Məhkəmə qərarları › İş №2(022)-955/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-955/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-955/2023 17.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023 -cü il tarixli Akt-ın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023 -cü il tarixli Akt-ın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Evinə qanunamüvafiq qaydada qaz çəkdirmişdir. Hər ay sayğaca uyqun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2020-ci ilin sentyabr ayında Qaz idarəsinin işçiləri gəlib evinə quraşdırılmış qaz sayğacının vaxtı keçdiyi üçün yenisi ilə əvəzləşdırmişlər. Onlar köhnə qaz sayğacını çıxarmış, lakin sonradan buna görə onu qanunsuz cərimə etmişlər. O, Biləsuvar rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə həmin cərimə ləğv edilmişdir. Belə ki, 2023-cü ilin fevral ayında cərimə olunduğuna və buna görə ondan əlavə pul tutulduğuna görə küçədən keçən və sayğaca gedən qaz turbasına kənar xət çəkməklə qazdan istifadə etmək qərarına gəlmiş və kənar xət çəkməklə evinə gətirsə də istifadə etməmişdir. Buna baxmayaraq Azərqazın əməkdaşları onun evinə gələrək sayğacdan kənar xətdən istifadə etdiyinə görə barəsində akt tərtib etmişlər. O, həmin aktı imzalasa da kənar xətdən istifadə etməmişdir. Ona görə də barəsində tərtib edilmiş həmin aktı qanunsuz hesab edir. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı Biləsuvar rayonu, Xırmandalı kəndi Sahil küçəsində yaşamaqla Lənkəran X5 İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********00390 saylı kodla abonent qeydiyyatındadır. "xxxx" İB-nin nümayəndələri Adil Yaqublu, Ayvar Bədəlov, Elvin Əliyev, Lənkəran RQİİ-nin İSQNŞ-nin mühəndisləri Elşən Mirzəyev və Hafiz Kərimov tərəfindən 21 fevral 23-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndi Sahil küçəsində yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X4na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı Ə.Mustafayev “X4"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii X4nın pozulması haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmış və şəkilləri çəkilmişdir. Lənkəran X5 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş istehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 22 fevral 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 23328 m3 olmaqla İddiaçı abonent hesabına 2799 manat 36 qəpik pul hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixli, ******* saylı akta imza edilməsi aşkar olunmuş qanunsuz xəttin mövcudluğunun təsdiq edilməsi deməkdir. Eyni zamanda təqdim edilmiş video yazıda abonent tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə halı açıq aydın görünür. Abonent İddiaçı mənzilinə xx/xx/2022-ci il tarixdə **********198 nömrəli əvvəlcədən ödənişli SMART tipli qaz sayğacı quraşdırılmışdır. Abonent saldosuna nəzər yetirsək görərik ki, abonent tərəfindən 2022-ci ilin iyun, iyul avqust, oktyabr, noyabr aylarında ödəniş etmədiyi, 2022-ci ilin dekabr ayı üzrə 3 manat və 2023-cü ilin yanvar ayında 3 manat əvvəlcədən ödənişli SMART tipli qaz sayğacına ödəniş etməklə göstərilən məbləğdə təbii qazdan istifadə etmişdir. Qeyd olunan dövrlərdə həmin məbləğdə qaz sərfinin istifadə olunması absurtdur. Buradan da aydın görünür ki, abonent İddiaçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə halı açıq aydın görünür.Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" X1 X5 İdarəsinin “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı məxsus sayğaca baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" X1 X5 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə, hesabat aparılması və hesablanmış məbləğin (1.5 x 24 x 180=6480m3, 0.8 x 24 x 180=3456m3, 1.5 x 24 x 180=6480m3, 0.8 x 24 x 180=3456m3, 0.8 x 24 x 180=3456m3= cəmi 23328m3 ) ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş video çəkilişdən də müəyyən olunur ki, İddiaçı təbii X4nı pozaraq təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023 -cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı «Azəriqaz”Açıq Səhmdar Cəmiyyətinə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 21 fevral 2023 -cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar