Məhkəmə qərarları › İş №2(022)-894/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-894/2023

22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-894/2023 22.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı NDM 030269 və NDM 031999 nömrəli aktların ləğv edilməsi və 1150 manat məbləğində cərimənin silinməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, "xxxx" açıq səhmdar cəmiyyətinin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2022-ci il tarixli NDM ******* nömrəli və 01 iyun 2023-cü il tarixli NDM 031999 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 1150 manat məbləğində cərimənin hesabından silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı NDM 030269 və NDM 031999 nömrəli aktların ləğv edilməsi və 1150 manat məbləğində cərimənin silinməsi tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar