Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-935/2025 13.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, maraqlı şəxs X1 iştirakları ilə, Ərizəçi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin sədri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi 6 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxs Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin dövlət büdcəsinə olan ümumilikdə 147,21 manat, Dövlət sosial Müdafiə Fonduna olan 8102,56 manat, İşsizlikdən sığorta fonduna olan 445,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1768,16 manat məbləğində olan borcunun ödənilməsini təmin etmək üçün Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin sədri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlayaraq Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin sədri dəyişdirildiyi üçün ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin sabiq sədri X2 ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin sədri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(022)-935/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-935/2025
13.05.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver