Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-630/2023 06.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 2000 (iki min) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, məcburi köçkün olmaqla Biləsuvar rayonu Çaylı kəndində yaşayır.2021-ci ilin may ayında uzun müddət səmimi münasibətdə olduğu Cavabdeh ona bildirmişdir ki, anası xəstədir, təsili 2 min manat pul lazımdır.Yusif söz vermişdir ki, 2 aya borcu qaytaracaqdır. Yusiflə münasibətləri səmimi olduğundan ona inanmış və 2 min manat borc pulu ona vermişdir. Lakin 2 aydan da çox müddət keçməsinə baxmayaraq Yusif borcu qaytarmamışdr. Ona görə də məcburiyyət qarşısında qalaraq Cəbrayıl rayon polis şöbəsinə şikayət etmiş, şikayəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir.Lakin, həmin araşdırma zamanı Cavabdeh həqiqətən ondan 2000 manat pul vəsaiti aldığını etiraf etmişdir. O, pulu olanda borcunu qaytarmağa söz vermişdir.Lakin, bu günə kimi borcunu qaytarmır .Odur ki, Cavabdeh borclu olduğu 2000 (iki min) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X3 da iddiaçı ilə eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cəbrayıl RPŞ-nin İQ-nun müstəntiqi X2 28 yanvar 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, …xx.xx.2021- ci il tarixdə o, İddiaçı və Ələddin İsmayılovla birlikdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının kafesində söhbət etmişlər, söhbət əsnasında o, anasının xəstələnməsi səbəbindən İddiaçı yenidən pul lazım olduğunu bildirmiş və sonuncudan 2000 (iki min) manat pul istəmişdir. Həmin vaxt X4[ Balayevə bildirmişdir ki, «lazım' olacagı qədər pul tap ver, anası xəstədir müalicə etdirdikdən sonra qaytaracaqdın, narahat olmağa heç bir səbəb yoxdur”. İddiaçı də onun tanımadığı şəxsdən 2000 (iki min) manat borc müqabilində pul almış və Biləsuvar rayonu ərazisində «Aynur» gözəllik salonunun yanında Qədir Höküməliyev və Ələdədin İsmaylovun şahidiyi ilə 2000 (iki min) manat pulu ona vermişdir. O, Gəncal[ Balayevdən aldığı 2000 (iki min) manat pulu sonuncuya ard-arda 2 ay olmaqla har ay 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat pul vermiş və növbəti aylardan isə həmin pulları imkansızlıq səbəbindən geri qaytara bilməmişdir. 2021-ci ilin avqust ayında İddiaçı onun barəsində şikayət etdikdən sonra o sonuncuya 1000 (bir min) manat pul vermiş və onun İddiaçı ümumilikdə 600 (altı yüz) manat borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddia tələbinə etirazını əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2000 (iki min) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-630/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-630/2023
06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver