Məhkəmə qərarları › İş №2(022)-63/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-63/2023

23.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-63/2023 23.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil və X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən sahəsi 0,38 ha həyətyanı torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkil X3 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı cavabdehlə doğma bacı qardaşdırlar.Torpaq islahatı aparılan zaman anası ilə iddiaçının mülkiyyətinə 0,38 ha həyətyanı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi də vardır. İddiaçının anası vəfat etdikdən sonra qardaşı-Cavabdeh vərəsəlik açdıraraq, analarından qalmış miras payını öz mülkiyyətinə qəbul etmiş və yeni mülkiyyət sənədi, yəni Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır.Həmin torpaq sahəsi ilə bağlı hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 96,7 kvm olan fərdi yaşayış evi cavabdehin adına, 0,38 ha torpaq sahəsi isə cavabdehlə iddiaçının ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır.Həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması torpağın idarə olunması ilə bağlı problemlər yaradır.Belə ki, cavabdeh həmin ərazinin tək özünün mülkiyyətində olmasını bildirir və iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə mane olur.Mövcud vəziyyətdə hesab edir ki, vəziyyətdən çıxış yolu həmin torpaq sahələrində olan paylarının müəyyənləşdirilməsi və hər birinin torpaq sahəsində paylarının ayrılmasıdır.İddiaçı hazırda ümumi mülkiyyətlərində olan torpaq sahəsindən payının müəyyən edilməsini istəyir. Sonda iddiaçının nümayəndəsi və vəkil X3 cavabdehlə iddiaçının ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən sahəsi 0,38 ha həyətyanı torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Belə ki, o, iddia tələbini qəbul etmir, iddianın heç bir əsası yoxdur və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçınun və Cavabdeh xüsusi mülkiyyətlərinə Biləsuvar rayonu, Nəsimi kəndində 96.7 kvm olmaqla 0,38 ha fərdi yaşayış evi (Daşınmaz əmlakın reyestr nömrəsi **********03- 10301) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi Daşınmaz əmlakın Dövlət reyestrində 16 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nın Nəsimi kəndi üzrə inzibati ərazi nümayəndəliyinin 06 sentyabr 2022-ci il tarixli 618 nömrəli arayışına əsasən İddiaçı Biləsuvar rayonu Nəsimi kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən qeydiyyata alınmış əmlaklar- Biləsuvar rayonu Nəsimi kəndində 0,9238 ha kənd təsərrüfatı təyinatlı torpaqlar- ½ hissə paylı mülkiyyətdə qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli, Biləsuvar rayonu, Nəsimi kəndində fərdi yaşayış evinin yerləşdiyi 0,38 ha torpaq sahəsi-2 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə paylı mülkiyyətdə qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 222.1 və 222.2-ci maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. MM-in 223.1-ci maddəsinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və Cavabdeh birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Nəsimi kəndində 0,38 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə payı müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə, məhkəməyə iddia ərizəsi verilərkən iddiaçı dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və Cavabdeh birgə mülkiyyətinə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar