Məhkəmə qərarları › İş №2(022)-626/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-626/2023

06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-626/2023 06.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 2400 (iki min dörd yüz) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, məcburi köçkün olmaqla Biləsuvar rayonu ərazisindəki 5 saylı qəsəbədə yaşayır. 16 aprel 2021-ci il tarixdə həmyerlisi Gəncalı Balayev ona telefon edərək bildirmişdir ki, bir nəfər arpa məhsulu əkir. Həmin şəxsin hazırda pula ehtiyacı olduğundan ona pul lazımdır. Həmin şəxs pulu biçin vaxtı arpa verməklə, ya da pulunu qaytarmaqla ödəyəcəkdir. O, Gəncalıdan həmin şəxsin arpanı neçə qəpikdən verəcəyini soruşmuş, Gəncalı ona bildirmişdir ki, həmin şəxs arpanı 28 qəpikdən biçin vaxtı verəcəkdir. Gəncalı ilə yaxın münasibəti olduğundan, arpa sahibi ilə görüşərkən həmin şəxsin Cavabdeh olduğunu bilmişdir. xx.xx.2021-ci il tarixdə təxminən 15 radələrində Cəncalı Balayev yanında tanmadığı 3 nəfər şəxslə onun yaşadığı ünvana gəlmişlər. Cəncalı Balayev arpa bitkisinin biçilməsi vaxı əvəzində arpa vercəkləri vədinə görə ondan pul istəmiş, o da özündə olan 1000 (bir min) manat pulu ona vermiş, lakin Cəncalı Balayev həmin pulun azlıq edəcəyini, ona görə də başqa tanışı varsa bir az da pul tapmasını ondan xahiş etmişdir. O, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan məcburi köçkünlər üçün inşa edilmiş 5 saylı qəsəbədə yaşayan Qəhrəmanova Elzaya zəng vurumuş və borca 1000 manat pul istəmiş, sonuncu da onunla razılaşmış və gəlib aparmasını bildirmişdir. Daha sonra o, Cəncalı Balayevi başa salaraq gedib həmin qadından pulu götürməsini demişdir. Sonuncu gəldikləri şəxslərlə birlikldə maşina əyləşərək Elza Qəhrəmanovanın yaşadığı ünvana getmiş və 1000 manat pulu alıdıqdan sonra yenidən onun yanına qayıtmışlar. O, Cəncalı Balayevdən və onunla gələn şəxslədən pulu almasını soruşduqda, Cəncalı Balayev və yanındakı şəxslər həmin qadından 1000 manat pulu götürdüklərini, Cəncalı Balayev «əgər pulu qalıbsa bir az da lazım olduğunu» ona bildirmişdir. O, həmin vaxt ot bağlamaları aldığı üçün qalan 400 (dörd yüz) manat pulu da sonuncuyu vermişdir. Ümumilikdə, o, Cəncalı Balayev və onunla birlikdə gələn şəxslərə 2400 (iki min dörd yüz) manat pul vermiş və onlar həmin şəxsələrə birlikdə onun ünvanından getmişlər. Lakin 2021-ci ilin biçin vaxtı çatsa da Cavabdeh onu aldatmışdır. Sonradan o, məcburiyyət qarşısında qalıb polis orqanlarına şikayət etmişdir. Cəbrayıl rayonu PŞ-də şikayəti araşdırılmış və Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir. Lakin həmin araşdırma zamanı Cavabdeh həqiqətən ondan 2400 manat pul vəsaiti aldığını etiraf etmişdir. O, pulu olanda borcunu qaytaracağına söz vermişdir. Lakin bu günə kimi borcunu qaytarmamışdır. 2021-ci ildə cavabdehə borc kimi 2400 manat pul vermiş, lakin cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. Cavabdehlə aralarında notarial qaydada tərtib edilmiş borc müqaviləsi olmasa da mülkiyyətində olan pul vəsaitini ələ keçirib əsasız varlanmışdır.Odur ki, Cavabdeh borclu olduğu 2400 (iki min dörd yüz) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi vəkil X5 da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl RPŞ-nin İQ-nun müstəntiqi X2 28 yanvar 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Biləsuvar rayonunda qeydiyyatda olmaqla hazırda Biləsuvar rayonu, Azadlıq küçəsi, ev 9-da yaşayır. İddiaçı adlı şəxsi əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə tanışı Ələddin İsmayılov, Qədir Höküməliyev və Gəncalı Balayevlə birlikdə Biləsuvar rayonu ərazisində restoranda söhbət edən zaman o, Gəncalı Balayevə bildirmişdir ki, “təcili pul lazımdır, özünün arpa sahəsi var, biçin vaxtı pulun əvəzinə arpa verəcəkdir, həmçinin taxılın kiloqramını 30 (otuz) qəpik olduğu təqdirdə 28 (iyirmi səkkiz) qəpikdən verəcəkdir. Bundan sonra Gəncalı Balayev qohumu İddiaçı zəng vuraraq bildirmişdir ki, “tanışımda arpa var, lakin pulunu əvvəldən vermək lazımdır və biçin vaxtı həmin pulun qarşılığında arpa verəcəkdir”. Daha sonra telefonu ona vermiş, o da İddiaçılə telefonda əlaqə saxlamış və öz aralarında razılığa gəlmişlər. Həmin vaxt Gəncalı Balayev ondan gələcəkdə problem olub- olmamağını soruşmuş, bu zaman X3 Balayevə demişdir ki, “narahat olmasın, Yusif arpa biçini vaxtında pulu qayataracaqdır». O isə “biçin vaxtı İddiaçı əkin sahəsindən çıxacağı qədər arpa bitkisi verəcəyini" demişdir. Bundan sonra Gəncalı Balayev, Qədir Höküməliyev və Ələddin İsmayılov onun idarə etdiyi avtomobilə əyləşərək İddiaçı yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 2 saylı qəsəbəyə getmişlər. İddiaçı yaşadığı evin qarşısında onları qarşılamış və həyətə dəvət etmişdir. Həyətdə söhbət əsnasında X6 Quliyevə arpa verəcəyi barədə söhbətini etmiş və sonuncu da, razılaşdıqdan sonra 1400 (min dörd yüz) manat pulu_Gəncalı Balayevə vermiş və problem olmaması barədə soruşduqda, o cavabında bildirmişdir ki, “heç bir problem yaranmayacaq-biçin vaxtı lazımı qədər arpa yerəcəkdir”. İddiaçı cavabında bildirmişdir ki, Gəncalı Balayev qohumudur, ona inanır, heç bir problem yaratmaz və sonuncu gəlibsə problem olmaz”. X6 Quliyevdən 1400 (bir min dörd yüz) manat pulu alaraq saymış və sonuncu həmin pulu saydıqdan sonra ona vermişdir. Bundan sonra Gəncalı Balayev bir az da pulun lazim_olmasını İddiaçı bildirdikdə sonuncu telefonla zəng edərək qadınla əlaqə saxlamış və 1000 (bir min) manat pul lazım olmasını bildirmişdir. Daha sonra onlara “Cəbrayıl rayon 5 saylı qəsəbədə yaşayan Əlövsət adlı şəxsin yanına getmələrini bildirmiş”dir. Onunla birlikdə gələn şəxslərlə avtomobilə əyləşərək Cəbrayıl rayon 5 saylı qəsəbədə yaşayan Gəncalı Balayevin də tanıdığı Əlövsət adlı şəxsin həyətinə getmişlər. Əlövsət adlı şəxsin yaşadığı evin qarşısında görüşmüş, sonra sonuncu onları qonşuluğunda yaşayan adını bilmədikləri qadının yaşadığı ünvana aparmışdır. Həmin zaman Gəncalı Balayev qadının yaşadığı evin həyətinə daxil olmuş, onunla gələn digər şəxslər isə bayırda gözləmişlər. X4 adını bilmədiyi qadınla aralarında olan söhbət zamanı həmin qadın Gəncalı Balayevə 1000 (bir min) manat pul vermiş və 10 (on) ton arpa lazım olduğunu bildirmişdir. Gəncalı Balayev də 1000 (bir min) manat pulu qadından aldıqdan sonra saymış, həmin pulu küçədə avtomobilə əyləşən zaman ona vermiş və bundan sönra onlar yaşadıqları Biləsuvar rayonuna qayıtmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin müəyyən edilmiş yuxarıda qeyd olunan hallarından görünür ki, iddia tələbində iddiaçı cavabdehə 2400 manat pul verməsini, lakın cavabdehin sonrakı hərəkətləri nəticəsində ona vəd verdiyi arpa məhsulunu ona verməkdən imtina etməsini, nə də onun pulunu geri qatrmadığını əsas gətirməklə həmin pulun ona ödənilməli olduğunu göstərmişdir. İş materiallarında olan Cəbrayıl RPŞ-nin İQ-nun müstəntiqi X2 28 yanvar 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Cavabdeh iddiaçıdan Gəncalı Balayev vasitəsi ilə 1400 manat pul aldığını göstərmişdir. Eyni zamanda tərəflərin izahatı ilə müəyyən olunur ki, Cavabdeh iddiaçının xahişi ilə onun qohumu Elza adlı qadından Gəncalı Balayev vasitəsi ilə 1000 manat pul almışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1400 (min dörd yüz) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar