Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-77/2024 11.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı ziyan tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 110 (yüz on) manat məbləğində Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatında qanunsuz balıq ovlamış Biləsuvar rayonu Ağalikənd kəndində anadan olmuş, qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu Vöen: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1,Alan Bank: X1, Kodu: 210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 15 avqust tarixində Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən 15 avquat 1995-ci il tarixində Biləsuvar rayonu Ağalikənd kəndində anadan olmuş, qeydiyyatda olan və yaşayan Cavabdeh qanunsuz balıq ovu etmək məqsədilə təsərrüfatın ərazisinə daxil olmuşdur. Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatında qanunsuz olaraq çəki balığı tutduğuna görə 110,00 manat ziyan vurduğu M. Bağırova bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə vətəndaşa müvafiq məktub göndərilmişdir. Hal-hazıradək Cavabdeh Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatına dəymiş ziyanı könüllü ödəməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 avqust 2023-cü il tarixli 61756 saylı Aktdan görünür ki, reyd zamanı Cavabdeh Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatında qanunsuz olaraq çəki balığı tutduğu aşkar olunmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, 15 avqust 2023-cü il tarixdə Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatında qanunsuz olaraq çəki balığı tutması nəticəsində Cavabdeh tərəfindən AR İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Cavabdeh 15 avqust 2023-cü il tarixdə Şirvan Milli Parkının Zəvvar ovçuluq təsərrüfatında qanunsuz balıq ovu etməsi nəticəsində təbiətə vurulmuş zərərə görə ödəniş cədvəlindən görünür ki, 5 ədəd çəki hər biri üçün 22 manat 5 ədəd x 22 manat=110 manat ziyan hesablanmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci və və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 110 manat məbləğində ziyan alınıb iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh dəymiş ziyana görə 110 (yüz on) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-77/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-77/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver