Məhkəmə qərarları › İş №2(022)-569/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-569/2023

14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-569/2023 14.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 sədri X2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Cəlilabad 8 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üçün nəzərdə tutulan nəqliyyat yolunun və su kanalının bərpa edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 sədri X2 və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastr və X4 şəxsinin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.73 hektar pay torpaq sahəsinə nəqliyyat yolunun və həmin yolla paralel çəkilmiş su kanalının maneəsiz bərpa edilməsi və cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı ərizə təqdim edərək hazırda ona hüquqmüəyyənedici sənədlərin əldə olunması zərurəti ilə əlaqədar olaraq iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 sədri X3 məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Cəlilabad 8 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, tərəfləri dinləyərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 sədri X2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Cəlilabad 8 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üçün nəzərdə tutulan nəqliyyat yolunun və su kanalının bərpa edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,40 (yüz manat qırx qəpik) dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar