Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1029/2024 02.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən, iddia ərizəsində qeyd edilən həmin nöqsanlar iddiaçının diqqətinə çatdırılaraq, həmin nöqsanların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası isə eyni səbəbdən xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Lakin, iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə göstərilən nöqsanları aradan qaldırmamış və iddia tələbində mövcud olan qeyri-müəyyənliyi aradan qaldırmamışdır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işin məhkəmə hazırlıq iclaslarında iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib olunması zərurəti iddiaçıya izah olunmuşdur. Lakin iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib olunması təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiasından görünür ki, çıxarılması tələb edilən əşyaların nədən ibarət olduğu və həmin əşyalar barədə məlumatlar (istehsalçının adı, markası, istehsal tarixi və digər əlamətləri) göstərilməmişdir. Buna görə də, iddiaçı tərəfə ərizənin məzmununu MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib etmək, əşyaları barədə düzgün məlumatları təqdim etmək təklif olunmuş, lakin iddiaçı tərəf məhkəmənin təklif etdiyi düzəlişləri etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:İB**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:İB**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1029/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1029/2024
02.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver