Məhkəmə qərarları › İş №2(022)-889/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-889/2023

01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-889/2023 01.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar "xxxx" ASC tərəfindən qanunsuz tərtib edilmiş 291442 nömrəli aktın etibarsız hesab eilməsi, hesablanmış 1095,51 manat vəsaitin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Biləsuvar elektrik şəbəkəsinin enerji satış şöbəsinin rəisi X1 E.E.İ.Q-nın pozulması ilə əlaqədar onun ünvanına yazdığı Akt R № 291442 nömrəli aktın hüquqa zidd olduğu üçün etibarsız hesab edilməsi və "xxxx" ASC-nin enerji təchizatı təşkilatı tərəfindən onun **********00141 saylı abonent hesabına qanunsuz yazılmış 1095,51 manat məbləğində vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə barədə ərizə təqdim edərək və izahat verərək göstərilmişdir ki, Biləsuvar rayonu Aşağı-Cürəli kəndində yaşayır, təqaüddədir. Uzun müddət Biləsuvar elektrik şəbəkəsinin rəisi və müxtəlif xidmət sahələri üzrə rəhbər vəzifələrdə işləmiş, rəsmi olaraq dövlət qulluqçusu statusu vardır. İşlədiyi sahələrdə mərkəzi idarəetmə orqanları tərəfindən təşəkkürlər və fəxri fərmanlar almışdır. Dövlət qulluğunda dövlətçiliyə xidmət sahəsində fəal olmuş, ictimaiyyət içərisində nümunə olmuş və yüksək nüfuza malik olmaqla əmək veteranıdır. Lakin buna baxmayaraq son ayda Biləsuvar elektrik şəbəkəsinin enerji satış şöbəsinin rəisi Səyyad Qurbanov yaşadığı Biləsuvar rayonu Aşağı Cürəli kəndində onun şəxsi evinə gələrək heç bir vəsiqə təqdim etmədən həyətində elektrik enerjisindən istifadə qaydalarına əməl olunmasına qərəzli bir baxış keçirmişdir. Baxış keçirdikdən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə onun evinə E.E.İ.Q-nin pozulması barədə AKT R № 291442 saylı akt göndərmişdir. xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuş akt istehlakçıların müdafiəsi haqqında qanunun tələblərinə zidd, qərəzli və sifarişli tərtib edilmişdir. Aşağıda göstərdiyi səbəblərdən qeyd olunan akt Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş E.E.İ.Q-nın tələblərinə zidd olduğundan etibarsız sayılmalıdır. Birincisi, elektrik şəbəkəsi ilə onun arasında elektrik enerjisinin alqı-satqısı ilə əlaqədar E.E.İ.Q-nin tələblərinə uyğun birtipli müqavilə yoxdur. İkincisi, elektrik şəbəkəsi ilə onun arasında balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti barədə tərtib edilmiş və alqı-satqı müqaviləsinə əlavə ediləcək akt yoxdur. Üçüncüsü, tərtib edilmiş R № 291442 saylı akta baxış zamanı, yəni akt xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə naməlum şəraitdə tərtib edilmişdir. E.E.İ.Q-nın tələblərinə zidd olaraq ona imza üçün təqdim edilməmişdən əvvəl saxta imzalarla təsdiqlənmişdir. Aktın imzalanmasından imtina barədə də saxta imzalar qoyulmuş və sifarişli şəkildə təcili olaraq elektron qaydada öz rəhbərliklərinə göndərmişdir.Onun xx.xx.2023-cü il tarixdə təkidli tələbindən sonra təqdim olunmuş aktın bütün surətləri ona təqdim olunmuşdur. Aktla tanış olmuş və öz iradını yazaraq imza etmişdir. Halbuki, həmin vaxta qədər onun aktı imza etməməyi barədə müvafiq qrafada saxta imzalar var idi. Belə ki, aktda imzası olan mühəndis Arif Nuriyev baxış zamanı onun həyətində olmamış və elektrik enerjisindən istifadə qaydalarının pozulmasını görməmiş, sifarişlə imza etmişdir. Aktda imzası olan digər nümayəndə Elməddin Əsədzadə isə yazılan aktı görməmiş və onu imza etməmişdir. Onun adından qoyulmuş imzanı isə saxta hesab edir. Aktda adları olan hər iki nümayəndə göstərdiklərini özləri təsdiq edir. Aktın təkbaşına bir nəfər Səyyad Qurbanov tərəfindən tərtib edilərək təsdiq edilməsi aktın sifarişli və qərəzli tərtibini təsdiq edir. Aktan da görünür ki, evindəki hesablayıcı sayğacın sxemində heç bir pozuntu yoxdur. Plombu qırılmayıb və zədələnməyib. İstifadə etdiyi elektrik enerjisinin dəyəri aylıq olaraq tam ödənilir və xx.xx.2023-cü il tarixdə elektrik enerjisindən istifadəyə görə olan borcunu tam ödəməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə E.E.İ.Q-nin tələblərinə zidd olaraq onun abonent koduna (**********00141) 1095,51 manat borcu olması barədə qeydiyyat aparılmışdır. Bu da E.E.İ.Q-nin tələblərinə ziddir və hüquq pozuntusudur. E.E.İ.Q-mn tələblərinə uyğun olaraq xidmət sərhəddi barədə müvafiq akt yoxdursa abonent hesablayıcı sayğacdan sonrakı hissəyə cavabdehdir. Sayğacdan əvvəl olan hissə enerji-təchizat idarəsinin balansında hesab edilir və onlar tərəfindən xidmət edilir. Baş vermiş E.E.İ.Q-da pozuntu aşkarlanmış hissə elektrik şəbəkəsinin balansındadır və pozuntunun ona heç bir aidiyyatı yoxdur. Odur ki tərtib edilmiş aktın heç bir hüquqi əsası yoxdur. Aktdan görünür ki, onun tərəfindən E.E.İ.Q-mn tələbləri pozulmamışdır.O, akta öz iradını yazarkən bildirmişdir ki, onun taxıl təmizləyən “VİM” oqreqatı yoxdur. Göstərilən “VİM” oqreqatı Biləsuvar şəhər sakini fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəfər Bayramova məxsusdur. Sifarişli şəkildə elektrik şəbəkəsi ilə ona məlum olmayan razılaşma əsasında əhaliyə səyyari şəkildə pullu xidmət göstərir. O, xx.xx.2023-cü il tarixdə taxıl təmizləmək üçün öz “VİM” oqreqatını onun həyətinə gətirərək pullu xidmət göstərmişdir. Bu zaman o öz “VİM” oqreqatını elektrik şəbəkəsinin xidməti balansında olan və onun evindən kənar elektrik veriliş xəttinə qoşmuş və 2-3 saat müddətində ona pullu xidmət göstərmişdir və işini qutararaq elə həmin tarixdə də öz “VİM” oqreqatını həyətindən çıxararaq aparmışdır. Səyyad Qurbanov onun onu məlumatlandırmağına baxmayaraq “VİM” oqreqatına baxış keçirməmiş sahibinin “VİM”-in yanında olmasına baxmayaraq kim olması ilə maraqlanmamış, “VİM” oqreqatının saatlıq enerji sərfini ölçü cihazları ilə ölçərək müəyyən etməmişdir. “VİM” video görüntüyə alınmamışdır. Halbuki, həmin an aşkar edilmiş pozuntu yerində aktlaşdırılmalı, pozuntu edən şəxs müəyyən edilməli, istehlakçı kateqoriyası müəyyənləşməli, enerji sərfi ölçü cihazları ilə ölçülməli, akt tərtib edilməlidir. E.E.İ.Q-mn 7.18 maddəsində göstərilmişdir: “Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərini yerinə yetirməsini tələb etməklə bağlı fəaliyyəti” Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında “Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Səyyad Qurbanovun aşkarladığı pozuntu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən törədildiyindən E.E.İ.Q-nın 8.17 maddəsinin tələbinə uyğun olaraq məişət abonentləri istisna olunmaqla digər istehlakçılara münasibətdə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır.Səyyad Qurbanov tərəfindən E.E.İ.Q-nın 8.17-2 maddəsinin tələbləri də ciddi şəkildə pozulmuşdur. Belə ki, E.E.İ.Q-nın 8.17 və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallar aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və bir nüsxəsini istehlakçıya təqdim edir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi aktda vurulmuş zərərin bu qaydaların 8.17 və 8.17-1-ci bəndinə uyğun olaraq hesablanmış məbləğ barədə ilkin məlumat əlavə olunur. E.E.İ.Q-nın tələblərinə zidd olaraq Səyyad Qurbanov pozuntu aşkar edilən anda müvafiq olaraq akt tərtib etməmiş, istehlakçı kateqoriyasını müəyyən etməmiş, akt legitim istehlakçılar tərəfindən imzalanmamış, hesablanmış zərərin məbləği barədə məlumat akta əlavə edilməmiş, göstərdiyim iradlar nəzərə ahnmamışdır. Səyyad Qurbanovun pozuntunu real şəkildə törədən fərdi sahibkardan yayınaraq fərdi abonentin üzərinə yazması qərəzlidir və sifarişlidir. E.E.İ.Q-nın 8.2-ci maddəsində göstərilmişdir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricisinə görə tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfmdən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.E.E.İ.Q-nın bu tələbi də enerji təchizatı təşkilatı tərəfindən ciddi şəkildə pozulmuşdur.Belə ki, pozuntu aktı xx.xx.2023-cü il tarixdə aşkarlanmış lakin xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Tərtib edilmiş aktda dəymiş ziyanın ilkin məbləği göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə enerji təchizatı müəssisəsinin nümayəndəsi (adı, soyadı və şəxsiyyəti məlum olmayan) həyətinə gələrək bildiriş məlumatı təqdim etmiş, xx.xx.2023-cü il tarixdə ödənilməyən 41,27 manat borcunun olmasını göstərmişdir.Tərəfindən göstərilən borc xx.xx.2023-cü il tarixdə enerji təchizatı müəssisəsinin hesabına tam olaraq ödənilmişdir. Enerji təchizatı təşkilatına heç bir borcu olmadığı halda E.E.İ.Q-nın 8.2 maddəsinin tələbləri pozularaq onun adına olan **********00141 saylı abonent koduna 1095,51 manat ödənilməyən məbləğ yazılmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahatında iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-16/2-424/2023 saylı arayışından görünür ki, İddiaçı şəxsi təsərrüfatında VİM aqreqatının olmaması göstərilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-16/2-422/2023 saylı arayışından görünür ki, Səidov X8 rayonu Aşağı Cürəli kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səidov X8 rayonu Aşağı Cürəli kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli AKT R № 291442 saylı aktda göstərilmişdir ki, abonent 0,4 kv-luq h/x-dən birbaşa xətt çəkməklə, sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Abonent birbaşa xəttə taxıltəmizləyən “VİM” aqreqatını qoşaraq istifadə edir, birbaşa çəkilmiş naqilin en kəsiyi 2,5 mm2 üç damarlı naqildir. İş materiallarında olan və X3 tərəfindən notarial qaydada imzalanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində X4 iştirakı ilə VİM aqreqatını idarə etdiyi traktorla İddiaçı həyətinə aparmış və elə həmin gün saat 18:30 radələrində Cəfər Bayramovun iştirakı ilə yenidən İddiaçı həyətindən götürərək Cəfər Bayramovun yaşadığı evinə aparmışdır. İş materiallarında olan və X11 tərəfindən notarial qaydada imzalanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu Aşağı-Cürəli kənd sakini İddiaçı həyətində olan elektrik sayğacından kənar VİM aqreqatını işlətməsi barədə Biləsuvar Elektrik şəbəkəsinin enerji satış şöbəsinin rəisi X5 tərəfindən xx.xx.2023-cü il tarixdə idarənin inzibati binasında yazılmış 291442 saylı aktı onun göstərişi ilə imzalamış, lakin xx.xx.2023-cü il tarixdə Səyyad Quliyevlə birlikdə İddiaçı həyətində olmamış və onun E.E.İ.Q-nin tələblərini pozmasını görməmiş, ona məxsus VİM aqreqatının olmasını və işlətməsinin şahidi olmamışdır. İş materiallarında olan Aşağı-Cürəli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03 saylı arayışından görünür ki, İddiaçı mülkiyyətində, həyətində və istifadəsində elektriklə işləyən taxıl təmizləyən “VİM” aqreqatı yoxdur. xx.xx.2023-cü il tarixdə İddiaçı həyətində olan taxıl təmizləyən VİM aqreqatı X7 məxsus olmaqla onun istifadəsindədir. Göstərilən tarixdə o, İddiaçıla qarşılıqlı razılaşma əsasında öz VİM aqreqatını onun həyətinə gətirmiş və 2-3 saat müddətində pullu xidmət göstərmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 291442 nömrəli akt Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (Qaydalar) 8.17-2- bəndinin tələbinə uyğun tərtib edilməmişdir. Həmin bəndin tələbinə görə, istehlakçı (cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 291442 saylı akt ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 291442 saylı Akt etibarsız hesab edilsin və hesablanmış 1095.51 manat vəsait onun hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar