Məhkəmə qərarları › İş №2(022)-6/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-6/2023

07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-6/2023 07.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Biləsuvar rayon Dəvrişli kənd bələdiyyəsinin sədri X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətinə gediş-gəliş yolunun aşılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tutulmuş 5 metr enində həyətinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Biləsuvar rayonu, Dəvrişli kəndində yaşayır. Həmin ünvanda aparılmış Aqrar İslahat nəticəsində ona ailə üzvləri ilə birlikdə 0,12 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinin üzərində ev, tövlə və s. tikililər tikmək istəyir. Lakin uzun müddətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həyətinə gediş-gəliş yolunun qarşısını almışlar.Nəticədə o, tikili üçün lazımi materialları maşınla həyətinə apara bilmir və tikinti işləri görə bilmir.Cavabdehlərlə dəfələrlə söhbətlər etməsinə baxmayaraq, onlar yolun açılmasına imtina edirlər.Bununla əlaqədar Dəvrişli bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, Dəvrişli bələdiyyəsi ona cavab olaraq bildirmişdir ki, həmin ərazilər Dəvrişli bələdiyyəsinə məxsusdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətində olan torpaq sahəsindən səmərəli istifadə etmək və problemsiz olaraq evinə gedib-gəlmək imkanından məhrum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tutulmuş 5 metr enində həyətinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddianın əsassız oldğundan rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Biləsuvar rayon Dəvrişli kənd bələdiyyəsinin sədri X11 məhkəmə iclasında qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu, Dəvrişli kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməainə dair JN-176B (kod ********) saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu, Dəvrişli kənd sakini İddiaçı, X1, X4, X6, X7 və X8 Biləsuvar Rayon Aqtrar İslahat komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7433 nömrəli rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə:-Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********98 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə gedişgəliş yolu nəzərdə tutulduğu, nəzərdə tutulmuş gediş-gəliş yolunun cənub istiqamətində metal torla bağlanılmış olduğu müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun cənub istiqamətində Cavabdeh2 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə:- Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********98 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən cənub istiqamətində metal torla bağlanaraq tutulmuş olduğu, cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiası İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı təmin edilməklə, mübahisəli torpaq sahəsinə dair mövcud hüquqmüəyyənedici sənədlər üzrə həyata keçirilmişdir. 30 dekabr 2022-ci il tarixli 10/7433 nömrəli rəyində müəyyən edilən hallar hazırkı iddianın qsmən təmin edilməsi üçün əsas verir. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, Biləsuvar Rayon Aqtrar İslahat komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-176B (kod ********) saylı Şəhadətnaməyə əsasən Biləsuvar rayonu, Dəvrişli kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə Cavabdeh2 tərəfindən cənub istiqamətində metal tor çəkilməklə bağlanmış gediş-gəliş yolu Cavabdeh2 tərəfindən və onun hesabına sökülməklə gediş-gəliş yolu açılmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10 manat pul Cavabdeh2 İddiaçı xeyrinə, iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Habelə, İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına 311 manat məbləğdə ödəniş edilmiş və buna görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 311 manat məbləğdə pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Aqtrar İslahat komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-176B (kod ********) saylı Şəhadətnaməyə əsasən Biləsuvar rayonu, Dəvrişli kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə Cavabdeh2 tərəfindən cənub istiqamətində metal tor çəkilməklə bağlanmış gediş-gəliş yolu Cavabdeh2 tərəfindən və onun hesabına sökülməklə gediş-gəliş yolu açılsın. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10 (on) manat Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin tərtib edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 311 (üç yüz on bir) manat məbləğdə pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar