlı, çəkisi 4 qr. 320 manat, 1 ədəd üzük adi qaşlı, 585 əyarlı 4.5 qr 360 manat, 1 ədəd üzük adi qaşlı, 583 əyarlı 4.2 qr. 336 manat, l ədəd üzük adi qaşlı, 583 əyarlı 4.5 qr 360 manat, 1 ədəd üzük adi qaşlı, 585 əyarlı 4.5 qr 360 manat, l ədəd üzük adi qaşlı, 583 əyarlı 3.6 qr 288 manat,1 ədəd üzük adi qaşlı, 583 əyarlı 3.8 qr 304 manat,1 ədəd Qolbaq 585 əyarlı 3.9 qr. 312 manat,1 ədəd qolbaq 585 əyyarlı 4.1 qr. 328 manat-qızıl-ziynət əşyaları, o cümlədən 1 ədəd divan (künc) qiyməti -571.20 manat,1 ədəd dəst Stol-stul 1/6-. qiyməti- 352.80 manat,1 ədəd yataq dəsti qiyməti-1554 manat,1 ədəd termo qiyməti- 138.60 manat,1 ədəd Şifoner qiyməti- 604.80 manat, 2 ədəd Tumba qiyməti- 42 manat, 1 ədəd taxt-qiyməti 243.60 manat, 1 ədəd beşik qiyməti 138.50 manat,1 ədəd komod qiyməti 289.80 manat, 1 ədəd jurnal stolu qiyməti 54.60 manat,1 ədəd servant qiyməti 630 manat, 1 dəst serviz dəsti (12 person( çay,yemək,105 vahid) qiyməti 360 manat,1 dəst serviz dəsti (6 person) qiyməti 85 manat, 2 dəst xrustal meyvə-konfet qabı-1/6-qiyməti 140 manat,18 ədəd adi nəlbəki qiyməti 14.40 manat, 1 ədəd xrustal güldan qiyməti 60 manat, 1 ədəd xrustal vaza qiyməti 22 manat, 3 ədəd xrustal komot qabları qiyməti 75 manat,48 ədəd boşqab dəsti qiyməti 134 manat, 4 ədəd qazan dəsti qiyməti 88 manat, 4 ədəd qazan qiyməti 100 manat, 1 ədəd qazan dəsti qiyməti 48 manat, 1 ədəd qazan dəsti qiyməti 32 manat, 6 ədəd qədəh qiyməti 428.80 manat, 2 ədəd xrustal gülqabı qiyməti 24 manat, 6 ədəd qənd qabı qiyməti 30 manat, 4 ədəd kabab qabı qiyməti 64 manat, 2 ədəd minalı vedrə qiyməti 24 manat, 1 dəst minalı yağ qabı qiyməti 8 manat, 1 ədəd samovar qiyməti 120 manat, 1 ədəd çemodan qaşıq dəsti qiyməti 120 manat, 1 ədəd 1/8 bıçaq dəsti qiyməti 18 manat, 1 ədəd minalı çaydan qiyməti 16 manat, 2 ədəd minalı böyük və kiçik ləyən qiyməti 36 manat, 1 ədəd pol silən vedrə qiyməti 16 manat, 1 ədəd ütü qiyməti 30.60 manat, 1 ədəd saç ütüsü qiyməti 37.4 manat, 1 ədəd çılçıraq qiyməti 57.80 manat,1 ədəd blender qiyməti 30.60 manat,1 ədəd mikrodalğalı soba qiyməti 37.40 manat, 1 ədəd 7 kqlıq paltaryuyan qiyməti 238 manat, 1 ədəd mikser qiyməti 12.24 manat, 1 ədəd elektrik peçi qiyməti 17 manat, 2 ədəd xalça qiyməti 264 manat, 6 ədəd çay dəsmalı qiyməti 21.12 manat, 5 ədəd 2 nəfərlik yataq dəsti qiyməti 96.80 manat,5 ədəd təknəfərlik yataq dəsti qiyməti 70.40 manat,14 ədəd əl-üz dəsmalı qiyməti 73.92 manat, 6 ədəd yataq üzü qiyməti 63.36 manat,1 dəst uşaq yorğanı qiyməti 15.84 manat, 2 ədəd böyük odeyal qiyməti 38.72 manat,1 ədəd elektrik peçi qiyməti 17 manat, 1 ədəd balaca odeyal qiyməti 14.08 manat, 4 ədəd pərdə dəsti qiyməti 158.40 manat, 6 ədəd süfrə qiyməti 84.48 manat,1 ədəd taxt örtüyü qiyməti 48.40 manat, 4 ədəd tək adamlıq yorğan qiyməti 158.40 manat,1 ədəd iki adamlıq yorğan qiyməti 48.40 manat,2 ədəd yastıq qiyməti 38.72 manat, 3 ədəd təknəfərlik döşək qiyməti 118.80 manayt, 1 ədəd iki nəfərlik döşək qiyməti 57.20 manat, həmin əmlaklar olmadıqda onların dəyəri Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yüz iyirmi yeddi) manat, Paritet MMC-dən alınmış rəy üçün ödənilmiş 115 (yüz on beş) manat və mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar