Məhkəmə qərarları › İş №2(022)-533/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-533/2023

01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-533/2023 01.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X5, Cavabdeh iştirakı ilə İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı 640 manat ziyan tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 640 (altı yüz qırx) manat məbləğin Şirvan Milli Parkının X1 qanunsuz qazıntı işləri apararaq yulğun kollarını məhv etmiş Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu Vöen: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1,Alan Bank: X4, Kodu: 210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X6 məhkəmə iclasında göstərmişdir ki, 2022-ci il 17 dekar tarixində Şirvan Milli Parkının X1 mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Cəfərov X7 OT-nın ərazisində qanunsuz apardığı qazıntı nəticəsində 8 (səkkiz) ədəd yulğun kolunu məhv etmişdir. Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatına 640 (altı yüz qırx) manat ziyan vurduğu Cavabdeh bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə cavabdehə müvafiq məktub göndərilmişdir. Hal-hazıradək Cavabdeh Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatına dəymiş ziyanı könüllü ödəməmişdir.Odur ki, Cavabdeh 640 manat məbləğində ziyanın alınıb iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkına ziyan vurduğunu etiraf etmiş, lakin tələb olunan ziyanı birdəfəlik ödəmək imkanı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 dekabr 2022-ci il tarixli 61747 saylı Aktdan görünür ki, reyd zamanı X2 Balharı çayının mənsəbinə yaxın yerdə Cavabdeh aid olan dövlət torpağından örüş məqsədilə götürdüyü torpaqda əvvəllər qazılmış kanalı yenidən qazaraq dərinləşdirmişdir.Kanalın qazılmış hissəsinin eni 3 metr, dərinliyi 3 metr, uzunluğu 420 metrdir.Qazıntı zamanı 8 ədəd yulğun kolu qırılaraq sıradan çıxarılmışdır. İş materiallarında olan İnzibati Xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, 17 dekabr 2022-ci il tarixdə X3 ərazisində qanunsuz olaraq kanal qazıntısı nəticəsində kolların məhv olunması nəticəsində Cavabdeh tərəfindən AR İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Biləsuvar rayonu, Xırmandalı kənd sakini Cavabdeh 17 dekabr 2022-ci il tarixdə Şirvan Milli Parkının X1 qanunsuz kanal qazıntısı nəticəsində kolların məhv edilməsi nəticəsində təbiətə vurulmuş zərərə görə ödəniş cədvəlindən görünür ki, 8 ədəd yulğun kolunun hər bir kol üçün 80 manat olmaqla 8X80=640 manat ziyan hesablanmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci və və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 640 manat məbləğində ziyan alınıb iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh dəymiş ziyana görə 640 (altı yüz qırx) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar