Məhkəmə qərarları › İş №2(022)-987/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-987/2023

23.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-987/2023 23.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı vəkili X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nisyə aldığı mallara görə borclu olduğu 1-ci müqavilə üzrə əsas borcuna görə 793 manat, 2-ci müqavilə üzrə əsas borcuna görə 561 manat, 3-cü müqavilə üzrə əsas borcuna görə 1140 manat, 4-cü müqavilə üzrə əsas borcuna görə 1450 manat, əsas borcuna görə hər dörd müqavilə üzrə 3944 manat, gecikdirilmiş müddət üzrə dəbbə borclarına görə hər dörd müqavilə üzrə 651 olmaqla, cəmi 4595 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X5 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2022-ci ilin mart ayının 21-də cavabdeh iddiaçı ilə malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 900 manat dəyərində "Super Max TV 43SM" markalı televizoru nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin olaraq 50 manat ödəmiş, qalan 850 manatı 15 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh yalnız 1 ay cəmi 57 manat pul ödəmiş və 793 manat borclu qalmışdır.Bundan başqa cavabdeh həmin ilin avqust ayının 06-da yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla ondan 800 manat dəyərində FİNLUX Markalı paltaryuyanı nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 50 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişdən sonra 3 ay hər dəfə 63 manat ödədikdən sonra 561 manat borcu qalmışdır və daha sonra ödəniş etməmişdir.Bundan başqa cavabdeh həmin ilin oktyabr ayının 11-də yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla ondan 1240 manat dəyərində İNDESİT Markalı soyuducunu nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 100 manat ödəmiş və 15 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ödəniş etməmişdir. Bundan başqa cavabdeh həmin tarixdə malın nisyə alınmasına dair müqavilə bağlamaqla ondan 1500 manat dəyərində LG markalı paltaryuyanı nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 50 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ödəniş etməmişdir.Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi dəbbə pul ödəməli idi. Hazırda cavabdeh ilkin müqavilə üzrə 1 ildir ki, yəni 360 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1-ci müqavilə üzrə 793 manat, 0,1 faizi 79 qəpik edir. Hazırda onun ilkin müqavilə üzrə gecikdirməyə görə borcu 284 manat təşkil edir.Aralarında olan 2-ci müqavilə ilə bağlı cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh soyuducuya dair müqavilə üzrə 4 aydır ki, yəni 120 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 561.manat 0,1 faizi 56 qəpik edir. Hazırda onun 2-ci müqavilə üzrə gecikdərməyə görə borcu 67 manat təşkil edir.Aralarında olan 3-cü müqavilə ilə bağlı cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh soyuducuya dair müqavilə üzrə 4 aydır ki, yəni 120 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1140 manat, 0,1 faizi 11 manat edir. Hazırda onun 3-cü müqavilə üzrə gecikdərməyə görə borcu 132 manat təşkil edir. Aralarında olan 4-cü müqavilə ilə bağlı cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh soyuducuya dair müqavilə üzrə 4 aydır ki, yəni 120 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1450 manat, 0,1 faizi 14 manat edir. Hazırda onun 4-cü müqavilə üzrə gecikdərməyə görə borcu 168 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, bütün müqavilələr üzrə ödənişlər etdiyini və onun iddiaçıya cəmi 3710 manat borcu qaldığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X4 rayonu Bəydili kəndi M.Fizuli küçəsi ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il 5028 nömrəli arayışa əsasən Əliyeva X4 şəhəri, Sahil küçəsi, ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 21 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 900 manat olan “Super Max” TV-ni 15 ay müddətinə hər ay 57 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 06 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 800 manat olan “FİNLUX” markalı paltaryuyanı 12 ay müddətinə hər ay 63 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və X2 arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1240 manat olan “İNDESİT” markalı soyuducunu 15 ay müddətinə hər ay 76 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1500 manat olan “LG” markalı paltaryuyanı 12 ay müddətinə hər ay 121 manat ödəmək şərtilə İddiaçı almışdır. Beləliklə, işdə olan sübutlarla X1 İddiaçı bütün müqavilə üzrə əsas borc qismində 3710 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 21 mart 2022-ci il, 06 avqust 2022-ci il və 11 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə cəmi 3710 manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 50 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3710 (üç min yeddi yüz on) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mİrzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar