Məhkəmə qərarları › İş №2(022)-546/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-546/2023

01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-546/2023 01.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkili X4, Cavabdehq oğlunun iştirakları ilə, İddiaçı Cavabdehq oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehq oğluna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehq oğlunun borclu olduğu 6880 manat borc pulun cavabdeh şəxsdən alınaraq ona ödənilməsini təmin edəcək müvafiq məhkəmə qətnaməsi qəbul edilməklə, həm də cavabdeh şəxsin barəsində dələduzluq etməsinə dair cinayətin əlamətləri olduğuna görə barəsində müvafiq xüsusi qərar çıxarılmaqla Biləsuvar rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, həyətində mal-qara saxlamaqla alveri ilə məşğul olur. 2022-ci ilin yanvar ayı ərzində Cavabdehq oğlu qəssab olduğu üçün aralarında yaranmış qarşılıqlı razılaşmaya əsasən qazanc əldə etmək məqsədilə ondan 2200 (iki min iki yüz) manat borc pul almış, ikinci dəfə təkrarən yanvar ayında onun evinə gələrək, 2 (iki) baş erkək dananı kəsərək ətini aparmış, səhərisi gün yenidən həyətinə gələrək 1 (bir) dananı da kəsərək aparmışdır. Aralarında olan ümumi hesablamalara görə cavabdehin ona 6880 (altı min səkkiz yüz səksən) manat məbləğində borcu qaldığı müəyyən edilmişdir. Dəfələrlə aralarında yaranmış borc pulu cavabdehdən istəsə də, o, ona olan borcu gecikdirməklə, verəcəyini bildirsə də, borcu qaytarmayaraq borclu olduğu pulu ona verməkdən yayınmışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq 29 noyabr 2022-ci il tarixdə Biləsuvar rayon polis şöbəsinə və müvafiq dövlət orqanlarına şikayət etməklə, cavabdehin ona qarşı dələduzluq etməsinə hüquqi qiymət verilməsini tələb edərək, ona olan 6880 (altı min səkkiz yüz səksən) manat borcunun qaytarılmasını xahiş etmişdir. Biləsuvar rayon polis şöbəsinin istitaq bölməsinin müstəntiqi X1 icraatında olan HK-1/2041 saylı yoxlama ittiham materialı üzrə cavabdeh şəxs barəsində olan hadisələrin dələduzluq kimi görünən bu hərəkətləri mülki icraat qaydasında məhkəmə yolu ilə araşdırmasının və öyrənilməsini açıqlamış olsa da, burada toplanılan əksər sübut növləri ilə bir daha təsdiq edilir ki, cavabdeh şəxsin ona olan borcu müəyyən edilir. Buna baxmayaraq, həmin borc pulu mülki icraat qaydasında tələb etsə də onun dələduzluq əməllərinə də hüquqi qiymət verilməsində də ciddi bir tələbkarlıqda israrlı olduğundan bu barədə səlahiyyətli orqanlara təkrar müraciət etmiş, hətta Biləsuvar rayon polis şöbəsinin 06 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsinin və həmin şəxsin dələduzluq əməllərinə hüquqi qiymət verilməsini bildirmişdir. İstintaq bölməsində şahid X2 verdiyi ifadəsində bir daha təsdiq edir ki, iki-üç dəfə Cavabdehq oğlu ilə özünə məxsus olan avtomaşınla onların həyətinə gedərək, kəsilmiş inək ətini götürərək Biləsuvar şəhəri Nizami küçəsində yerləşən “ət dükanına” gətirmiş, lakin Raminə borclu olduğundan məlumatı olmamışdır. İstintaq zamanı dindirilmiş digər şahid X9, X3 ilə eyni məzmunda ifadə vermişdir. Başqa bir şahid X5 da verdiyi izahatında birmənalı qeyd edərək taksi sürücüsü olmaqla, cavabdehlə Xəlillə birlikdə Biləsuvar rayonu Amankınd kəndinə onlara yəni Ramingilin evinə gedərək, kəsilmiş inək əti götürmüş, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən ət dükanına aparmşdır. O, həm də izahatında qeyd etmişdir ki, Xəlil adlı şəxsin tələbi üzrə 1 (bir) dəfə mal-qara bazarından onlara 170 (bir yüz yetmiş) manat məbləğində pul almış və başqa br vaxtda isə ondan 1000 manat pul alaraq gətirib İddiaçı vermişdir. Sonda İddiaçı ona olan 6880 (altı min səkkiz yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkili X6 iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş edir. Cavabdehq oğlu məhkəmə iclasında ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini, İddiaçı tanıdığını, ondan nisiyə mal-qara alaraq kəsib satdığını bildirmişdir. Habelə 2022-ci ilin yanvar ayında iddiaçıdan bir dəfə 1000 (min) manat, daha sonra 500 (beş yüz) manat və son dəfə 160 (yüz altımış) manat məbləğində borc pul almışdır. Lakin iddiaçıya olan borcundan 1000 (min) manat qaytarmışdır. Bundan əlavə, İddiaçı nisyə aldığı mallara görə ona 864 (səkkiz yüz altımış dörd) manat məbləğində borcunun olduğunu göstərmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Polis Şöbəsinin 06 dekabr 2022-ci il tarixli qərından və cavabdehin məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, cavabdeh iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Cavabdeh iddiaçının ondan 6880 manat pul tələbinə etiraz edərək 2022-ci ilin yanvar ayında iddiaçıdan bir dəfə 1000 (min) manat, daha sonra 500 (beş yüz) manat və son dəfə 160 (yüz altımış) manat məbləğində borc pul aldığını, lakin iddiaçıya olan borcundan 1000 (min) manat ona qaytardığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəmiəyə heç bir mötəbər sübut təhqdim etməmişdir. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı nisyə mal-qara alveri ilə məşğul olduğundan cavabdehə sonradan dəyərinin ödənilməsi şərti ilə müəyyən dövr ərzində nisəyə kəsib satılması üçün mal-qara vermiş, lakin nisyə verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı hər hansı formada hesabat aparılmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddiaçının tələbini qismən qəbul edərək ona nisyə verilmiş mal-qaraya görə 864 manat ödənilməmiş borcunun olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehq oğlundan cəmi 2524 (1000+500+160+864) manat alınaraq İddiaçın verilməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdehq oğlundan 2524 (iki min beş yüz iyirmi dörd) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar