Məhkəmə qərarları › İş №2(022)-627/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-627/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-627/2023 15.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 520 (beş yüz iyirmi) manat, cərimə borcuna görə 52 (əlli iki) manat, cəmi 572 (beş yüz yetmiş iki) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Biləsuvar şəhərində elektrotexnika və məişət əşyaları məhsulların satışını həyata keçirir. Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan Cavabdeh ilə aralarında bağlanmış 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, cavabdehə “Honor 8X” markalı mobil telefonu satmağı, Cavabdeh isə 50 manat məbləğində ilkin ödəniş etdikdən sonra, hissə-hissə ödəmək şərti ilə 2022-ci ilin may ayından 2023-cü ilin avqust ayınadək hər ayın 15-də ayda 65 manat olmaqla, ümumilikdə 650 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.O, öhdəliklərini icra etməklə Cavabdeh “Honor 8X” markalı mobil telefonu satmasına baxmayaraq, Cavabdeh hər ay razılaşdırılmış məbləğdən cəmi 130 manat məbləğində ödəniş etmiş, öhdəliklərin yerinə yetirilməsindən birtərəfli olaraq imtina etmişdir. Bununla da cavabdehin əsas borc üzrə 520 manat, cərimə borcu üzrə 52 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumilikdə 650 manat dəyərində nisyə aldığı malın müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 65 manat ödəmək şərtilə 10 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ilə bağladığı 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş əsas borc qismində 520 manat, cərimə borcu qismində 52 manat, cəmi 572 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsiə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc qismində 520 (beş yüz iyirmi) manat, cərimə borcuna görə 52 (əlli iki) manat, cəmi 572 (beş yüz yetmiş iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar