Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-650/2023 18.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 25 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, onun cərimə edilməsinə dair 25 yanvar 2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Biləsuvar şəhərində yaşayır, evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2022-ci iliu dekabr ayında həyətində olan iki göz qaz piltəsinə sayğacdan kənar qaz xətti qoşmuşdur. 2023-cü ilin yanvar ayının 23-də Qaz idarəsinin işçiləri gəlib həmin xətti görmüşlər. Daha sonra ona məlum olmuşdur ki, Qaz idarəsinin əməkdaşları onun cərimə olunması barədə Akt yazmışlar. O, həmin cəriməni qanunsuz hesab edir. Çünki o, yalnız həmin xəttdən 2 ay istifadə etsə də onlar bunu 6 ay kimi, yəni 180 gün kimi istifadəni sənədləşdirərək cərimə yazmışlar. Daha sonra evindəki qaz piltəsindən su qızdırıcıdan istifadəni orta günlüyü 24 saat kimi qeyd etmişlər. Evində qazdan istifadə edənlər bilirlər ki 2 göz piltə və cu qızdırıcısı 24 saat istifadə edilmir. İkincisi, Aktda göstərilir ki, guya o, PQ- 4-dən (dördgöz qaz) 24 saat müddətində 180 gün istifadə etmişdir. Halbuki, hər bir şəxs bilir ki, gecə saatlarında dördgözdən heç kim istifadə etmir. Üçüncüsü, Aktda göstərilmişdir ki, guya o, 2 ədəd İran sobasından istifadə etmişdir. Halbuki, onun evində İran sobası 1 ədəddir. Dördüncüsü, Aktda göstərilmişdir guya o, 2 ədəd dəmir sobadan istifadə etmişdir. Halbuki onun evində 1 ədəd dəmir soba vardır. Hesab edir ki, Aktda göstərilənlər yalan olmaqla qəsdən istifadə etdiyi qızdırıcıların sayı artırılmışdır. Əgər Azərqaza əlavə pul lazımdırsa onda bunu açıq şəkildə bildirsin. Odur ki, onun cərimə edilməsinə dair 25 yanvar 2023-cü il tarixli ******* saylı Aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bədinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İş materiallarında olan AZE seriyalı № 17984931 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X5 şəhəri, Vaqif küçəsi ev 8-də qeydiyyatdadır. İş materiallarında olan “Azəriqaz” X1 X6 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 yanvar 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin PQ-2 maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 180 gün, PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 180 gün, İran sobası iki ədəd maksimal satlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesbat müddəti 150 gün, dəmir soba iki ədəd maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 150 gün, qənaətli su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.1 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə hesabat aparıldığı- (0.6 x 24 x 180=2592, 1.5 x 2 x 24 x 150=10800, 1.4 x 2 x 24 x 150=10080, 2.1 x 24 x 180=9072, cəmi: 32544 m3) və hesablanmış cəmi məbləğin 32544m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X1 X6 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli ******* saylı Aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilməsi müəyyən edilmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, abonentin qaz cihazlarının ilin mövsümünə görə qaz sərfiyyatı nəzərə alınmadan hesabat müddəti 180 gün qəbul edilməklə sərfiyyat müəyyən edilmişdir ki, bu da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də 25 yanvar 2023-cü il tarixli ******* saylı akta əsasən yazılmış zərərin məbləğinin qaz sayğacına nominal qaz sərfinin 0,6 x 12 x 60=432m3=51.84, 1,5 x 2 x 24 x 90=6480m3, 1,4 x 2 x 24x80=5376m3, 2.1 x 24 x 90=4536m3 hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparılmalı və hesablanmış məbləğ (16824m3 x 0,12 =2018.88) 2018.88 manat müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli № ******* nömrəli aktı dəyişdirilməklə İddiaçı tərəfindən X2 dəymiş ziyan məbləği 2018.88 manat müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli № ******* nömrəli aktı dəyişdirilməklə İddiaçı tərəfindən X2 dəymiş ziyan məbləği 2018 (iki min on səkkiz) manat 88 (səksən səkkiz) qəpik müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(022)-650/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-650/2023
18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver