Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-895/2023 08.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 28 sentyabr 2022- ci il tarixli aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş ******* nömrəli 28 sentyabr 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və 1036 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi bardə ərizəsi verərək göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə “Azərqaz” İB-nin əməkdaşları növbəti Dövlət yoxlaması məqsədilə qaz sayğacını dəyişdirmişlər. Bu barədə ona eyni tarixli akt vermişlər. Həmin aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması qeyd edilməmişdir. O, dəfələrlə onlardan qaz sayğacında hər hansı bir problemin olubolmamasını soruşduqda, əməkdaşlar qaz sayğacında heç bir problemin olmamasını bildirmişlər.Lakin 28 sentyabr 2022-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları məlumatı olmadan ******* nömrəli, 28 sentyabr 2022- ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edərək göstərmişlər ki, ARDNŞ "Azəriqaz” İstehsalat" Birliyinin Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının qaz sayğacının yoxlanılması barədə 28 sentyuabr 2022-ci il tarixli 29/1710-03590-1 saylı aktına əsasən G-4 markalı **********4 nömrəli sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal və normal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal və normal sərfıyytda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Cavabdeh təşkilat tərəfindən elektron sistemə yerləşdirmişlər ki, o, 1036 manat cərimə olunmuşdur.Həmin aktın yazılmasında və imzalnmasında iştirak etməmiş, ailə üzvlərindən də kiminsə bundan məlumatı olmamışdır.Lakin qaz sayğacı onun iştirakı ilə 09.08. 2022-ci il tarixdə növbəti Dövlət yaxlaması ilə əlaqədar xətdən açılıb. Həmin vaxt tərtib olunmuş aktda qaz sayğacına hər hansı bir müdaxilənin olması barədə heç bir qeyd yoxdur.Digər tərəfdən, qaz sayğacını cavabdeh təşkilatın əməkdaşları özləri xəttdən açmışlar. Əgər sayğacda həmin qüsur var idisə, onlar bunu görə bilərdilər. Bu barədə aktda qeydiyyat aparardılar.Əgər iddiaçı təşkilatın iddia etdiyi kimi, sayğacın çıxış plastmas borusunda hər hansı bir deşik varsa, bunun qaz sayğacının sərfiyyatı qeyd etməsinə heç bir aidiyyəti yoxdur. Çünki, çıxış plastmas boruya təbii qaz sayğacdan keçdikdən sonra daxil olur və təbii qaz plastmas boruya daxil olana qədər isə sayğac onu qeydə alır. Bu baxımdan cavabdeh təşkilatın bu barədəki bütün arqumentləri nə qanuna, nə də məntiqə uyğun deyildir.“Azəriqaz” İB-nin ziyanına tərtib edilmiş bütün sənədləri əsasszıdır. Çünki cavabdeh təşkilatın nümayəndələri hər ay qaz sayğacına baxış keçirib, aylıq sərfiyyatı çıxararaq ödənilməsi üçün ona bildiriş təqdim edirlər. Əgər sayğaca hər hansı bir müdaxilə var idisə, bunu cavabdeh təşkilatın əməkdaşları görərdilər.Bundan başqa, cavabdeh təşkilatın əməkdaşları “Qaz təchizatı haqqında” AR Qanunun tələblərinə bilərəkdən əməl etməməklə, qanunun tələbini kobud surətdə pozmuşlar. Odur ki, Azəriqaz İB-nin tərtib etdiyi ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-6/2-512/2023 saylı arayışında göstərilir ki, Əsgərov X3 rayonu Bağbanlar kəndində yaşayır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal və normal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal və normal sərfıyytda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması rmüəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 sentyabr 2022-ci il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4x24x90=8640 m3) 8640 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elister tipli G-4 markalı **********4 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elister tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı “Elister” tipli G-4 markalı **********4 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Elister tipli G-4 markalı **********4 saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan ikisi üst hissədəkilər üzərində aşkar olunmaması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4x24x90=8640 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2022-ci il tarixli № ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2022-ci il tarixli № ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2022-ci il tarixli № ******* nömrəli aktı ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-895/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-895/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver