Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-622/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin 139443 manat məbləğin ödənilməsi tələbi barədə iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Biləsuvar rayonu Arazbarı kəndi ərazisində 60 ha torpaq sahəsində tikdikləri yaşayış və qeyri yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139.443 manat məbləğin "xxxx" MMC-nin hesabından İddiaçı və X1 xeyrinə ödnilməsi tələbi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsində cavabdeh "xxxx" MMC-nin ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 90 göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin 139443 manat məbləğin ödənilməsi tələbi barədə iddia ərizəsi ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 39.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin hazırkı iddia tələbindən görünür ki, iddiaçı daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbi ilə əlaqədar olmayan tələb, yəni vurulmuş zərərin ödənilməsi tələbini irəli sürmüşdür ki, bu da həmin işə müstəsna aidiyyət qaydalarına uyğun baxılmasına dair mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin-139443 manat məbləğin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(022)-622/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-622/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver