Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-78/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 4875 manat maddi ziyan və 69 manat dövlət rüsumu tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi ziyan və məhkəmə rüsumu kimi ödədiyi 69 (altmış doqquz) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək göstərilmişdir ki, mülkiyyətində BMW 530 markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobil vardır. Həmin avtomobili idarə etmək üçün dayısı X1 etibarnamə əsasında vermişdir. X5 28 avqust 2023-cü il tarixdə, saat 14 radələrində müülkiyyətində olan BMW 530 markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobillə Biləsuvar rayonu Bəydili kəndinin girişində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi «Kamaz» markalı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış və törətmiş olduğu qəzaya görə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Cavidin təqsiri ucbatından onun avtomobilinə 4875 manat məbləğində maddi ziyan dəymişdir. Həmin faktı mütəxəssis rəyi və işin digər materialları təsdiq edir. Cavabdeh həmin ziyandan ona heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, lakin cavabdeh ziyanı ödəməkdən yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi ziyanın və dövlət rüsumu kimi ödədiyi 69 (altmış doqquz) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X6 da eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi X2 «cinayət işi başlanmasınını rədd edilməsi haqqında» 02 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Cavabdeh əməlində AR İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati material tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, qəzaya uğramış “BMW-530 minik” markalı ** BR *** dövlət nömrə nişanlı avtomibilə cəmi 4875 manat maddi ziyan dəymişdir. İş materiallarında olan fotoşəkillərdən də məlum olur ki, “BMW-530 minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsin əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat maddi ziyan və dövlət rüsumu kimi ödədiyi 69 (altmış doqquz) manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 4875 (dörd min səkkiz yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumuna görə 69 (altmış doqquz) manat 40 (qırx) qəpik pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-78/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-78/2024
18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver