Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-926/2023 08.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "Azəriqaz" İB tərəfindən dəymiş ziyana görə hesablanmış 216 (iki yüz on altı manat) manat məbləğin abonent hesabından silinməsi və tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və evinin qaz təhcizatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi bardə ərizəsi verərək göstərilmişdir ki, "Azəriqaz" İB-yi arasında Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təbii qazla təmin edilməsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanılmış və onlara istehlakçı olaraq **********00710 saylı abonent kodu verilmişdir. Bir istehlakçı kimi həmişə təbii qazdan istifadə qaydalarına, mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişlər.xx.xx.2021-ci il tarixdə qaz təsərrüfatı işçiləri onalara məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış "Elster" tipli G-4 markalı ******* nömrəli qaz sayğacını növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq, müvafiq akt tərtib etmişlər. Sayğacın çıxarılması zamanı xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişlər. Sayğacın əvəzlənməsi ilə bağlı qabaqcadan məlumatlandırılmadığından, əvəzetmədə iştirak etməmişdir. Qaz sayğacı çıxarıldıqdan bir müddət sonra Biləsuvar rayon Qaz idarəsindən ona dövlət yoxlamasına aparılmış ******* nömrəli qaz sayğacına "Azəriqaz"İB-in Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında xx.xx.2021-ci il tarixli 29/1710-00956-1 saylı aktla sayğacın hesablama mexanizminin plastmast qapağının üst hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yarasız olmasına dair rəy verildiyini bildirmişlər. Bu isə qaz itkisi kimi qiymətləndirilmişdir. Nəticədə "Azəriqaz" İB tərəfindən 2160 m3 qaz itkisi hesablanaraq, ona 216 manat məbləğində borc yazılmışdır. Hal-hazırda "Azəriqaz" İB qaz təhcizatının bərpası üçün ondan həmin borcu tələb edir və qaz təhcizatını dayandırmışlar. Hesab edir ki, bu əsassızdır.Belə ki, qanunvericiliyin tələbinə görə qaz təsərrüfatı işçiləri daxili təlimatlarına uyğun olaraq il ərzində bir neçə dəfə sayğaclara baxış keçirirlər. Həmçinin hər ay qaz sayğaclarının sərfiyyatı qaz təsərrüfatı işçiləri tərəfindən götürülür. Qazın sərfiyyatını qeydə alan işçilər də sayğaclara vizual baxış keçirirlər. Əyər qaz sayğacı açılmamışdan əvvəl sayğacın hər hansı hissəsində müdaxilə izi olsaydı, onda həmin baxış zamanı qaz təsərrüfatı işçiləri müdaxiləni aşkar edərək, bu barədə xidməti məlumatla öz rəhbərliklərinə bildirərdilər. Eyni zamanda qaz sayğacı çıxarılan zaman qaz təsərrüfatı işçiləri sayğaca baxış keçirərək vizual baxışın nəticəsi barədə tərtib edilən xx.xx.2021-ci il tarixli ******* saylı aktda 4-cü qrafaya sayğacın çıxarılma səbəbini sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi kimi yazmışlar. Eləcə də aktın 6-cı bəndində digər qeydlər bölməsində də hər hansı bir qeyd mövcud deyildir. Sayğac çıxarıldığı zaman qaz təsərrüfatı işçiləri sayğaca baxış keçirmiş və əgər sayğaca hər hansı müdaxilə aşkar edilsəydi, bu barədə tərtib edilmiş akta qeyd yazardılar. Həmçinin bütün qaz sayğacları müəyyən olunmuş müddətdə istismarda olduqdan sonra dövri dövlət yoxlamasına göndərilir. Onun qaz sayğacı da yoxlamanın vaxtı çatdığı üçün çıxarılmışdır. Odur ki, Azəriqaz İB-nin tərtib etdiyi ******* nömrəli xx.xx.2021-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RİHB-nin Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-23/2-297/2023 saylı arayışında göstərilir ki, Əmirov X3 rayonu Ovçubərə kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşilməsi müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 26 fevral 2021-ci il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejiminin 6 saat, hesabat müddətinin 90 gün qəbul edilməklə hesabat aparıldığı və hesablanmış məbləğin (4 x 6 x 90=2160 m3) 2160 m3 ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Elister tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Zinner tipli G-4 markalı ********** saylı sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elister tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı “Elister” tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Elister tipli G-4 markalı ******* saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan ikisi üst hissədəkilər üzərində aşkar olunmaması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılmış və hesablanmış məbləğin (4 x 6 x 90=2160 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2021-ci il tarixli, ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2021-ci il tarixli, ******* saylı aktı ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktı ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-926/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-926/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver