Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-475/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nisyə aldığı mallara görə borclu olduğu 1-ci müqavilə üzrə əsas borcuna görə 650 manat, 2-ci müqavilə üzrə əsas borcuna görə 848 manat, əsas borcuna görə hər iki müqavilə üzrə 1498 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə hər iki müqavilə üzrə qismən, yəni 500 manat olmaqla, cəmi 1998 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2021-ci ilin avqust ayının 15-də cavabdeh iddiaçı ilə malın nisyə alqı-satqısına dair müqavilə bağlamaqla ondan 650 manat dəyərində “X5 10” markalı telefonu nisyə almışdır.Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödənişsiz 12 ay müddətinə hər ay 54 manat məbləğdə pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh həmin ilin oktyabr ayında, yəni 2 ay sonra yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla, ondan 898 manat dəyərində A52 markalı Samsunq telefonu nisyə almışdır.Müqavilənin şərtinə görə ilkin olaraq 50 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin ödənişdən sonra ümumiyyətlə aldığı malların pulunu ödəməmişdir. Tərəflər arasında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi məbləğində pul ödəməli idi. Hazırda cavabdeh 15 avqust 2021-ci il tarixli müqavilə üzrə 365 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 650 manat, 0,1% faizi 65 qəpik edir. Hazırda onun ilkin müqavilə üzrə gecikdirməyə görə borcu 237 manat, ikinci müqavuilə üzrə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi məbləğində pul ödəməli idi. Hazırda cavabdeh ikinci müqavilə üzrə 11 aydır ki, yəni 330 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 848 manat, 0,1% faizi 84 qəpik edir. Hazırda onun ilkin müqavilə üzrə gecikdirməyə görə borcu 277 manat məbləğ təşkil edir. Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, birinci müqavilə üzrə borcundan ödəniş etdiyini və birinci müqavilə üzrə cəmi 303 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi M.Fizuli küçəsi ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il 2639 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri, Sahil küçəsi, ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 15 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 650 manat olan “X5 10” markalı mobil telefonu 12 ay müddətinə hər ay 54 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 898 manat olan “Samsung A52” markalı mobil telefonu 12 ay müddətinə hər ay 70 manat ödəmək şərtilə İddiaçı almışdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh 15 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən ödənişlər etməklə, onun həmin müqavilə üzrə cəmi 303 manat borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı birinci müqavilə üzrə əsas borc qismində 303 (üç yüz üç) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 237 manat, ikinci müqavilə üzrə əsas borc qismində 898 (səkkiz yüz doxsan səkkiz) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 277 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bundan başqa, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 15 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 237 manat cərimə məbləğinin 23 manata qədər, 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 277 manat cərimə məbləğinin 27 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 15 avqust 2021-ci il tarixli müqavilə üzrə əsas borc qismində 303 (üç yüz üç) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 23 (iyirmi üç) manat və 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 898 (səkkiz yüz doxsan səkkiz) manat əsas borc, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 27 (iyirmi yeddi) manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 35 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15 avqust 2021-ci il tarixli müqavilə üzrə əsas borc qismində 303 (üç yüz üç) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 23 (iyirmi üç) manat və 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 898 (səkkiz yüz doxsan səkkiz) manat əsas borc, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 27 (iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 35 (otuz beş) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-475/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-475/2023
16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver