Məhkəmə qərarları › İş №2(022)-605/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-605/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-605/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə ümumilikdə 2277.40 manat tutulub X1 hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-83/2021 saylı 31 may 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm 12 iyul 2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və icraata götürülmüşdür. Məhkum Cavabdeh 14 mart 2023-cü il tarixdə Probasiya Şöbəsinə gəlmiş və ona tətbiq edilmiş attenti markalı mobil nəzarət vasitəsini 13 mart 2023-cü ol tarixdə motoskletlə bazara gedərkən itirdiyini, 14 mart 2023-cü il tarixdə qurğunu yararsız vəziyyətdə tapdığını və həmin nəzarət vasitəsinin dəyərini tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Bu barədə ondan izahat alınmış və elektron mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınması barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin ED-M№9621 nömrəli 29 iyul 2021-ci il tarixli məktubunda Attenti markall elektron nəzarət vasitəsinin qiyməti 1930 manat, ƏDV isə 347 manat müəyyən olunmuş, ümumilikdə isə 2277.40 manat təşkil edir. Odur ki, Cavabdeh maddi ziyana görə ümumilikdə 2277.40 manat tutulub X1 hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, lakin həmin məbləği tam şəkildə ödəməyə imkanının olmadığını və hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 1(022)-83/2021 saylı hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. İşdə olan 12 iyul 2021-ci il tarixli № xx-xx/2021 nömrəli protokoldan görünür ki, Cavabdeh elektron qolbağ, İdrak BV5500 mobil nəzarət qurğusu və onun enerji qəbul etməsi üçün sarj cihazı, 3 ədəd ev siqnal ötürücüsü işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan Probasiya xidmətinin xx.xx.2021-ci il tarixli ED-M-№ 96-21 saylı məktubundan görünür ki, qeydiyyatda olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında elektron qolbağ və mobil enerji qida mənbəyini cihazla birlikdə bir ədədinin qiyməti 1930 manat, ƏDV 347.40 manat, cəmi 2277.40 manat dəyərində ölçülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 1(022)-83/2021 saylı hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinin (mobil nəzarət qurğusunun) işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməmiş və bununla da İddiaçınə 2277.40 manat dəyərində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, elektron nəzarət vasitəsini yarasız vəziyyətə salmış, nəticədə İddiaçınə 2277 manat 40 qəpik dəyərində ziyan vurmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi qismində 2277 manat 40 qəpik məbləğdə pul vəsaiti alınıb Azərbaycan Respublikasının X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsinə əsasən dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi qismində 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikasının X1 hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar