Məhkəmə qərarları › İş №2(022)-521/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-521/2023

10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-521/2023 10.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərə görə pul tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurduğu zərərə görə 7680 manat və 100 manat vəkilə ödənilmiş məbləğ, cəmi 7780 manat pulun və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində 90VC403 KİA GEED MİNİK markalı avtomobili vardır. Adı çəkilən avtomobilini etibarnamə ilə idarə etmək üçün qohumu X1 vermişdir. 11 fevral 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Biləsuvar rayonunda həmin rayonun Bəydili kənd sakini Cavabdeh idarə etdiyi VAZ 21063 MARKALİ ** BB *** dövlət nömrə nişanlı avtomobillə onun avtomobilini vuraraq zərər yetirmişdir.Baş vermiş qəza Biləsuvar rayon RPŞ-nin X7 tərəfindən araşdırılmış və TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara görə VAZ.21063 markalı avtomobilin sürücüçü Cavabdeh təqsiri üzündən inzibati xəta baş verdiyi müəyyən edilmiş və o, İXMnin 332.1 və 372.2-ci maddələri ilə təqsirli bilinib cərimə edilmişdir. Ona isə bildirilmişdir ki, dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıra bilər.Avtomobilinə dəymiş zərərlə bağlı o, "X9 " oğlunun Servisinə müraciət etmişdir. Orada avtomobilinə dəymiş zərərlə bağlı baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, onun avtomobilinə Cavabdeh törətdiyi qəza nəticəsində 7680 manat zərər dəymişdir. Bununla bağlı ona 15 yanyar 2023-cü il tarixdə Qüsur aktı da verilmişdir.Dəfələrlə cavabdehdən avtomobilinə vurduğu zərərin ödənilməsini tələb etsə də, ödəməmişdir. Ona görə də Cavabdeh onun avtomobilinə vurduğu zərər görə 7680 manat və 100 manat vəkilə ödənilmiş məbləğ, cəmi 7780 manat pulun və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdiyini, ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı avtomobilə dəymiş zərərə görə ondan 7780 manat pul tələbi barədə iddia qaldırmışdır. Həmin iddianı qanuni və əsaslı hesab etmir. Belə ki, hadisədən sonra dərhal həm öz avtomobilinin və həm də əzdiyi avtomobilin şəkilini çəkmişdir. Hadisə vaxtı İdarə etdiyi VAZ 21063 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil KİA markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissədən sağ tərəfinə dəymişdir. Hadisə vaxtı avtomobilə dəymiş ziyan 7680 manat ola bilməz. Yuxarıda qeyd etdiyi kimi KİA markalı avtomobildə elə bir ciddi zədə yox idi. Ola bilər ki, İddiaçı artomobilini əsaslı şəkildə təmir etmək istəyir. Buna görə də ondan 7680 manat avtomobilə dəymiş zərərə görə pul tələb edir. Lakin tam qətiyyətlə bildirir ki, avtomobilə maksimum 1000 manat zərər dəymişdir. İlk öncə bildirmək istəyir ki, avtomobilə dəymiş zərərə görə Qüsur aktı tərtib edən “X2 Aslan Məmmədrazayevlə öz şəxsi marağı ucbatından həmfikir olmuşdur. Buna görə də onun mənafeyinə uyğun olaraq qüsur aktı vermişdir. Avtomobilə dəymiş zərər maksimum 1000 manat təşkil edə bilər. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materialları tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında Biləsuvar RPŞ-nin YPX-nin TP ******* saylı Qərarından görünür ki, Cavabdeh İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X5 ** VC *** KİA GEED minik markalı avtomobilin təmiri üçün İddiaçı 2590 manat və 5090 manat ödəniş etmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli № 9/4232 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X6 (VÖEN **********) tərəfindən tərtib edilmiş 15 yanvar 2023-cü il tarixli “kassa mədaxil orderinin qəbzi”ndəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “KİA GEED” minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomibilin təmir-bərpa xərci hadisı baş verən tarixə təxminən 6670.00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə ,huququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər ,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh avtoqəza hadisəsi törətmiş və nəticədə İddiaçı avtomaşınına 6670.00 manat dəyərində maddi zərər vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş zərərə görə 6670 manat məbləğdə pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6670 (altı min altı yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat və Biləsuvar rayon Vəkil Bürosuna ödənilmiş vəkil xidmətinə görə 100 (bir yüz) manat pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının aparılmasına görə Cavabdeh 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəməə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar