Məhkəmə qərarları › İş №2(022)-589/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-589/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-589/2023 04.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Fayaz oğluna və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Fayaz oğluna və Cavabdeh2 qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Fayaz oğlunun və Cavabdeh2 **********059-05101-093004 nömrəli Çıxarış əsasında xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 37 kv.m-dən ibarət yaşayış evi onun xüsusi mülkiyyətindədir. Sonradan ona məlum olmuşdur ki, hazırkı cavabdehiər Cavabdeh1 Fayaz oğlu və Cavabdeh2 həmin evin qeydiyyatındadırlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********059-05101-093004 nömrəli Çıxarışdan görünür ki, həmin ev tam olaraq onun xüsusi mülkiyyətimdədir. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan olan yaşayış evində qeydiyyatları formal xarakter daşıyır. Onlar artıq uzun müddət nəinki həmin ünvanda, ümumiyyətlə Azərbaycan Respublikasında yaşamırlar və Azərbaycan Respublikasının vətəndaşları belə deyillər.Cavabdehiər mülkiyyətində olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları barədə adiyyatı üzrə Biləsuvar rayon polis şöbəsinə müraciət etmiş, Biləsuvar rayon polis şöbəsi müraciətinə xx.xx.2023-cü il tarixli 3- 1369/2A7814\11\23 saylı məktubla cavab olaraq bildirmişdir ki, bu haqqda məhkəməyə müraciət etsin. Qeyd etdiyi kimi cavabdehlər Rusiya Federasiyasının vətəndaşlarıdır. Həmin şəxslər qeydiyyatda olduqları evdə 20 ildir ki, yaşamırlar və evdən istifadə etmirlər. Cavabdehlərin formal da olsa mülkiyyətində olan evə qeydiyyatlarının olması həmin əmlak üzərində mülkiyyətçi kimi sərəncam vermək kimi hüquqlarırnı məhdudlaşdırır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına qarşı heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxarılmaları barədə müraciət etmiş və onun müraciətindən imtina olunaraq, məhkəməyə mülki qaydada müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı xüxuxi mülkiyyətinə ünvan 1-də (Meliaratorlar qəsəbəsi) qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, daşınmaz əmlakın reyestr nömrəsi **********59-05101-093004 olan mənzil verilmişdir. İş materiallarında olan X5 Şəhadətnamənin surətindən görünür ki, X3 ilə X10 aralarında olan nikah qeydi xx.xx.2020-ci il tarixdə pozulmuş və nikah ləğv olunduqdan sonra qadına Ağayeva soyadı verilmişdir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumat Çıxarışdan görünür ki, ünvan 1-də xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1 Fayaz oğlu və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırmalı və məhkəmə aktında əsaslandırmalıdır”. Qeyd edilən qərarın əsaslandırıcı hissəsində plenum qeyd edir ki, “qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır”. Plenum daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitutsiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq menasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitutsiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilməklə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tətbiq olunmalı və məhkəmənin müvafiq qərarı ilə əsaslandırılmalıdır”. Qeyd edilən qərarda daha sonra qeyd edilir ki, “Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi, üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.)” həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262-ci maddəsinə görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. «Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərdə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər:onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentabr 2020-ci il tarixli Qərarında bir daha hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, « Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). İş materiallarına əlavə edilmiş 26 iyul 2019-cü il tarixli AN-İ № ******* saylı notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X7 - Moskva şəhəri Çelovityevskoye yolu ev 14 korpus 1, mənzil 153 (Rusiya Federasiyası vətəndaşı) 20 17 052176, xx/xx/2017-Rusiyanın Voronej vilayəti üzrə FMX 360-010 Bobrovsk rayon, FİN) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m, yaşayış sahəsi 17.9 kv.m olan 1 otaqlı mənzilini alıcı X2 5000 (beş min) manata özgəninkiləşdirmişdir. Qeyd olunan aqlı-satqı müqaviləsi və işin müəyyən edilmiş hallarından görünür ki, X8 alqı-satqı müqaviləsi bağlananadək mübahisə olunan yaşayış sahəsinin mülkiyyətçisi olmuş, alqı-satqı müqaviləsindən sonra onun və qızı Cavabdeh2 həmin mənzildə yaşamamasına baxmayaraq mənzilə qeydiyyatları formal olaraq saxlanılmışdır. Məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Fayaz oğlunun və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Fayaz oğlunun və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar