Məhkəmə qərarları › İş №2(023)-607/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-607/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Ailə münasibətləri üzrə mübahisələr - Mənzilə istifadə hüququnun tanınması - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-607/2023 14.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Əliyev Mahir Müşafiq oğlunun, Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayram qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cehiz əşyaları və ya onun dəyəri, birgə nikah dövründə əldə olunan daşınar əmlakın satılaraq əldə olunan pulun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış hüququnun verilməsi və evə köçürülmə, ona məxsus əşyaların v ya onun dəyərinin, birgə nikah dövründə əldə olunan daşınar əmlakın satılaraq əldə olunan pulun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə olan ona məxsus yuxarıda göstərdiyi 80 adda cehiz və geyim əşyalarının özünün və ya dəyəri olan 11.695 (on bir min altı yüz doxsan beş) manatın alınıb ona verilməsi, hazırda Cavabdeh1 istifadəsində olan birgə nikah dövründə əldə olunmuş ** BX *** dövlət nömrə nişanlı 2107 markalı avtomaşının 7000 manat dəyərinin yarı hissəsini, yəni 3.500 manatının Cavabdeh1 birdəfəlik alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 15 iyun 2019-cu il tarixdə el adəti ilə evlənərək, 16 sentyabr 2019-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Gəlin kimi Cavabdeh2 məxsus evə gəlin köçmüşdür. Cavabdeh1la birgə yaşadıqları dövrdə 10 mart 2020-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlarda cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin anası digər Cavabdeh3 ailəyə müdaxilə etməsinə görə ailələri faktiki olaraq dağılmışdır. Cavabdeh1 iddia tələbi üzrə Qazax rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(023)-62/2023 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. X17 himayəsində olmaqla atası evində məskunlaşmışdır. Onun başqa yerdə yaşayış yeri yoxdur, atası evi isə olduqca kiçikdir, uşağı ilə həmin evdə məskunlaşa bilmir. Ona məxsus qızıl-zinət əşyaları hazırda onun istifadəsində olmasına baxmayaraq, ona məxsus bütün əşyaları, geyim və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Ona məxsus əmlaklar – Hisensie markalı televizor qiyməti 1050 manat, DVD qiyməti 150 manat, SAMSUNG A53 markalı mobil telefon qiyməti 900 manat, Rusiya istehsalı olan paltaryuyan maşını qiyməti 150 manat, tozsoran- qiyməti 200 manat, meyvə şirəsi çəkən-qiyməti 170 manat, ət çəkən-qiyməti 100 manat, 1 ədəd yazı stolu qiyməti 50 manat, 1 ədəd ütü qiyməti 50 manat, 1 ədəd ütü stolu qiyməti 30 manat, 1 ədəd sandıq qiyməti 100 manat, 1 ədəd toster qiyməti 40 manat, 1 dəst tort bişirən qablar qiyməti-50 manat, 1 ədəd mikser qiyməti 25 manat, 1 ədəd keks qabı qiyməti 10 manat, 1 ədəd çörək qabı sürməli qiyməti 40 manat, 1 ədəd qaz pilitəsi qiyməti 50 manat, 1 ədəd saç feni (Braun) qiyməti 30 manat, 1 ədəd elektrikli blender qiyməti 35 manat, 1 ədəd tərəvəz doğrayan qiyməti 25 manat, 1 ədəd qoz çəkən maşın qiyməti 25 manat, bıçaq dasti qiyməti 35 manat, 3 tefal qazan dəsti qiyməti 150 manat, Şirəli qazan dəsti qiyməti 130 manat, 2 ədəd şirəli qazan qiyməti 60 manat, 2 ədəd 10 İt şirəli vedrə qiyməti 60 manat, 1 ədəd tefal somovar qiyməti 75 manat, 1 ədəd çaynik qiyməti 10 manat, 1 ədəd sadə çaydan qiyməti 15 manat, Podnus dəsti qiyməti 40 manat, Qaşıq dəsti (24 ədəd) qiyməti 40 manat, 4 ədəd meyvə qabı qiyməti 150 manat, Bogema meyvə qabı qiyməti 150 manat, 1 ədəd gül qabı qiyməti 10 manat, kala boşqab dəsti qiyməti 60 manat, kala kasa dəsti qiyməti 40 manat, 1 ədəd elektrik soba qiyməti 150 manat, 2 ədəd gecə lampası qiyməti 30 manat, su qabı dəsti (qrafin) qiyməti 50 manat, 1 ədəd ləpə qabı dəsti qiyməti 50 manat, 2 adǝd çıl-çıraq qiyməti 100 manat, 3 dəst çay dəsmalı qiyməti 90 manat, 1 dəst mürəbbə qabı qiyməti 25 manat, 1 dəst duz qabı qiyməti 20 manat, 1 dəst taxta qaşıq qiyməti 10 manat, 4 adǝd bulud boşqab qiyməti 40 manat, 6 ədəd hamam dəsmalı qiyməti 90 manat, 6 ədəd əl-üz dəsmalı qiyməti 30 manat, 1 ədəd stol süfrəsi qiyməti 50 manat, 1 ədǝd salafan stol süfrəsi qiyməti 10 manat, pərdə qiyməti 500 manat, 4 ədəd pərdə tutan qiyməti 60 manat, 1 əsəd beşik qiyməti 380 manat, uşaq üçün yorğan-yastıq qiyməti 100 manat, 2 ədəd ikili adyal (üst örtük) qiyməti 100 manat, 1 ədəd pakrival qiyməti 150 manat, 12 ədǝd armudu stəkan qiyməti 30 manat, 6 ədəd nəlbəki qiyməti 15 manat, kül qabı dəsti qiyməti 20 manat, 1 ədǝd podnus qiyməti 10 manat, 3 ədəd gündəlik fincan qiyməti 45 manat, tort qabı qiyməti 15 manat, çəngəl dəsti (24 ədəd) qiyməti 30 manat, uşaq adyalı qiyməti 50 manat, 2 ədəd tək döşək qiyməti 100 manat, 2 ədəd yorğan qiyməti 70 manat, 2 ədəd yastıq qiyməti 60 manat, ikili döşək, yorğan və yastıq qiyməti 200 manat, 1 ədəd künc gül qabı qiyməti 25 manat, 2 ədəd xalça qiyməti 400 manat, yataq və qonaq dəsti qiyməti 3000 manat, 1 ədəd ceyran peçi qiyməti 40 manat, bakal dəsti qiyməti 40 manat, mini kamod qiyməti 25 manat, 1 ədəd qranit tava 50 manat, rumka və bakal dəsti qiyməti 30 manat, qranit qaşıq dəsti qiyməti 50 manat, 1000 manat dəyərində geyim əşyalarından ibarət əmlakları cavabdehlərə məxsus evdə qalmışdır. Bundan başqa Cavabdeh2 məxsus evə gəlin köçdükdən sonra həmin evdə valideynlərinin dəstəyi ilə 10.000 manat dəyərində bir çox təmir-tikinti işləri gördürmüşlər. Hesab edir ki, təmir-tikinti işlərinə xərclənən pullar da geri qaytarılmalıdır. Bundan başqa nikah dövründə ** BX *** dövlət nömrə nişanlı 2107 markalı avtomaşın alınmışdır ki, həmin avtomobil Cavabdeh1 qalmışdır. Avtomobil onun valideynlərinin maddi dəstəyi ilə 7000 manata alınmışdır. Hesab edir ki, həmin avtomobil dəyərləndirilərək dəyərinin yarısı ona verilməlidir. Bundan başqa o, Cavabdeh2 məxsus evə gəlin köçmüşdür və bir ailə üzvü kimi həmin evdə qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, “yaşayış hüququnun verilməsi və evə köçürülmə” tələbi digər tələblərlə mütənasiblik təşkil etmədiyindən həmin hissədə iddia həcmini azaldır və nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Müşafiq oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək bildirdi ki, İddiaçı ilə 15 iyun 2019-cu ildə el adəti ilə evlənərək, 16 sentyabr 2019-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 mart 2020-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Toyları olan vaxt cavabdeh valideynlərinə məxsus evə gəlin köçmüşdür və cehiz əşyalarını da həmin evə gətirmişdir. Evləndikləri ilk vaxtlarda cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. İddianın cehiz əşyaları ilə bağlı tərtib edilmiş aktda qeyd olunan əşyalar onlara məxsus evdədir və iddiaçı istədiyi vaxt həmin əşyaları gəlib götürə bilər. İddiaçı ərizəsində əlavə əşyalar göstərmişdir ki, iddiaçı gəlin köçərkən həmin həmin əşyaları gətirməmişdir. Bundan başqa iddiaçı birgə nikah dövründə əldə olunmuş ** BX *** dövlət nömrə nişanlı 2107 markalı avtomaşının dəyərinin yarısını tələb edir. Qeyd etmək istəyir ki, həmin avtomobil hazırda mövcud deyil. Belə ki, o, həmin avtomobili iddiaçı ilə birgə nikahda olan vaxt satmışdır. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, iddianın cehiz əşyaları ilə bağlı tərtib edilmiş aktda qeyd olunan əşyalar cavabdehə məxsus evdədir və iddiaçı istədiyi vaxt həmin əşyaları gəlib götürə bilər. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qazax rayon məhkəməsinin 2(023)-62/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ilə Qazax rayon Qeydiyyat Şöbəsində 16 sentyabr 2019-cu ildə 380 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə münasibətlərindən 10 mart 2020-ci ildə anadan olmuş X2 Günay Qaraxal qızının himayəsində saxlanılması, 10 mart 2020-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 03 fevral 2023-cü ildən başlayaraq ayda 193 manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 10 mart 2020-ci ildə anadan olmuş X10 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-a kimi Cavabdeh1 yanında yaşadığı evdə görüşüb ünsiyyətdə olması qət edilmişdir. İşdə olan Qazax rayon İcra və Probasiya Şöbəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Qazax rayon İcra və Probasiya Şöbəsinin rəisi X9, icra məmuru X3 rayon Məhkəməsi tərəfindən verilmiş 16(023)-21/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar əmlakların yerləşdiyi Qazax rayonu, Kosalar kəndinə gəlmişlər və borclu Cavabdeh1, İddiaçı və Kosalar kənd İƏD üzrə nümayəndəsinin müavini X8 iştirakları ilə icra yerində olarkən adları sadalanan əşyalardan – Hisensie markalı televizor, Rusiya istehsalı olan paltaryuyan maşını, meyvə şirəsi çəkən, ət çəkən, 1 ədəd yazı stolu, 1 ədəd ütü stolu, 1 ədəd sandıq, 1 ədəd qaz pilitəsi, 1 ədəd elektrikli blender, tefal qazan dəsti, Şirəli qazan dəsti, 1 ədəd çaynik, 1 ədəd sadə çaydan, Podnus dəsti, 4 ədəd meyvə qabı, Bogema meyvə qabı, kala boşqab dəsti, kala kasa dəsti, 1 ədəd elektrik soba, 1 ədəd gecə lampası, su qabı dəsti (qrafin), 2 adǝd çıl-çıraq, 1 dəst duz qabı, 1 dəst taxta qaşıq, 1 adǝd bulud boşqab, 1 ədəd hamam dəsmalı, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd stol süfrəsi, 1 ədǝd salafan stol süfrəsi, 4 ədəd pərdə tutan, pərdə, 1 ədəd beşik, uşaq üçün yorğan, 2 ədəd ikili adyal (üst örtük), 1 ədəd pakrival, 12 ədəd armudu stəkan, 6 ədəd nəlbəki, kül qabı, 1 ədǝd podnus, tort qabı, uşaq adyalı, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, ikili döşək və yastıq, 1 ədəd künc gül qabı, 2 ədəd xalça, yataq və qonaq dəsti, bakal dəsti, 1 ədəd qranit tava, rumka və bakal dəstindən ibarət əmlaklar siyahiya alınmaqla üzərinə həbs qoyulmuş və saxlanması üçün borclu Cavabdeh1 təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 15 iyun 2019-cu ildə el adəti ilə evlənərək, 16 sentyabr 2019-cu ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və iddiaçı gəlin köçərkən cehiz əşyalarını Cavabdeh2 Qazax rayonu, Kosalar kəndində yerləşən evinə gətirmişdir. Hazırda iddiaçı Cavabdeh1la məhkəmə qaydasında boşanmışdır, lakin ona məxsus cehiz əşyaları Cavabdeh2 evində qalmışdır. Toy hədiyyəsi olaraq iddiaçıya - Hisensie markalı televizor qiyməti 1050 manat, DVD qiyməti 150 manat, SAMSUNG A53 markalı mobil telefon qiyməti 900 manat, Rusiya istehsalı olan paltaryuyan maşını qiyməti 150 manat, tozsoranqiyməti 200 manat, meyvə şirəsi çəkən-qiyməti 170 manat, ət çəkən-qiyməti 100 manat, 1 ədəd yazı stolu qiyməti 50 manat, 1 ədəd ütü qiyməti 50 manat, 1 ədəd ütü stolu qiyməti 30 manat, 1 ədəd sandıq qiyməti 100 manat, 1 ədəd toster qiyməti 40 manat, 1 dəst tort bişirən qablar qiyməti-50 manat, 1 ədəd mikser qiyməti 25 manat, 1 ədəd keks qabı qiyməti 10 manat, 1 ədəd çörək qabı sürməli qiyməti 40 manat, 1 ədəd qaz pilitəsi qiyməti 50 manat, 1 ədəd saç feni (Braun) qiyməti 30 manat, 1 ədəd elektrikli blender qiyməti 35 manat, 1 ədəd tərəvəz doğrayan qiyməti 25 manat, 1 ədəd qoz çəkən maşın qiyməti 25 manat, bıçaq dasti qiyməti 35 manat, 3 tefal qazan dəsti qiyməti 150 manat, Şirəli qazan dəsti qiyməti 130 manat, 2 ədəd şirəli qazan qiyməti 60 manat, 2 ədəd 10 İt şirəli vedrə qiyməti 60 manat, 1 ədəd tefal somovar qiyməti 75 manat, 1 ədəd çaynik qiyməti 10 manat, 1 ədəd sadə çaydan qiyməti 15 manat, Podnus dəsti qiyməti 40 manat, Qaşıq dəsti (24 ədəd) qiyməti 40 manat, 4 ədəd meyvə qabı qiyməti 150 manat, Bogema meyvə qabı qiyməti 150 manat, 1 ədəd gül qabı qiyməti 10 manat, kala boşqab dəsti qiyməti 60 manat, kala kasa dəsti qiyməti 40 manat, 1 ədəd elektrik soba qiyməti 150 manat, 2 ədəd gecə lampası qiyməti 30 manat, su qabı dəsti (qrafin) qiyməti 50 manat, 1 ədəd ləpə qabı dəsti qiyməti 50 manat, 2 adǝd çıl-çıraq qiyməti 100 manat, 3 dəst çay dəsmalı qiyməti 90 manat, 1 dəst mürəbbə qabı qiyməti 25 manat, 1 dəst duz qabı qiyməti 20 manat, 1 dəst taxta qaşıq qiyməti 10 manat, 4 adǝd bulud boşqab qiyməti 40 manat, 6 ədəd hamam dəsmalı qiyməti 90 manat, 6 ədəd əl-üz dəsmalı qiyməti 30 manat, 1 ədəd stol süfrəsi qiyməti 50 manat, 1 ədǝd salafan stol süfrəsi qiyməti 10 manat, pərdə qiyməti 500 manat, 4 ədəd pərdə tutan qiyməti 60 manat, 1 əsəd beşik qiyməti 380 manat, uşaq üçün yorğanyastıq qiyməti 100 manat, 2 ədəd ikili adyal (üst örtük) qiyməti 100 manat, 1 ədəd pakrival qiyməti 150 manat, 12 ədǝd armudu stəkan qiyməti 30 manat, 6 ədəd nəlbəki qiyməti 15 manat, kül qabı dəsti qiyməti 20 manat, 1 ədǝd podnus qiyməti 10 manat, 3 ədəd gündəlik fincan qiyməti 45 manat, tort qabı qiyməti 15 manat, çəngəl dəsti (24 ədəd) qiyməti 30 manat, uşaq adyalı qiyməti 50 manat, 2 ədəd tək döşək qiyməti 100 manat, 2 ədəd yorğan qiyməti 70 manat, 2 ədəd yastıq qiyməti 60 manat, ikili döşək, yorğan və yastıq qiyməti 200 manat, 1 ədəd künc gül qabı qiyməti 25 manat, 2 ədəd xalça qiyməti 400 manat, yataq və qonaq dəsti qiyməti 3000 manat, 1 ədəd ceyran peçi qiyməti 40 manat, bakal dəsti qiyməti 40 manat, mini kamod qiyməti 25 manat, 1 ədəd qranit tava 50 manat, rumka və bakal dəsti qiyməti 30 manat, qiyməti 50 manat olan qranit qaşıq dəstindən ibarət cehiz əşyaları hədiyyə olunmuşdur. Tərəflər arasında olan ailə münasibətləri baş tutmadığından ayrılmışlar. yetkinlik yaşına çatmamış uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı ona məxsus iddia ərizəsində göstərdiyi cehiz əşyalarının cavabdehlərdə qaldığını və cavabdehlərin ona məxsus əmlakları qaytarmaqdan imtina etdiklərini qeyd edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona toy hədiyyəsi olaraq verilmiş cehiz əşyaları ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Məhkəmə iddianın cehiz əşyaları tələbinə dair hissəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçıya məxsus - Hisensie markalı televizor, Rusiya istehsalı olan paltaryuyan maşını, meyvə şirəsi çəkən, ət çəkən, 1 ədəd yazı stolu, 1 ədəd ütü stolu, 1 ədəd sandıq, 1 ədəd qaz pilitəsi, 1 ədəd elektrikli blender, tefal qazan dəsti, Şirəli qazan dəsti, 1 ədəd çaynik, 1 ədəd sadə çaydan, Podnus dəsti, 4 ədəd meyvə qabı, Bogema meyvə qabı, kala boşqab dəsti, kala kasa dəsti, 1 ədəd elektrik soba, 1 ədəd gecə lampası, su qabı dəsti (qrafin), 2 adǝd çıl-çıraq, 1 dəst duz qabı, 1 dəst taxta qaşıq, 1 adǝd bulud boşqab, 1 ədəd hamam dəsmalı, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd stol süfrəsi, 1 ədǝd salafan stol süfrəsi, 4 ədəd pərdə tutan, pərdə, 1 ədəd beşik, uşaq üçün yorğan, 2 ədəd ikili adyal (üst örtük), 1 ədəd pakrival, 12 ədəd armudu stəkan, 6 ədəd nəlbəki, kül qabı, 1 ədǝd podnus, tort qabı, uşaq adyalı, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, ikili döşək və yastıq, 1 ədəd künc gül qabı, 2 ədəd xalça, yataq və qonaq dəsti, bakal dəsti, 1 ədəd qranit tava, rumka və bakal dəstindən ibarət cehiz əşyaları cavabdehlərin yaşadığı evdə yerləşir və cavabdehlər həmin əşyaların iddiaçıya qaytarılmasına etiraz etmirlər. Məhkəmə iclasında mövcudluğu sübut olunmuş və cavabdehlərin yaşadığı evdə yerləşən cehiz əşyalarının fərdi xüsusiyyətlərinə və dəyərinə gəldikdə isə məhkəmə qeyd edir ki, qeyd olunan cehiz əşyalarının fərdi xüsusiyyətləri və dəyəri məhkəmə iclasında cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, həmin əşyaların fərdi xüsusiyyətləri və dəyəri iddiaçının izahatında göstərdiyi həcmdə qəbul edilməlidir. İddiaçı tərəfindən tələb edilən cehiz əşyalarından DVD qiyməti 150 manat, SAMSUNG A53 markalı mobil telefon qiyməti 900 manat, tozsoran- qiyməti 200 manat, 1 ədəd ütü qiyməti 50 manat, 1 ədəd toster qiyməti 40 manat, 1 dəst tort bişirən qablar qiyməti 50 manat, 1 ədəd mikser qiyməti 25 manat, 1 ədəd keks qabı qiyməti 10 manat, 1 ədəd çörək qabı sürməli qiyməti 40 manat, 1 ədəd saç feni (Braun) qiyməti 30 manat, 1 ədəd tərəvəz doğrayan qiyməti 25 manat, 1 ədəd qoz çəkən maşın qiyməti 25 manat, bıçaq dasti qiyməti 35 manat, 2 ədəd şirəli qazan qiyməti 60 manat, 2 ədəd 10 İt şirəli vedrə qiyməti 60 manat, 1 ədəd tefal somovar qiyməti 75 manat, Qaşıq dəsti (24 ədəd) qiyməti 40 manat, 1 ədəd gül qabı qiyməti 10 manat, 1 ədəd gecə lampası qiyməti 15 manat, 1 ədəd ləpə qabı dəsti qiyməti 50 manat, 3 dəst çay dəsmalı qiyməti 90 manat, 1 dəst mürəbbə qabı qiyməti 25 manat, 3 adǝd bulud boşqab qiyməti 30 manat, 5 ədəd hamam dəsmalı qiyməti 75 manat, 1 ədəd uşaq üçün yastıq, 3 ədəd gündəlik fincan qiyməti 45 manat, çəngəl dəsti (24 ədəd) qiyməti 30 manat, ikili yorğan, 1 ədəd ceyran peçi qiyməti 40 manat, mini kamod qiyməti 25 manat, qranit qaşıq dəsti qiyməti 50 manat, 1000 manat dəyərində geyim əşyaları isə Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən xx.xx.2023-cü il tarixdə cehiz əşyalarına baxış keçirilərkən aşkarlanmamış, cavabdehlər qeyd olunan əşyaların onların evində olmasını etiraf etməmiş, iddiaçı isə həmin əşyaların mövcudluğuna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlər baxımından hesab edir ki, iddiaçının cehiz əşyaları tələbi DVD qiyməti 150 manat, SAMSUNG A53 markalı mobil telefon qiyməti 900 manat, tozsoran- qiyməti 200 manat, 1 ədəd ütü qiyməti 50 manat, 1 ədəd toster qiyməti 40 manat, 1 dəst tort bişirən qablar qiyməti-50 manat, 1 ədəd mikser qiyməti 25 manat, 1 ədəd keks qabı qiyməti 10 manat, 1 ədəd çörək qabı sürməli qiyməti 40 manat, 1 ədəd saç feni (Braun) qiyməti 30 manat, 1 ədəd tərəvəz doğrayan qiyməti 25 manat, 1 ədəd qoz çəkən maşın qiyməti 25 manat, bıçaq dasti qiyməti 35 manat, 2 ədəd şirəli qazan qiyməti 60 manat, 2 ədəd 10 İt şirəli vedrə qiyməti 60 manat, 1 ədəd tefal somovar qiyməti 75 manatQaşıq dəsti (24 ədəd) qiyməti 40 manat, 1 ədəd gül qabı qiyməti 10 manat, 1 ədəd gecə lampası qiyməti 15 manat, 1 ədəd ləpə qabı dəsti qiyməti 50 manat, 3 dəst çay dəsmalı qiyməti 90 manat, 1 dəst mürəbbə qabı qiyməti 25 manat, 3 adǝd bulud boşqab qiyməti 30 manat, 5 ədəd hamam dəsmalı qiyməti 75 manat, 1 ədəd uşaq üçün yastıq, 3 ədəd gündəlik fincan qiyməti 45 manat, çəngəl dəsti (24 ədəd) qiyməti 30 manat, ikili yorğan, 1 ədəd ceyran peçi qiyməti 40 manat, mini kamod qiyməti 25 manat, qranit qaşıq dəsti qiyməti 50 manat, 1000 manat dəyərində geyim əşyalarından ibarət əmlaklar hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddianın birgə nikah dövründə əldə edilmiş 2107 markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilin 7000 manat dəyərinin yarı hissəsini, yəni 3500 manatının alınıb verilməsinə dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-in BDYPİ-nə bilavasitə tabe olan X12 İmtahan və X15 xx.xx.2023-cü il tarixli 661 saylı məktubunda VAZ-2107 markalı, **-BX-*** qeydiyyat nişanlı avtomaşın xx.xx.2021-ci il tarixdə Qazax rayon Kosalar kəndində qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq həmin tarixdə Qazax rayon Kosalar kəndində yaşayan X4 adına qeydiyyata alınmışdır. Həmin avtomaşın etibarnamə əsasında heç bir vətəndaşın istifadəsinə verilməmişdir. İş materiallarında olan AD 961970 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomaşın xx.xx.2021-ci il tarixdə Qazax rayonunun Kosalar kəndində yaşayan Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2.500 manata X1. İş materiallarında olan Mediasiya Prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh1 nikahın pozulması, uşaq və ünsiyyət tələbi ilə bağlı xx.xx.2022-ci il tarixdə İddiaçı təklif göndərmişdir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, Cavabdeh1 birgə nikah dövründə, yəni xx.xx.2021-ci il tarixdə “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomaşın əldə etmişdir və həmin avtomobil onun adına qeydə alınmışdır. İddiaçı həmin avtomobilin onların birgə nikah dövründə alındığını qeyd edərək, “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısını tələb edir. İş materiallarında olan Mediasiya Prosesinin tətbiqi barədə təklifdən göründüyü kimi, Cavabdeh1 nikahın pozulması ilə bağlı xx.xx.2022-ci ildə iddiaçıya təklif göndərmiş və həmin tarixdə mübahisə predmeti olan nəqliyyat vasitəsini X1. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin avtomobilin dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Lakin bununla yanaşı iddianın birgə nikah dövründə alınmış ** BX *** dövlət nömrə nişanlı 2107 markalı avtomaşın 7000 manat dəyərinin yarı hissəsini, yəni 3.500 manatının Cavabdeh1 alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq, məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində olmuş avtomobilin dəyərinin 7000 manat olması iş materialları ilə sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2.500 manata X1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3-cü maddəsinə əsasən, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünün aparılması nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah müddətində əldə edildiyindən, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli əmlak onlar arasında bərabər paylara bölünməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 - Hisensie markalı televizor qiyməti 1050 manat, Rusiya istehsalı olan paltaryuyan maşını qiyməti 150 manat, meyvə şirəsi çəkən-qiyməti 170 manat, ət çəkən-qiyməti 100 manat, 1 ədəd yazı stolu qiyməti 50 manat, 1 ədəd ütü stolu qiyməti 30 manat, 1 ədəd sandıq qiyməti 100 manat, 1 ədəd qaz pilitəsi qiyməti 50 manat, 1 ədəd elektrikli blender qiyməti 35 manat, 3 tefal qazan dəsti qiyməti 150 manat, Şirəli qazan dəsti qiyməti 130 manat, 1 ədəd çaynik qiyməti 10 manat, 1 ədəd sadə çaydan qiyməti 15 manat, Podnus dəsti qiyməti 40 manat, 4 ədəd meyvə qabı qiyməti 150 manat, Bogema meyvə qabı qiyməti 150 manat, kala boşqab dəsti qiyməti 60 manat, kala kasa dəsti qiyməti 40 manat, 1 ədəd elektrik soba qiyməti 150 manat, 1 ədəd gecə lampası qiyməti 15 manat, su qabı dəsti (qrafin) qiyməti 50 manat, 2 ədǝd çıl-çıraq qiyməti 100 manat, 1 dəst duz qabı qiyməti 20 manat, 1 dəst taxta qaşıq qiyməti 10 manat, 1 ədǝd bulud boşqab qiyməti 10 manat, 1 ədəd hamam dəsmalı qiyməti 15 manat, 6 ədəd əl-üz dəsmalı qiyməti 30 manat, 1 ədəd stol süfrəsi qiyməti 50 manat, 1 ədǝd salafan stol süfrəsi qiyməti 10 manat, pərdə qiyməti 500 manat, 4 ədəd pərdə tutan qiyməti 60 manat, 1 əsəd beşik qiyməti 380 manat, uşaq üçün yorğan qiyməti 80 manat, 2 ədəd ikili adyal (üst örtük) qiyməti 100 manat, 1 ədəd pakrival qiyməti 150 manat, 12 ədǝd armudu stəkan qiyməti 30 manat, 6 ədəd nəlbəki qiyməti 15 manat, kül qabı qiyməti 20 manat, 1 ədǝd podnus qiyməti 10 manat, tort qabı qiyməti 15 manat, uşaq adyalı qiyməti 50 manat, 2 ədəd tək döşək qiyməti 100 manat, 2 ədəd yorğan qiyməti 70 manat, 2 ədəd yastıq qiyməti 60 manat, ikili döşək, və yastıq qiyməti 120 manat, 1 ədəd künc gül qabı qiyməti 25 manat, 2 ədəd xalça qiyməti 400 manat, yataq və qonaq dəsti qiyməti 3000 manat, bakal dəsti qiyməti 40 manat, 1 ədəd qranit tava 50 manat, rumka və bakal dəsti qiyməti 30 manat dəyərində cehiz əşyaları və ya özləri olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısını təşkil edən 1250 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 - Hisensie markalı televizor qiyməti 1050 manat, Rusiya istehsalı olan paltaryuyan maşını qiyməti 150 manat, meyvə şirəsi çəkən-qiyməti 170 manat, ət çəkən-qiyməti 100 manat, 1 ədəd yazı stolu qiyməti 50 manat, 1 ədəd ütü stolu qiyməti 30 manat, 1 ədəd sandıq qiyməti 100 manat, 1 ədəd qaz pilitəsi qiyməti 50 manat, 1 ədəd elektrikli blender qiyməti 35 manat, 3 tefal qazan dəsti qiyməti 150 manat, Şirəli qazan dəsti qiyməti 130 manat, 1 ədəd çaynik qiyməti 10 manat, 1 ədəd sadə çaydan qiyməti 15 manat, Podnus dəsti qiyməti 40 manat, 4 ədəd meyvə qabı qiyməti 150 manat, Bogema meyvə qabı qiyməti 150 manat, kala boşqab dəsti qiyməti 60 manat, kala kasa dəsti qiyməti 40 manat, 1 ədəd elektrik soba qiyməti 150 manat, 1 ədəd gecə lampası qiyməti 15 manat, su qabı dəsti (qrafin) qiyməti 50 manat, 2 ədǝd çıl-çıraq qiyməti 100 manat, 1 dəst duz qabı qiyməti 20 manat, 1 dəst taxta qaşıq qiyməti 10 manat, 1 ədǝd bulud boşqab qiyməti 10 manat, 1 ədəd hamam dəsmalı qiyməti 15 manat, 6 ədəd əl-üz dəsmalı qiyməti 30 manat, 1 ədəd stol süfrəsi qiyməti 50 manat, 1 ədǝd salafan stol süfrəsi qiyməti 10 manat, pərdə qiyməti 500 manat, 4 ədəd pərdə tutan qiyməti 60 manat, 1 əsəd beşik qiyməti 380 manat, uşaq üçün yorğan qiyməti 80 manat, 2 ədəd ikili adyal (üst örtük) qiyməti 100 manat, 1 ədəd pakrival qiyməti 150 manat, 12 ədǝd armudu stəkan qiyməti 30 manat, 6 ədəd nəlbəki qiyməti 15 manat, kül qabı qiyməti 20 manat, 1 ədǝd podnus qiyməti 10 manat, tort qabı qiyməti 15 manat, uşaq adyalı qiyməti 50 manat, 2 ədəd tək döşək qiyməti 100 manat, 2 ədəd yorğan qiyməti 70 manat, 2 ədəd yastıq qiyməti 60 manat, ikili döşək, və yastıq qiyməti 120 manat, 1 ədəd künc gül qabı qiyməti 25 manat, 2 ədəd xalça qiyməti 400 manat, yataq və qonaq dəsti qiyməti 3000 manat, bakal dəsti qiyməti 40 manat, 1 ədəd qranit tava 50 manat, rumka və bakal dəsti qiyməti 30 manat dəyərində cehiz əşyaları və ya özləri olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri “VAZ-2107” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısını təşkil edən 1250 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar