Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-527/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 31 mart 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 413 manat, 21 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 756 manat, 28 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 456 manat, cəmi 1.625 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 13 mart 2023-cü il tarixdə Abışov X1 Dadaş Dadras oğluna qarşı 31 mart 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 413 manat, 21 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 756 manat, 28 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 456 manat, cəmi 1.625 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək, göstərdi ki, o, Cavabdeh əvvəllər tanımamış və sonuncunu yalnız 2022-ci ilin mart ayında onun Cəlilabada şəhərində yerləşən “Məişət Texnikası” adlı mağazasından nisyə şəkildə məişət texnikası aldığı zaman tanımışdır. 31 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, cavabdehə ümümi dəyəri 640 manat olan “TV-Supermax” markalı televizoru ilkin ödəniş 50 manat ödəməklə, hər ay 59 manat ödəniş etmək şərti ilə 10 ay müddətinə satmışdır. Lakin borclu sözügedən müqavilə üzrə yalnız iki ay – 177 və 50 manat olmaqla ödəniş etmiş və onun həmin müqavilə üzrə 413 manat məbləğində borcu yaranmışdır. Bundan, təxminən, 20 gün sonra Cavabdeh təkrarən onun mağazasından nisyə şəkildə 100 manat ilkin ödəniş etməklə ümumi dəyəri 756 manat olan “Grandlux” markalı kondisioner almışdır. 21 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borclu həmin məişət texnikasının dəyərini hər ay 100 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməli idi. Lakin borclu həmin müqavilə üzrə yalnız üç ay hər ay 100 manat olmaqla ödəniş etmiş və onun 21 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 456 manat borcu qalmışdır. 28 aprel 2022-ci il tarixdə cavabdeh onun mağazasından ümumi dəyəri 1.170 manat olan “Grandlux” markalı soyuducunu ilkin olaraq 200 manat ödəməklə, hər ay 119 manat 80 qəpik ödəniş etmək şərti ilə 12 ay müddətinə nisyə şəkildə almışdır. Həmin müqavilə üzrə Cavabdeh 90 və 120 manat ödəniş etmiş və onun iddiaçıya 456 manat məbləğində borcu qalmışdır. Ümumilikdə, cavabdehin ona 1.625 manat məbləğində borcu vardır. O, borcunun ödənilməsini dəfələrlə Cavabdeh tələb etsə də, sonuncu ona olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Buna görə də o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmış və dövlət rüsumu qismində 35 manat ödəmişdir. Sonda, İddiaçı iddia tələbinin təmin olunmasını və cavabdehdən onun xeyrinə hər üç müqavilə üzrə cəmi 1.625 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə iddia tələbini etiraf edərək, bildirdi ki, o, İddiaçı əvvəllər tanımamışdır. O, 2022-ci ilin mart ayında iddiaçının Cəlilabad rayonu Alar kəndi ərazisində yerləşən “Məişət Texnikası” mağazasından ilk öncə “TV- Supermax” markalı televizoru, həmin ilin aprel ayında isə “Grandlux” markalı kondisioneri və soyuducunu almışdır. Maddi imkanı aşağı olduğuna görə, o, aldığı məhsulların qiymətinin çox az qismini ödəmiş, iddiaçıya 1.625 manat məbləğində borcu qalmışdır. Buna görə də İddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halhazırda maddi vəziyyəti aşağı olduğuna görə həmin məişət texnikalarının dəyərini tam şəkildə ödəyə bilmir, lakin o, iddiaçıya olan borcunu maddi imkanı olan kimi tam şəkildə ödəyəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 mart 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31 mart 2022-ci il tarixdə “Məişət Texnikası” mağazasından 640 manat dəyərində “TV-Supermax” markalı televizoru ilkin ödəniş olaraq 50 manat ödəməklə, hər ay 59 manat ödəniş etmək şərti ilə, 10 ay müddətinə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. İşdə olan 21 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 aprel 2022-ci il tarixdə “Məişət Texnikası” mağazasından 756 manat dəyərində “Grandlux” markalı kondisioneri ilkin ödəniş olaraq 100 manat ödəməklə, hər ay 100 manat ödəniş etmək şərti ilə, 18 ay müddətinə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Mülki iş materiallarına əlavə edilmiş 28 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 aprel 2022-ci il tarixdə “Məişət Texnikası” mağazasından 1.170 manat dəyərində “Grandlux” markalı soyuducunu ilkin ödəniş olaraq 200 manat ödəməklə, hər ay 119 manat 80 qəpik manat ödəniş etmək şərti ilə, 12 ay müddətinə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Mülki işdə olan 13 aprel 2023-cü il tarixli İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı olan borcu 31 mart 2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 413 manat, 21 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 756 manat və 28 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 456 manat, cəmi 1.625 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 31 mart 2022-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 413 manat, 21 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 756 manat, 28 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 456 manat, cəmi 1.625 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh 31 mart 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 413 manat, 21 aprel 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 756 manat, 28 aprel 2022ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 456 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat, cəmi 1.660 (bir min altı yüz altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-527/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-527/2023
11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver