Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-859/2023 01.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə iləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş NDM № 031995 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsinə və dəymiş ziyana görə iddiaçıya hesablanmış 692 manat 51 qəpik (altı yüz doxsan iki manat 51 qəpik) manat cərimə məbləğinin **********00124 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə barədə ərizə təqdim edərək və izahat verərək göstərilmişdir ki, "xxxx" ASC ilə aralarında Biləsuvar rayonu Nəsimi kənd yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair bağlanılmış müqaviləyə əsasən istehlakçı olaraq ona **********00124 saylı abonent kodu verilmişdir. Bir istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini həmişə normal ödəmiş, elektrik enerjisindən istifadə qaydalarına və mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişdir.xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən onlara xəbərdarlıq edilmədən, baxışda iştirakı təmin edilmədən yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi sayğacına baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq, NDM№031995 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda onun guya Elektrik Enerjisindən istifadə Qaydalarını pozmağına dair qeyd yazılmışdır. Sayğaca baxış ona xəbər verilmədən və onun iştirakı təmin edilmədən keçirilmişdir. Sonradan ərazi üzrə nəzarətçi ona bildiriş təqdim edərkən 692 manat 51 qəpik (altı yüz doxsan iki manat 51 qəpik) borc yazıldığını görmüş və borcun səbəbini soruşduqda bildirilib ki, guya o, kənardan verilən naqillə elektrik sayğacını dövriyyədən kənarlaşdırmış və yazılmış cərimə də bununla bağlı tətbiq edilmişdir. Tərtib edilmiş həmin aktdan da görünür ki, istehlakçının baxışda iştirakı təmin edilməmiş, yəni xəbərdarlıq edilməmiş və akt tərtib edilərkən istehlakçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Əgər onun həmin baxışda iştirakı təmin edilsəydi, birinci variantda həmin akta imza atsaydı, aktda imzası olardı, ikinci variantda imza atmaqdan imtina etsəydi onda bu barədə aktda qeyd yazılardı. Göründüyü kimi aktda nə onun imzası yoxdur, nə də imza etməkdən imtinaya dair qeyd yoxdur. Bu da həmin aktın "özbaşına" və "gizli" tərtib edildiyini göstərir. Digər tərəfdən sayğacdan kənar bir elektrik xətti olsaydı həmin kənar xəttin foto və yaxud video çəkilişi aparılardı. Əgər belə bir kənar xətt varsa, yaxud olubsa, onda cavabdeh bunun fota və ya video çəkİişini məhkəməyə təqdim etsin. Odur ki, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş NDM № 031995 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və dəymiş ziyana görə hesablanmış 692,51 (altı yüz doxsan iki manat 51 qəpik) manat cərimə məbləğinin **********00124 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimov X1 rayonu Nəsimi kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 26 may 2023-cü il tarixli AKT R № 031995 saylı akta görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənardan verilən sıfır xətti ilə sayğacı dövrədən kənarlaşdırır. Naqilin en kəsiyinin ölçüsü 2x10 mm aliminium naqildir. İşin müəyyən edilmiş hallarından görünür ki, 031995 nömrəli akt Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (Qaydalar) 8.17-2- bəndinin tələbinə uyğun tərtib edilməmişdir. Həmin bəndin tələbinə görə, istehlakçı (cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd edilməlidir MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Buna baxmayaraq, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti iş üzrə mübahisələndirilən 26 may 2023-cü il tarixli AKT R № 031995 saylı aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etməmiş və məhkəməyə buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 031995 saylı akt ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 031995 saylı Akt ləğv edilsin və hesablanmış 692.51manat vəsait onun hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-859/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-859/2023
01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver