Məhkəmə qərarları › İş №2(022)-570/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-570/2023

04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-570/2023 04.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 28 fevral 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, onun cərimə edilməsinə dair 28 fevral 2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Biləsuvar şəhərində yaşayır, evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2022-ci ildə qonşunun həyətinin bir hissəsini almış, həmin həyətdən demək olar ki, istifadə etmir. 2023-cü ilin fevral ayının 28-də Qaz idarəsinin işçiləri gəlib bildirmişlər ki, qonşuluqda aldığı həyətdəki qaz xəttinə boru qaynaq edilmişdir. O, bildirmişdir ki, həmin həyəti təzə almış və qoşulma xəttinin hara getdiyini müəyyən etsinlər. Bundan başqa həmin xəttdən istifadə olunub-olunmamasını dəqiqləşdirsinlər. Lakin onlar bildirmişlər ki, bunun heç bir əhəmiyyəti yoxdur. Qanunsuz qoşulma varsa cərimə yazılacaqdır. O, onlara bildirmişdir ki, qanunsuz qoşulmanın kimin tərəfindən olduğunu müəyyən etmək onların borcudur. Onlar isə bildirmişlər ki, heç nəyi araşdırmırlar, ona görə də ona cərimə yazılacaqdır. Adı çəkilən akta görə o, cərimə edilmişdir. O, həmin cəriməni qanunsuz hesab edir. Belə ki, o qeyd olunan məbləğdə qazdan istifadə etməmişdir. Aktda göstərilir ki, guya o, PQ-4-dən (dördgöz) 24 saat müddətində 180 gün istifadə etmişdir. Halbuki, hər bir şəxs bilir ki, gecə saatlarında dördgözdən heç kim istifadə etmir. Aktda göstərilir ki, guya o, PQ-2-dən (iki göz qazdan) 24 saat müddətində 180 gün istifadə etmişdir. Halbuki, hər bir şəxs bilir ki, gecə saatlarında ikigözdən heç kim istifadə etmir. Ümumiyyətlə evindəki 2 göz işləmir. Aktda göstərilir ki, guya onda qazla işləyən təndir vardır. Halbuku onda qazla işləyən təndir yoxdur. Aktda göstərilir ki, guya onda X9 qızdırıcısı olmuşdur. Halbuku onun evində gösrtərilən qurğu yoxdur. O, cavabdeh təşkilatın onu cərimə etməsinə dair aktını əsassız və qanunsuz hesab edir. Odur ki, onun cərimə edilməsinə dair 28 fevral 2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bədinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev X5 şəhəri, M.Ə.Sabir küçəsi ev 33-də qeydiyyatdadır. İş materiallarında olan “Azəriqaz” X1 X6 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 180 gün, PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 180 gün, su qızdıncısı maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 180 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 120 gün, maksimal saatlıq qaz sərfi 2 m3/saat, orta günlük iş rejimi 24 saat hesabat, müddəti 180 gün, X9 Qızdırıcısının maksimal saatlıq qaz sərfi 1 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 180 gün qəbul edilməklə hesabat aparıldığı- (0.8 x 24 x 180 =3456, 0.6 x 24 x 180=2592, 1.5 x 24 x 180=6480, 1.5 x 24 x 120=4320, 2 x 24 x 180=8640, 1 x 24 x 180=4320) və hesablanmış cəmi məbləğin 29808m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X1 X6 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli ******* saylı Aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin sayğacdan kənar daşıyıcı xətdən yeraltı dəmir və plastik boru vasitəsi ilə kənar xətdən qeyri-qanuni qazdan istifadə edilməsi müəyyən edilmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, abonentin qaz cihazlarının ilin mövsümünə görə qaz sərfiyyatı nəzərə alınmadan hesabat müddəti 180 gün qəbul edilməklə sərfiyyat müəyyən edilmişdir ki, bu da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən yazılmış zərərin məbləğinin 2980 manat deyil, qaz sayğacına nominal qaz sərfinin 0,8 x 24 x 60=1152, 0,6 x 24 x 60=864, 1,5 x 24 x 90=3240, 1,5 x 24 x 90=3240, 2 x 24 x 90=4320, 1 x 24 x 90=2160 hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparılmalı və hesablanmış məbləğ (14976m3 x 0,12m3 =1797.12) 1797.12 manat müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli № ******* nömrəli aktı dəyişdirilməklə İddiaçı tərəfindən X2 dəymiş ziyan məbləği 1797.12 manat müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli № ******* nömrəli aktı dəyişdirilməklə İddiaçı tərəfindən X2 dəymiş ziyan məbləği 1797.12 manat müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar