Məhkəmə qərarları › İş №2(023)-1467/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1467/2023

02.10.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1467/2023 02.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə mülki işə 02 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 4243,56 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixə 4243,56 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********023400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu səbəbdən də, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Odur ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs (xx xxxx 1962-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuş, şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs olmaqla xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********* saylı VÖEN verilmişdir. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********023400 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin həmin tarixə olan 6.681.66 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. İşdə olan Qazax rayonu X1 hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Qazax rayonu Qazax Bələdiyyəsinin xx.xx.2023-cü il tarixə olan vergi borcu 4243,56 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********* saylı VÖEN verilmişdir. Hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin rəhbəri Maraqlı şəxsdur. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs (VÖEN 4********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixə 4243,56 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri xx xxxx 1962-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri xx xxxx 1962-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar