Məhkəmə qərarları › İş №2(022)-618/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-618/2023

20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-618/2023 20.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 401 (dörd yüz bir) manat, 20 (iyirmi) qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Muradov X1 rayon məhkəməsinin 1(022)-31/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 saat ictimai işlər cəzasına məhkum edilmişdir.Hökmün icrası Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir.Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi 27 may 2022-ci il tarixdə Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır.Bundan sonra 14 iyun 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu və bir ədəd şarj cihazı məhkum hazırkı iş üzrə Cavabdeh təhvil verilmişdir.Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir.Lakin cavabdeh öz dediyinə görə elektron nəzarət qurğusunu yaşadığı ünvanda yanğın baş verdiyi və həmin qurğunun yandığını bildirmişdir. Məhkum alavə olaraq izahatında mobil qurğunun dəyərini ödəyə bilməyəcəyini bildirmişdir.Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir.Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 401 manat 20 qəpik təşkil edir.Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişlər. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(022)-31/2022 saylı hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 360 saat müddətinə ictimai işlər növündə cəzasına məhkum edilmişdir. İşdə olan 14 iyun 2022-ci il tarixli № xx-xx/2022 nömrəli protokoldan görünür ki, Cavabdeh elektron nəzarət qurğusu və şarj cihazı işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan Maliyyə və Təminat idarəsinin xx.xx.2021-ci il tarixli 21/3- 1198 nömrəli məktubundan görünür ki, qeydiyyatda olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında elektron qolbağ və mobil enerji qida mənbəyini cihazla birlikdə bir ədədinin qiyməti 401.2 manat dəyərində ölçülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 1(022)-31/2022 saylı hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 360 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinin (mobil nəzarət qurğusunun) işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməmiş və bununla da Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə 401.2 manat dəyərində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, elektron nəzarət vasitəsini yarasız vəziyyətə salmış, nəticədə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə 401 manat 20 qəpik dəyərində ziyan vurmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi qismində 401 manat 20 qəpik məbləğdə pul vəsaiti alınıb Azərbaycan Respublikasının Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsinə əsasən dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi qismində 401 (dörd yüz bir) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikasının Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar