Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-892/2023 08.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qaçay qızının cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı xx.xx.2023-cü il tarixli ******* saylı aktın və akt əsasında yazılmış 1555.20 manat cərimənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qaçay qızı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* saylı aktın və akt əsasında yazılmış 1555.20 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı Biləsuvar rayonu Bəydili kəndində yaşayır.Yaşayış evinə 08 fevral 2021ci il tarixdə qaz təsərrüfatı işçiləri tərəfindən G-4 markalı **********8 nömrəli mexaniki sayğac quraşdırılmışdır. 403 manat məbləğində istehlak borcu olduğuna görə qaz təsərrüfatı işçiləri 06 may 2021-ci il tarixdə evinə gələn qaz təchizatını dayandırmışılar.Bu barədə idarə rəisinə müraciət edərək qaz təchizatının təmin olunmasını xahiş etmişdir.Lakin idarə rəisi 403 manat borcu ödəməyi məsləhət görmüşdür.Həmin gün qaz idarəsinin əməkdaşları gəlib evinə quraşdırılmış qaz sayğacını da kəsib aparmışlar və bildirmişlər ki, borcu ödədikdən sonra sayğac yerinə bərpa olunacaqdır. Bundan əlavə qaz idarəsinin əməkdaşları xx.xx.2021-ci il tarixdə istehlakçının iştirakı olmadan, heç bir akt tərtib etmədən həmin qaz sayğacını kəsib aparmışlar. İddiaçı təbii qazdan 1 il 9 ay istifadə etməyə-etməyə 403 manat borcu hissə-hissə ödəmişdir.Bundan sonra ərizə ilə qaz idarəsinin rəhbərliyinə müraciət etmiş və ərizəsinə əsasən 28 noyabr 2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri mexaniki sayğacı smart tipli sayğacla əvəz etmişlər.Ona məxsus olan qaz sayğacı 06 ay 12 gün qaz təsərrüfatı işçilərində qalmış və 6 ay 12 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə ona bildirmişlər ki, sayğac xəta ilə işləyir, sayğaca müdaxilə olunmuş və sayğac istismara yararsızdır.Buna görə də itirilmiş qazın bərpasına görə istehlakçı olaraq 1555.20 manat məbləğində ödəniş tələb etmişlər.Onun istehlakçı kimi qaz təchizatı 1 il 7 ay dayandırılmışdır.Əgər qaz sayğacına müdaxilə olunsaydı, qaz idarəsinin əməkdaşları sayğacı yoxlayan zaman bunu aşkar edərdilər. Odur ki, «Azəriqaz» X1 istismarı idarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın və akt əsasında yazılmış 1555.20 manat cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəbrayılova X7 rayonu Bəydili kəndi M.Adışov küçəsi ev 9-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-2/2-6/6-/2023 saylı arayışında göstərilir ki, Cəbrayılova X7 rayonu Bəydili kəndi M.Adışov küçəsi ev 9-da yaşayır. İş materiallarında olan “Azəriqaz” X5 X10 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 09 iyun 2023-cü il tarixli № ******* nömrəli aktına əsasən İddiaçı Qaçay qızına məxsus sayğaca baxış zamanı qaz sayğacının çıxış plastmas borusunun 100% nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsinin aşkar edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X5 X10 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 09 iyun 2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 6 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (6 x 24 x90=12960 m3) ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı Qaçay qızına məxsus Zinner G-4 tipli **********8 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı **********169 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Zinner G-4 tipli **********8 nömrəli qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı Qaçay qızından Zinner G-4 tipli **********8 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacın yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X5 X10 İdarəsi tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Zinner G-4 tipli **********8 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X3 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının çıxış plastmas borusunun 100% nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin (6x24x90=12960 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli № ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli № ******* saylı aktı ləğv edilməli, həmin akta əsasən hesablanmış 1555,20 manat onun abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Qaçay qızı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli № ******* nömrəli aktı ləğv edilsin, həmin akta əsasən hesablanmış 1555,20 manat onun abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(022)-892/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-892/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver