Məhkəmə qərarları › İş №2(023)-1751/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1751/2023

24.11.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1751/2023 24.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə 24 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1641,2 manat, işsizlikdən sığorta fonduna olan 65,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 260,99 manat borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin işsizlikdən sığorta fonduna olan 65,73 manat, dövlət büdcəsinə 40 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna olan 260,99 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1641,2 manat olmaqla, ümumilikdə 2007,92 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********605500, xx.xx.2023-cü il tarixli **********1607200, xx.xx.2023-cü il tarixli **********703100, xx.xx.2023-cü il tarixli **********779100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1641,2 manat, işsizlikdən sığorta fonduna olan 65,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 260,99 manat borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri xx xxxx 1978-ci ildə Qazax rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdaərsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Maraqlı şəxs olmaqla xx.xx.2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********1607200 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə dövlət büdcəsinə ümumilikdə 40 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********779100 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə dövlət büdcəsinə ümumilikdə 260,99 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********605500 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə dövlət büdcəsinə ümumilikdə 65,73 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********779100 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə dövlət büdcəsinə ümumilikdə 1641,20 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin vergi borcu dövlət büdcəsinə olan ümumilikdə 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1641,2 manat, işsizlikdən sığorta fonduna olan 65,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 260,99 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur. Vergi ödəyicisi olan hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə 2007,92 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icra orqanının rəhbəri xx xxxx 1978ci ildə Qazax rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icra orqanının rəhbəri xx xxxx 1978-ci ildə Qazax rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar