Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-17/2023 23.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4, X6, X2, X1, X3, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin, evin naturada texniki qaydada və traktorun isə pul şəklində bölünərək mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh, X4, X6, X2, X1, X3, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin, evin naturada texniki qaydada və traktorun isə pul şəklində bölünərək mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh, X4, X6, X2, X1, X3, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin, evin naturada texniki qaydada və traktorun isə pul şəklində bölünərək mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-17/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-17/2023
23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver