Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-95/2024 21.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçıun Cavabdeh qarşı borcun əvəzi qismində 1.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 oktyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı borcun əvəzi qismində 1.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 13 fevral 2024-cü il tarixdə İddiaçı apellyasiya instansiya məhkəməsində işin mahiyyəti üzrə baxılmasında iştirak etdiyinə görə işə baxan hakim N.F.Mirzəyevə yazılı etiraz vermişdir. Biləsuvar rayon məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı etirazı təmin edilmiş və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.3-cü maddəsinə əsasən həmin mülki iş mahiyyəti üzrə baxılması üçün Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev icraatına verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2017-ci ildə Cavabdeh 1.500 manat məbləğində borc vermiş və həmin vaxt cavabdeh ona olan borcunu qısa müddət ərzində qaytaracağını vəd etmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh ona olan borcunu qaytarnanış və onun borcun qaytarılması ilə bağlı tələblərinə də əhəmiyyət verməmişdir. Buna görə də o, həmin məbləğdə pulun cavabdehdən onun xeyrinə tutulması alınıb verilməsi barədə Biləsuvar rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Buna görə də o, həmin qətnamədən apellyasiya şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həmin apellyasiya şikayətinə baxılmış və onun şikayəti təmin edilməmişdir. Həmin müddətdən 3 il keçdiyinə baxmayaraq, Cavabdeh ona olan borcundan heç bir ödəniş etməmişdir. Buna görə də o, təkrarən ödənilməmiş borcun əvəzi qismində 1.500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə Biləsuvar rayon Məhkəməsində iddia qaldırmışdır. Sonda, İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı 2017-ci ildə iddia qaldırraraq, ondan 6.700 manat məbləğində tutulması barədə tələb irəli sürmüşdür. Biləsuvar rayon Məhkəməsinin 2(022)- 1557/2017 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş və ondan həmin məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət etmişdir. O, həmin qətnamə icraya göndərildikdən sonra borcunu tam həcmdə iddiaçıya ödəmişdir. Lakin 2021-ci ildə İddiaçı ona qarşı 1.500 manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması barədə iddia qaldırmışdır. Biləsuvar rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Həmin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə baxmayaraq, iddiaçı təkrarən ona qarşı eyni əsaslar üzrə təkrarən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası mülkiprosessual qanunvericiliyin tələbinə görə isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu təqdirdə iş üzrə icraata xitam verilməlidir. Sonda, Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Biləsuvar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 avqust 2021-ci il tarixli, 2(022)- 751/2021 saylı qətnaməsi olduğuna görə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işdə olan Biləsuvar rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı 1.500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması alınıb verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 1.500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması alınıb verilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(106)-3465/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki iş materialında olan İddiaçı tərəfindən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş 21 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Biləsuvar rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(022)-1557/2023 saylı icra vərəqi üzrə İddiaçı olan borcunu tam şəkildə ödəmişdir və buna görə də İddiaçı həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa,hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı və Cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə, yəni 1.500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə, Biləsuvar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Biləsuvar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 avqust 2021-ci il tarixli, 2(022)-751/2021 saylı qətnaməsi olduğu halda hazırki mülki işə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olduğuna görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə İddiaçı Cavabdeh qarşı borcun əvəzi qismində 1.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-95/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-95/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver