Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-526/2023 25.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 752 (yeddi yüz əlli iki) manat, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 582 (beş yüz səksən iki) manat və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə ödənilməmiş borc qismində 1868 (min səkkiz yüz altmış səkkiz) manat, cəmi ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cəlilabad şəhərində yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Özünə məxsus elektro-texnika mallarının satışını həyata keçirir.Cavabdeh ona məxsus mağazaya gələrək ondan ev əşyalarını nisyə almaq istədiyini bildirmişdir.O, da mağazaya gələn hər bir müştəri kimi Cavabdeh da hörmətlə yanaşaraq və onun istəyini nəzərə alaraq onunla bir neçə alqı-satqı müqaviləsi bağlamışdır. Belə ki, 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 940 manata olan, ilkin ödəniş 80 manat olmaqla, 10 ay müddətinə aylıq 94 manat ödəməsi şərti ilə “TV-Vesta 109” markalı televizoru, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 674 manat olan, 50 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə aylıq 52 manat ödəməsi şərti ilə “TV Smart 82” markalı televizoru və 04 may 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 1870 manat olan 200 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə aylıq 93 manat ödəməsi şərti ilə “Grandlux” markalı soyuducunu Cavabdeh satmışdır.Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmişdir. Cavabdehə dəfələrlə borcunu ödəməsi barədə xəbərdarlıq etsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır.Odur ki, Cavabdeh 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 752 (yeddi yüz əlli iki) manat, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 582 (beş yüz səksən iki) manat və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə ödənilməmiş borc qismində 1868 (min səkkiz yüz altmış səkkiz) manat, cəmi ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, İddiaçı ilə 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 940 manata olan, ilkin ödəniş 80 manat olmaqla, 10 ay müddətinə aylıq 94 manat ödəməsi şərti ilə “TV-Vesta 109” markalı televizoru, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 674 manat olan, 50 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə aylıq 52 manat ödəməsi şərti ilə “TV Smart 82” markalı televizoru və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 1870 manat olan 200 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə aylıq 93 manat ödəməsi şərti ilə “Grandlux” markalı soyuducunu nisyə almışdır.Hazırda onun iddiaçıya 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 752 (yeddi yüz əlli iki) manat, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 582 (beş yüz səksən iki) manat və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə ödənilməmiş borc qismində 1868 (min səkkiz yüz altmış səkkiz) manat, cəmi ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat borcu vardır. Lakin, maddi imkansızlığı səbəbindən nisyə aldığı malların dəyərini ödəyə bilmədiyini, həmin malların dəyərini hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı Cəlilabad RPŞ-nə müraciət etmiş, lakin, onun şikayəti mülki xarakterli olduğundan məhkəməyə mürciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 1170 manat olan “GrandLux 425” markalı soyuducunu, ilkin ödəniş 200 manat, 18 ay müddətinə hər ay 93 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 674 manat olan “TV Smart 82” markalı televizoru, ilkin ödəniş 50 manat, 12 ay müddətinə hər ay 52 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 750 manat olan “TV-Vesta 109” markalı televizoru, ilkin ödəniş 80 manat, 10 ay müddətinə hər ay 94 manat ödəmək şərtilə İddiaçı almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı nisyə satılmış malların dəyərinə görə 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 752 (yeddi yüz əlli iki) manat, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 582 (beş yüz səksən iki) manat və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə ödənilməmiş borc qismində 1868 (min səkkiz yüz altmış səkkiz) manat, cəmi ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə nisyə satılmış malların dəyərinə görə 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 752 (yeddi yüz əlli iki) manat, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 582 (beş yüz səksən iki) manat və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə ödənilməmiş borc qismində 1868 (min səkkiz yüz altmış səkkiz) manat, cəmi ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat məbləğdə pul vəsaiti tutulmalıdır. Eyni zamanda, MM-in 527-529-cu maddələrinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nisyə satılmış malların dəyərinə görə 21 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 752 (yeddi yüz əlli iki) manat, 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 582 (beş yüz səksən iki) manat və 04 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə ödənilməmiş borc qismində 1868 (min səkkiz yüz altmış səkkiz) manat, cəmi ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat və ödənilmiş dövlət rüsumuna görə 87 (səksən yeddi) manat məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-526/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-526/2023
25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver