Məhkəmə qərarları › İş №2(022)-529/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-529/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-529/2023 05.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 manat məbləğdə pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin əvvəllərində ona müraciət edərək bildirmişdir ki, təcili olaraq ona 30.000 (otuz min) manat pul lazımdır. Həmin pulun nə üçün ona lazım olduğunu soruşduqda, cavabdeh ona iş qurmaq üçün lazım olduğunu bildirmişdir. Cavabdeh əlində müəyyən məbləğdə pulunun olduğunu, bundan əlavə ona pul gələcəyini və həmin pul gələn kimi onun pulunu qaytaracağını bildirmişdir. Ona görə tələsdiyini, işin əlindən çıxmaq istəmədiyini bildirmişdir. O, Zaura istədiyi məbləğdə pulunun olmadığını, amma tanışından istəyəcəyini bildirmişdir. Aradan müəyyən vaxt keçəndən sonra təxminən may ayında onlar görüşmüşdür. Zaur özünün bir necə kişi tanışı ilə onun görüşünə gəlmiş və həmin şəxsələri təqdim edərək bu adamlarla iş qurmuq istədiyini bildirmişdir. Ona görə bərabər gəldiklərini, onu da həmin şəxslərlə tanış etdiyini, istəyirsə bərabər işləyəcəklərini ona bildirmişdir. Hətta işinin fermer təsərrüfatından ibarət olduğunu demiş və bir sıra şəkillər də ona göstərmişdir. O, da inanaraq razılaşmış və bu işin baş tutmasa, pul batarsa necə olacağını soruşduqda Zaur da pulun batma ehtimalının olmadığını ona demişdir. Belə ki, işlərinin artıq yoluna düşdüyünü, çox az məsələlərin qaldığını, artıq gəlir əldə etdiyini, pulu ona hissə-hissə qaytaracağını demişdir. Amma istərsə ona borcunun olması barədə qəbz vermək və üstündə maaş kartını da vercəyini bildirmişdir. Cavabdeh maaşının 2000 (iki min) manat olduğunu, SOCAR-da mühafizənin rəisi işlədiyini demişdir. O, da bu sözə inanıb razılaşmış, xx.xx.2022-ci il tarixində Cavabdehla Yasamalda görüşmüş, pulu verməzdən əvvəl cavabdeh ona maaş kartını təqdim etmiş, “birdən sənə pul lazım olsa hər ay mənim maaşımdan götür”demişdir. O, isə 6 ayın tamamında bütöv şəkildə pulunu qaytarmasını bildirmişdir. Cavabdeh 30.000 (otuz min) manat borc alması barədə bir qəbz yazıb şəxsiyyət vəsiqəsinin surətini əlavə edərək öz imzası ilə təsdiqləyib ona vermişdir. Həmin qəbzdə pulu ona 6 ay müddətinə qaytaracağını qeyd etmişdir. O, da cavabdehin qəbz yazmasına və maaş kartını ona verməsinə inanıb həmin pulu Zaura vermişdir. Təxminən bir necə aydan sonra Zaurun onu əvvəlki kimi axtarmadığını görüb ona zəng etmiş, amma cavabdeh onun zənglərinə cavab verməmiş və o, cavabdehin bu hərəkətindən şübhəyə düşmüşdür. Yenidən uzun zaman Zauru telefonla axtarmağa başlamışdır. Bundan sonra belə bir qərara gəlmişdir ki, Zaur onun ona olan etibarından istifadə edərək onu aldadmış və aldığı həmin borcu qaytarmaq fikri yoxdur. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ona olan 30.000 (otuz min) manat borcu tam şəkildə ödədiyini və buna görə də cavabdehə qarşı pul tələbinə dair iddiasından imtina etdiyini, odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçı ilə münasibətlərini bərpa etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Belə olan halda, məhkəmə hesab edirki, iddiaçı iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci olan 126 (yüz iyirmi altı) manat İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar