Məhkəmə qərarları › İş №2(022)-71/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-71/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-71/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərə görə 960 manat, dövlət rüsumunun əvəzi qismində 51 manat və hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 200 manat, cəmi 1211 manat pulun alınib ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X2 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçının mülkiyyətində ** LG *** dövlət qeydiyyat nişanlı Ford Transit mikroabvtobus vardır. 05 iyul 2023-cü il tarixdə saat 12:45 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən işıqforun qırmızı işığı yandığından avtomobili saxlamışdır. Bu vaxt VAZ minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh QAZ 3110 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və sonra isə dayandlğı yerdə idarə etdiyi avtomobilə dəyərək ona 960 manat dəyərində maddi ziyan dəymişdir.Biləsuvar rayon məhkəməsinin 3(022)-753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib ona 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Həmin məhkəmə qərarı ilə də avtomobilinə 960 manat maddi zərər dəyməsi müəyyən edilmişdir. Avtomobilinə dəymiş ziyanı cavabdehdən tələb etsə də, müxtəlif bəhanələr gətirməklə ona vurduğu zərəri ödəməkdən boyun qaçırmışdır. Buna görə də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır.Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddiaçının avtomaşına vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Tranzit” ** LG *** dövlət qeydiyyat nişanlı mikroavtobus İddiaçı məxsusdur. İş materiallarında olan Biləsuvar "xxxx" MMC-nin № xx.xx.2023-cü il tarixli Ziyan Aktından görünür ki, Ford Tranzit” ** LG *** dövlət qeydiyyat nişanlı mikroavtobusa ümumilikdə 960 manat ziyan dəymişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)- 753/2023 saylı qərarına əsasən Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli № 9/876 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə Biləsuvar "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Ford Tranzit” mikroavtobus minik avtomobili, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 805.00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsin əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 805 (səkkiz yüz beş) manat maddi ziyan, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 (qırx) manat və vəkilə hüquqi xidmətə görə ödənilmiş pulun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 805 (səkkiz yüz beş) manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 (qırx) manat və vəkilə hüquqi xidmətə görə ödənilmiş pulun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Ekspertiza tədqiqatının aparılması üçün sərf edilmiş 50 (əlli) manat pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar